Məhkəmə qərarları › İş №3(004)-1321/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1321/2022

11.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1321/2022 11.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlu, X2 vəkili Vəkil Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əməliyyat-İstintaq Baş İdarəsinin 28 yanvar 20222-ci il tarixli M 10000\00** EP ***4039 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, m ü ə y y ə n e t d i m: X2 vəkili Vəkil şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əməliyyat-İstintaq Baç İdarəsinin 28 yanvar 20222ci il tarixli M 10000\00** EP ***4039 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati qərardan şikayət geri qaytarılmalıdır. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, X4 inzibati tənbeh vermə haqqında qərardan 10 günlük şikayət vermə müddətini ötürdüyündən şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, X5 oğlunun şikayətindən və həmin şikayətə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 rayonu, Masazir kəndi,Yaşar Nuri küçəsi, ev 31 ünvanında qeydiyyatdadır, xətanın baş verdiyi yer və hüquqi şəxsin ünvanının Bakı şəhəri Yasamal Rayonun ərazisinə aidiyyatı yoxdur. Belə olan halda isə sözügedən şikayətə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılması mümkün deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Beləliklə məhkəmə hesab edir ki, X5 oğlunun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əməliyyat-İstintaq Baç İdarəsinin 28 yanvar 20222-ci il tarixli M 10000\00** EP ***4039 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət aidiyyəti üzrə verilmədiyindən geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı m: X5 oğlunun vəkili Vəkil Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əməliyyat-İstintaq Baç İdarəsinin 28 yanvar 20222-ci il tarixli M 10000\00** EP ***4039 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsi geri qaytarılsın. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar