Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1332/2022 11.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X2 iclas katibliyi ilə, Tərcüməçi: X1 iştirakı ilə xx.xx.1966-cı ildə Belarusiya Respublikasında anadan olmuş, rus, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 09.03.2022-ci il tarixdə saat 18:00 radələrində Yasamal rayonu, Nizami metrostansiyasının yaxınlığında olan dayanacaqda duran zaman, həmin dayanacaqda vətəndaş X3 avtobus gözləyən zaman, Şəxs əlində olan mobil telefon vasitəsi ilə H.Bəşirbəylinin yubkasının altına tutaraq şəklini çəkmək istəmiş və bununla da ona qarşı qeyri etik hərəkətlər etmək istəyərkən, H.Bəşirbəyli onun bu hərəkətinə iradını bildirmiş, bu zaman Şəxs uca səslə səs-küy salıb, H.Bəşirbəylinin ünvanına nalayiq ifadələr işlətmiş, bununla da kənar şəxslərin diqqətini özünə cəlb etməklə ictimai qaydanı pozmuş, xırda xuliqanlıq etmişdir. Bununla da o, İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsi tərəfindən 10.03.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, hal hazırda işlədiyi bir iş yoxdur. 09.03.2022-ci il tarixdə saat 18:00 radələrində Yasamal rayonu, Nizami metrostansiyasının yaxınlığında olan dayanacaqda onunla birlikdə bir neçə qadın və tanımadığı insanlar dayanmışdır. Halı pisləşdiyindən əyilib orada olan skameykaya oturdu və telefonuna baxırdı. Bu zaman bir qadın ona bildirdi ki, “nəyə görə çəkiliş edirsən”, lakin o, onlara çəkiliş etmədyini söylədi. Onlar orada səs-küy salaraq onu söymüşlər, o da onları söymüşdü. Həmin an üzərində mobil telefon olsa da, çəkiliş etmədyini bildirdmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs X3 bildirdi ki, dayanacaqda avtobus gözləyərkən, arxada dayanan bir qadının səsini eşidib. Dönəndə görüb ki, həmin qadın onun arxasında duran kişiyə irad bildirir ki, ayıbdı, qızın yaşdadı. Qadıb bildirib ki, həmin kişi onun yükkasının altından telefonla şəkil çəkir. buna görə də o da həmin kişiyə iradını bildirmiş, kişini kameraya çəkərək, 102 xidmətinə zəng etmək istəyib, bu zaman həmin kişi onun ünvanına nalayiq ifadələr işlətmişdir. Sonradan bölmədə bilmişdir ki həmin şəxsin adı Şəxsdir. Göstərilənlərə əsasən onun ciddi formada cəzalandırılmasını xahiş edir. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsinin sahə inspektoru Kənan Məmmədov məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs 09.03.2022-ci il tarixdə saat 18:00 radələrində Yasamal rayonu, Nizami metrostansiyasının yaxınlığında olan dayanacaqda duran zaman, həmin dayanacaqda vətəndaş X3 avtobus gözləyən zaman, Şəxs əlində olan mobil telefon vasitəsi ilə H.Bəşirbəylinin yubkasının altına tutaraq şəklini çəkmək istəmiş və bununla da ona qarşı qeyri etik hərəkətlər etmək istəyərkən, H.Bəşirbəyli onun bu hərəkətinə iradını bildirmiş, bu zaman Şəxs uca səslə səs-küy salıb, H.Bəşirbəylinin ünvanına nalayiq ifadələr işlətmiş, bununla da kənar şəxslərin diqqətini özünə cəlb etməklə ictimai qaydanı pozmuş, xırda xuliqanlıq etmişdir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarındakı 10.03.2022-ci il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə saat 19:00 radələrində tutulmuşdur. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, 07 (yeddi) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 10.03.2022-ci il tarixindən, saat 19:00 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-1332/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1332/2022
11.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver