Məhkəmə qərarları › İş №3(004)-1338/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1338/2025

18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1338/2025 18.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, X7 oğlunun katibliyi ilə, Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 15 may 2019-cu il tarixli qərarının icrasına xitam verilməsinə dair ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 15 may 2019-cu il tarixli qərarı ilə X2 Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətdiyinə görə 20 manat məbləöində cərimə edilmişdir. Hazırda həmin cərimə cəzasına İXM-in 146.1-1-ci maddəsinə əsasən xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdim edilmiş ərizədən görünür ki, Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 15 may 2019-cu il tarixli qərarı 5 ildir ki icra edilməmişdir. Həmin qərarın icrasına xitam verilməsi haqqında inzibati orqana müraciət etmiş lakin həmin orqan onun müraciətini icra etməkdən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs və protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 15 may 2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 Xətalar Məcəlləsinin 346.1-ci maddəsinin tələblərini pozduğuna görə 20 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan AYNA-nın 3 fevral 2025-ci il tarixli məktubundan görünür ki, X1 qərarın icrasına xitam verilməsi barədə müraciət etmiş, lakin inzibati orqan həmin müraciəti icra etməkdən imtina etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllənin 146.1-1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən sonra bir il müddətində icra edilməmişdirsə, daha icra edilmir. Həmin Məcəllənin 146.1-1-ci maddəsinə əsasən İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir. Həmin Məcəllənin 145.1.3-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etmə haqqında qərarın bu Məcəllənin 146.1-ci maddəsində müəyyən edilmiş icra müddəti keçdikdə qərarın icrasına xitam verir. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar hansı orqan və ya məhkəmə tərəfindən qəbul edilmişdirsə onun ləğv edilməsi məsələsi də həmin subyektin səlahiyyətinə aid edilmişdir. Məhkəmə tərəfindən iş materialların araşdırılarkən müəyyən edilmişdir ki, X3 cərimə cəzasının üzərində 6 (altı) ildən çox müddət keçməsinə baxmayaraq həmin cəza indiyədək icra edilməmişdir. Eyni zamanda şəxs inzibati orqana bununla bağlı müraciət etmiş və inzibati orqan tərəfindən imtina cavabı almışdır. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilməsinə dair Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 15 may 2019-cu il tarixli qərarının icrasına həmin Məcəllənin 146.1-1-ci maddəsinə əsasən xitam verilməlidir Şərh edilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 118, 145 və 146 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilməsinə dair Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 15 may 2019-cu il tarixli qərarının icrasına xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar