Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1346/2021 29.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X2 iclas katibliyi ilə, Şikayətçi “xxxx” MMC-nin inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi “xxxx” MMC Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, 17.05.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın tamamilə ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində tələbini onunla əsaslandırmışdır ki, 24 may 2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsi (bundan sonra “Müfəttişlik) tərəfindən **********3 saylı, 17.05.2021-ci il tarixli məktub ünvanlanmışdır. Həmin məktubla “xxxx” MMC barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərar göndərilmişdir. X1 tərəfindən verilmiş şikayətə baxılmış və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra "İXM”) 192.4-cü maddəsinin pozulduğu göstərilmiş, X4 əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabın sonuncu iş günü hesablanıb ödənilmədiyi qeyd edilmiş, 900 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Aşağıdakılara əsasən hesab edir ki, müfəttişliyin 17 may 2021-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı tamamilə qanunsuz və əsassızdır və həmin qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata qərar qəbul edilməlidir. 17 may 2021-ci il tarixli, MN№ ******* saylı inzibati tənbeh vermə haqqında qərar 17 may 2021-ci il tarixdə tərtib olunmuş lakin, 24.05.2021-ci il tarixdə poçt vasitəsilə onlara göndərilmişdir. Halbuki, qərarın surəti iki gün müddətində onlara göndərilməli idi. İnzibati Xətalar Məcəlləsinin 117.2-ci maddəsinə əsasən qərarın surəti iki gün müddətində barəsində qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə və zərər çəkmiş şəxsə verilir. Yuxarıda qeyd edilən səbəblərə görə 17 may 2021-ci il tarixli, MN№ ******* saylı inzibati tənbeh vermə haqqında qərann heç bir hüquqi qüvvəsi yoxdur. 01 saylı İnzibati İqtisadi Məhkəməyə müraciət etsələr də aidiyyəti üzrə müraciət edilməməsi barədə qərardadla inzibati iş geri qaytarılmış, lakin iddia ərizəsinə əlavə olunan sənədlərin əslilərini məlum pandemiya ilə əlaqədar olaraq 05.02.2021-ci il tarixdə almaq mümkün olmuşdur. Qərarından şikayət verilən orqanın nümayəndəsi X3 bildirmidir ki, işçi Ş.İbadlının şikayəti araşdırılarkən müəyyən edilmişdir ki, onunla əmək müqaviləsinə xitam verilərkən son haqq-hesab vaxtında ödənilməmişdir, buna görə də məsələnin araşdırılması üçün “xxxx” MMC-nin rəhbəri dəvət edilmiş, bundan sonra protokol tərtib edilmiş, protokola baxılması vaxtı və yeri barədə də “xxxx” MMC-nin rəhbəri məlumatlandırılmışdır, bundan sonra onun barəsində inzibati tənbeh qərarı qəbul edilmişdir. bu səbəbdəndə qərarın qüvvədə saxlanılmasını, şikayətin rədd edilməsini məhkəmədən xahiş etdi. Şikayətçi məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, şikayət vermiş tərəf məhkəmə iclasında iştirak etmədiyi üçün məhkəmə iclası təxirə salınmış, bununla da 2 dəfə həm rəsmi məktubla, həm də şikayət vermiş şəxsin şikayətində göstərdiyi mobil telefon nömrəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, bu barədə SMS xəbərdarlığının AZEMİS vasitəsilə göndərilməsinə dair bildirişi vasitəsilə təyin edilmiş iclas barədə xəbərdar edilmiş, xəbərdarlıq telefon sahibi tərəfindən qəbul edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, 17.05.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərara əsasən X1nun əmək müqaviləsinə xitam verilərkən son haqqı-hesab ödənilmədiyinə görə qanunvericiliyin tələbləri pozulmuş, buna görə işəgötürən X5 İXM-in 192.4-cü maddəsi ilə təqsirli bilinib 900 manat cərimə edilmişdir. Həmin qərar MN ******* saylı, 04.05.2021-ci il tarixli protokol əsasında qəbul edilmişdir. Şikayətçi qeyd edilən inzibati xətanın törədilməməsini bildirsə də, bu barədə heç bir sübut təqdim etməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. Bundan əlavə şikayətdə göstərilmişdir ki, inzibati tənbehvermə haqqında qərarın surəti 2 gündən gec tənbeh almış tərəfə təqdim edilmişdir, bununla da İXM-nin 117.2-ci maddəsinin tələbləri pozulmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, tənbehvermə haqqında qərarın surətinin tənbeh almış şəxsə gec verilməsi, həmin qərarın qanuniliyinə təsir etmir və qərarın ləğv edilməsi üçün əsas və səbəb deyildir. Ümumiyyətlə məzmunu yuxarıda qeyd edilmiş şikayətdə göstərilmiş prosessual pozuntular, həmin iş üzrə qəbul edilmiş inzibati tənbeh vermə qərarının ləğvi üçün əsas deyildir və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozuntular aşkar edilmir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 19.12.2019-cu il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu, həmçinin apellyasiya instansiyası məhkəmələrinin diqqətini ona cəlb etməyi lazım bilir ki, onlar birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı, mahiyyət üzrə düzgün olan qərarının yalnız formal mülahizələrə görə ləğv edilməsindən çəkinməlidirlər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayətçi “xxxx” MMC-nin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, 17.05.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-1346/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1346/2021
29.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver