Məhkəmə qərarları › İş №3(004)-1321/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1321/2021

18.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1321/2021 18.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X4 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayevin 08 aprel 2021-ci il tarixli qərarına əsasən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə inzibati icraat başlanılmış və baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 08 aprel 2021-ci il tarixli qərara əsasən Şəxs MMC-nin 14.12.2020-ci il tarixli, İD********** nömrəli (QT 35463/20) ərizə ilə İran İslam Respublikasından ölkəyə idxal edilmiş ümumi çəkisi 1000 kq olan kərə yağı məhsuluna qida təhlükəsizliyi sertifikatının verilməsi üçün elektron müraciətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsində baxılmış, həmin məhsul partiyalarından hər biri 100 qram olmaqla müxtəlif yerdən 8 nümunə götürülmüş, qalan məhsul MMC-nin etibarnamə ilə nümayəndəsi Nahid Mahmudova saxlanca verilmiş, 15.12.2020-ci il tarixdə nümunələr bir nümunə kimi AQTİ-nin Bakı Regional sınaq laboratoriyasına təqdim edilmiş və 17.12.2020-ci il tarixədək sınaq aparılmış, 22.12.2020-ci il tarixdə əldə edilmiş rəylə müəyyən edilmişdir ki, təqdim edilmiş kərə yağı nümunəsində «bağırsaq çöpü qrupu bakteriyaları» (BÇQB) aşkar olunmuşdur. Bu səbəbdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyul 2018-ci il tarixli, 302 saylı qərarının 2.21.3-cü yarımbəndinə əsasən, qeyd olunan məhsul partiyalarının sertifikatlaşdırılmasından imtina edilmiş və idxalçı müəssisəyə 25.12.2020-ci il tarixli məktubla müvafiq cavab verilmişdir. 28.12.2020-ci il tarixdə sözügedən məhsul partiyalarına təkrar baxış keçirilərkən 1000 kq olan kərə yağı məhsulunun qida təhlükəsizliyi sertifikatları alınmadan 925 kq-nın satıldığı aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Ş.A.Şükürov inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı müdafiə edərək Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin hüquqi ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 08 aprel 2021-ci il tarixli qərardan görünür ki, Şəxs MMC-nin 14.12.2020-ci il tarixli, İD********** nömrəli (QT 35463/20) ərizə ilə İran İslam Respublikasından ölkəyə idxal edilmiş ümumi çəkisi 1000 kq olan kərə yağı məhsuluna qida təhlükəsizliyi sertifikatının verilməsi üçün elektron müraciətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsində baxılmış, həmin məhsul partiyalarından hər biri 100 qram olmaqla müxtəlif yerdən 8 nümunə götürülmüş, qalan məhsul MMC-nin etibarnamə ilə nümayəndəsi Nahid Mahmudova saxlanca verilmiş, 15.12.2020-ci il tarixdə nümunələr bir nümunə kimi AQTİ-nin Bakı Regional sınaq laboratoriyasına təqdim edilmiş və 17.12.2020-ci il tarixədək sınaq aparılmış, 22.12.2020-ci il tarixdə əldə edilmiş rəylə müəyyən edilmişdir ki, təqdim edilmiş kərə yağı nümunəsində «bağırsaq çöpü qrupu bakteriyaları» (BÇQB) aşkar olunmuşdur. Bu səbəbdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyul 2018-ci il tarixli, 302 saylı qərarının 2.21.3-cü yarımbəndinə əsasən, qeyd olunan məhsul partiyalarının sertifikatlaşdırılmasından imtina edilmiş və idxalçı müəssisəyə 25.12.2020-ci il tarixli məktubla müvafiq cavab verilmişdir. 28.12.2020-ci il tarixdə sözügedən məhsul partiyalarına təkrar baxış keçirilərkən 1000 kq olan kərə yağı məhsulunun qida təhlükəsizliyi sertifikatları alınmadan 925 kq-nın satıldığı aşkar edilmişdir. Qeyd olunan hallar AQTA Qeydiyyat və sahibkarlarla iş sektorunun böyük məsləhətçisi X6, Şəxs MMC-nin nümayəndələri X2 və X3 izahatları, Şəxs MMC tərəfindən X1 ünvanlanmış «İdxal olunan yeyinti məhsullarına, qablaşdırma materiallarına və qida ilə təmasda olan məhsullara qida təhlükəsizliyi sertifikatının verilməsi haqqında 14.12.2020-ci il tarixli, № İD********** nömrəli ərizə, 15.12.2020-ci il tarixli, 1375 nömrəli «Nümunə təhvil-təslim aktı», 22.12.2020-ci il tarixli, 1375 nömrəli Sınaq protokolu, «Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Bakı Regional Sınaq Laboratoriyasından 1375 nömrəli sınaq protokoluna əsəsən analiz edilmiş kərə yağı məhsuluna dair rəy, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən Şəxs MMCnə ünvanlanmış 25.12.2020-ci il tarixli məktub və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tərtib olunmuş 28.12.2020-ci il tarixli «Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin idxal və ixrac olunan qida məhsullarının, qida təhlükəsizlik sertifikatının alınması üçün baxışın keçirilməsi haqqında» aktla təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 447.0.4-cü maddəsinə əsasən İstehlakçıların hüquqlarının pozulmasına, yəni: qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114- 117, 128-130 və 447.0.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar