Məhkəmə qərarları › İş №3(004)-1344/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1344/2025

14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1344/2025 14.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X7 Məhəmməd qızının sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, Bakı Nəqliyyat Agentliyinin xx.xx.2020-ci il tarixli, BNA ******* saylı qərarından şikayət vermə müddətinin bərpasına dair şikayətçi X3 tərəfindən verilmiş vəsatətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Nəqliyyat Agentliyinin xx.xx.2020-ci il tarixli, BNA ******* saylı qərarı ilə X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) manat miqdarında cərimə edilmişdir. X4 Ağaveys Bakı Nəqliyyat Agentliyinin xx.xx.2020-ci il tarixli, BNA ******* saylı qərarından şikayət verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə X2 məlumat verilsə də o, məhkəmə iclasında iştirak etməmişdir. Elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ilə müraciet edərək bildirmişdir ki, o, Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və X5 Hüquqi Şəxsin direktor müavini və baş hüquqşünasıdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən kollecdə 05- xx.xx.2025-ci il tarixlərdə araşdırma təyin edilib və bu zərurətlə bağlı işdən kənarlaşa bilmir. Düşünür ki, ərizə təmamilə əsaslıdır və bu səbəbdən məhkəmə prosessini iştirakı olmadan keçirməyi və qanuni qərar qəbul etməyi xahiş etmişdir. Məhkəmə vəsatətə X1 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, buraxılmış şikayət vermə müddətinin bərpasına dair ərizə təmin edilməməli və X1 şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, Bakı Nəqliyyat Agentliyinin xx.xx.2020-ci il tarixli, BNA ******* saylı qərarının surəti X1 şikayət vermə müddətinin ötürülməsinin üzrlü səbəblərini təsdiq edən hansısa sübut sonuncu tərəfindən məhkəməyə təqdim edilmədiyindən vəsatət rədd edilməli, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Nəqliyyat Agentliyinin xx.xx.2020-ci il tarixli, BNA ******* saylı qərarından şikayət vermə müddətinin bərpasına dair şikayətçi X3 tərəfindən verilmiş vəsatət rədd edilsin, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar