Məhkəmə qərarları › İş №3(004)-1332/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1332/2021

02.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1332/2021 02.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhər Yasamal RPİ-nin 29-cu PŞnin polis sahə inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Rusiya Federasiyası Kemerova şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Ramiz Qəmbərov küçəsi, ev 15-də kirayədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 29-cu PŞ-si tərəfindən tərtib edilmiş 02 iyun 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan görünür ki, Şəxs 02 iyun 2021-ci il tarixdə saat 02:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospektində ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1 (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin sahə inspektoru X3 izahatında bildirmişdir ki, 02 iyun 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, “Moskva” prospektində xidmət aparan polis əməkdaşları 3 nəfər şəxsin magistral yolda nəqliyyat vasitələrinin hərəkətinə maneəçilik törətdiklərini görmüşlər. Polis əməkdaşları həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etdikdən sonra onları dəfələrlə nizam-intizama dəvət etmişlər. Lakin həmin şəxslər hərəkətlərinə davam etdikləri və polis işçisinin qanuni tələblərinə tabe olmadıqları üçün onları Yasamal RPİ-nin 29-cu PŞ-nə gətirmişlər. Polis şöbəsində onun tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs tərtib edilmiş protokolla tanış olaraq imza etmişdir. X3 göstərilənlərə əsasən Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, 02 iyun 2021-ci il tarixdə saat 02 radələrində o, Bakı şəhəri Yasamal rayonu Moskva prospekti 75 ünvanında olarkən, polis əməkdaşları ona yaxınlaşıb yolda avtomobillərin hərəkətinə maneəçilik törətdiyindən ondan yoldan və ümumiyyətlə yol kənarından uzaqlaşmasını xahiş etmişlər. O, həmin vaxt tək olmamış, onunla eyni həyat tərzini yaşayan şəxslərlə birgə olmuşdur. Etiraf edir ki, üzərindəki geyimi isə həmin vaxt uyğun olmamışdır. Polis əməkdaşları uzaqlaşdıqdan sonra isə yenidən həmin əraziyə yığışmışlar. Bundan sonra təkrarən oraya gələn polis əməkdaşları onlara yaxınlaşmış və şəxsiyyət vəsiqəsini tələb etmişlər. Şəxsiyyət vəsiqəsi üzərində olmadığından onların dəvəti ilə polis bölməsinə etiraz etmədən getmişdir. Ona görə də tərtib edilmiş protokol üzrə özünü qismən təqsirli bilir, çünki o, yalnız yol kənarında dayanmış lakin nəqliyyat vasitələrinin hərəkətinə maneçilik törətməmişdir. Şəxs hazırda törətdiyi əməlindən səmimi peşimançılıq çəkməsini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X6 Patrul bölüyünün polis nəfəri X4 ifadəsində bildirmişdir ki, 02 iyun 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, “Moskva” prospektində xidmət aparkən 3 nəfər şəxsin magistral yolun hərəkət hissəsində nəqliyyat vasitələrinə maneəçilik törətdiklərini görmüşlər. Onlar həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etdikdən sonra onları dəfələrlə nizam-intizama dəvət etmişlər. Lakin həmin şəxslər yoldan uzaqlaşacaqlarını bildirmələrinə baxmayaraq, müəyyən vaxt keçdikdən sonra təkrarən əraziyə yaxınlaşdıqda onların bir daha yolda nəqliyyat vasitələrinə maneçilik törətmələrini görmüşlər. Şəxsiyyət vəsiqələri olmadığına görə şəxsiyyətlərinin müəyyənləşdirilməsindən ötrü polis bölməsinə dəvət edilmişlər. Orada da etiraz edərək polis işçisi kimi onların qanuni tələblərinə tabe olmadıqlarından barələrində protokol tərtib edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əlahiddə X6 6-cı Patrul Bölüyününü polis nəfərləri Teymur Kazımov, Rafiq Abasov və Valeh Həşimov tərəfindən tərtib edilmiş 02 iyun 2021-ci il tarixli raportdan görünür ki, 02 iyun 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, “Moskva” prospektində xidmət apararkən 3 nəfər şəxsin yolda nəqliyyat vasitələrinin hərəkətinə maneəçilik törətdiklərini görmüşlər. Həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etdikdən sonra onları dəfələrlə nizam-intizama dəvət etmişlər. Lakin həmin şəxslər hərəkətlərinə davam etdikləri üçün onları Yasamal RPİ-nin 29-cu PŞ-nə gətirmişlər. İş materiallarında olan 02 iyun 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 02 iyun 2021-ci il tarixdə saat 02:10-da inzibati qaydada tutulmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər üçün iki yüz manat məbləğində cərimə və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs növündə tənbeh tədbirinin tətbiq olunması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, Şəxs inzibati həbsdə saxlama müddətinin əvvəli şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı andan, yəni 02 iyun 2021-ci il tarixdən saat 02:10-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 43, 106- 112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, barəsində 20 (iyirmi) gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri təyin edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 02 iyun 2021-ci il tarixdən saat 02:10-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsində mühafizə altında saxlanılsın. Qərarın icrası Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar