Məhkəmə qərarları › İş №3(004)-1321/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1321/2020

17.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1321/2020 17.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X1 iclas katibliyi, inzibati xəta haqında protokol tərtib etmiş şəxs Bakı şəhər Yasamal rayon Polis İdarəsi nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X7 Kompleksi” MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, “X7 Kompleksi” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “X7 Kompleksi” MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmişxx xxxx 2020-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki,“X7 Kompleksi” MMC onun mülkiyyətində (istifadəsində) olan“Lada 21214” (minik) markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da, “X7 Kompleksi” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X7 Kompleksi” MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 izahatında göstərdi ki, hüquqlarını təmsil etdiyi MMC-nin mülkiyyətində “Lada 21214” (minik) markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü barəsində məlumatın verilməsi haqqında Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən “X7 Kompleksi” MMC-nin rəhbərliyinə ünvanlanmış sorğu xx xxxxx 2020-ci il tarixdə rəsmi qaydada qəbul edilmişdir. Həmin gün sorğuya cavab olaraq “X7 Kompleksi” MMC-nin salaxiyyətli nümayəndəsi tərəfindən cavab verilmişdir. Buna sübüt olaraq xx xxxxx 2020-ci il tarixdə Yasamal RPİ-nin məsul şəxs Nizamlı R. tərəfindən qəbul edilmiş 03AzP-2020- 0340 nömrəli məktubun sürətini məhkəməyə təqdim etdi. Qeyd olunanları nəzərə alaraq “X7 Kompleksi” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tərtib protokol əsasında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin inzibati təcrübə üzrə inspektoru X5 “X7 Kompleksi” MMC-nin nümayəndəsinin izahatını təsdiqləyərək qeyd etdi ki, göndərilmiş sorğuya cavab idarəyə daxil olmuşdur. Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsə etiraz etmir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “X7 Kompleksi”MMC-ninəməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin “X7 Kompleksi” MMC-yəünvanladığı sorğu məktubdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 11:03-də cəmiyyətin mülkiyyətində (istifadəsində) “Lada 21214” (minik) markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlıavtomobili idarə edən fiziki şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir.Qeyd olunan məktubla avtomobili idarə etmiş sürücü barədə məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin yuxarıda qeyd olunan sorğusu xx xxxxx 2020-ci il tarixdə “X7 Kompleksi” MMC-nin “Sadıqova Təranə” məsul şəxs tərəfindən imzalanmaqla qəbul edilmişdir. Xəbərnamə üzərində həmçinin “SS62406344AZ” nömrəli ştrix kodu qeyd edilmişdir. Məhkəmə tərəfindən “xxxxxxxx” MMC-yə ünvanlanmış sorğuya daxil olmuş xx xxxxxx 2020-ci il tarixli PƏŞ-4-11-1-17/298 nömrəli cavab məktubundan müəyyən edilir ki, sistem üzərindən aparılan araşdırma zamanı “SS624063443AZ” ştrix kodlu sifarişli xəbərnaməli məktubun xx xxxxx 2020-ci il tarixdə 122 saylı poçt şöbəsinə, xx xxxxx 2020ci il tarixdə xidmət ərazisi üzrə 65 saylı poçt şöbəsinə daxil olması, xx xxxxx 2020-ci il tarixdə ünvanı üzrə çatdırılması və məktubun xəbərnaməsi göndəriciyə (Yasamal RPİ DYPŞ-nə) qaytarılması müəyyən olunmuşdur. İş materiallarında olan “X7 Kompleksi” MMC tərəfindən Yasamal RPİ-nə ünvanlanmış xx xxxxx 2020-ci il tarixli 03AzP-2020-0340nömrəli məktubundan müəyyən edilir ki, DYPŞ-nin müvafiq sorğusuna əsasən Cəmiyyət mülkiyyətində olan “Lada 21214” (minik) markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlıavtomobili idarə edən sürücü barədə məlumatları səlahiyyətli quruma vermiş, Yasamal DYPŞ tərəfindən xx xxxxx 2020-ci il tarixdə xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “X7 Kompleksi” MMC mülkiyyətində (istifadəsində) olan “Lada 21214” (minik) markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün Azərbaycan Respublikasının İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti üzrə qərar qəbul edilməsi üçün həmin sürücü barədə məlumat əldə etmək məqsədi ilə Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən Cəmiyyətə sorğu göndərilmişdir. İş materiallarından olan və protokol tərtib etmiş qurum tərəfindən məhkəməyə təqdim edilən “SS62406344AZ” ştrix kodlu sifarişli xəbərnaməli məktubun xəbərnaməsindən müəyyən edildi ki, həmin sorğu xx xxxxx 2020-ci il tarixdə Cəmiyyətin məsul şəxsi tərəfindən rəsmi qaydada qəbul edilmişdir. Səlahiyyətli orqanın sorğusuna Cəmiyyət tərəfindən xx xxxxx 2020-ci il tarixdə cavab verilməklə onunmülkiyyətində olan nəqliyyat vasitələrinin istifadəçisi olan sürücü barədə, o cümlədən “Lada 21214” (minik) markalı, **-PJ-***dövlət qeydiyyat nişanlıavtomobili idarə edən sürücü barədə məlumatları quruma təqdim etmiş və göndərildiyi məktubun xəbərnaməsi təsdiq onu eliyir.Yəni, Cəmiyyət barəsində protokol tərtib edilərkən Yasamal RPİ-nin DYPŞ-si “Lada 21214” (minik) markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlıavtomobili idarə edən sürücüsü barədə artıq məlumatlı olmuşdur. Beləliklə məhkəmə hesab edir ki, mövcud şübhələr Azərbaycan Respublikası İXM-nin tələblərinə görə barəsində protokol tərtib edilmiş hüquqi şəxsin xeyrinə həll edilməlidir. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, “X7 Kompleksi” MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilməmiş və onun əməlində inzibati xətanın tərkib əlamətləri mövcud deyildir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinəəsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinəəsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinəəsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinəəsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş “X7 Kompleksi”MMC-yə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) və ona istinad edilən inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də, “X7 Kompleksi”MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X7 Kompleksi”MMCbarəsində Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar