Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1347/2024 05.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhər Yasamal RPİ-nin 27-ci PŞ-nin polis sahə inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1992-cı ildə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, usta işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 27-ci PŞ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 27-ci PŞ tərəfindən tərtib edilmiş 05 mart 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə A.Salamzadə küçəsində hərəkətdə olan “Ford Fusion” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı avtomobil ard-arda manevr qaydasını pozduğu üçün Bakı şəhəri Yasamal RPİ-nin DYPŞnin əməkdaşları tərəfindən saxlanılaraq sürücüyə özlərini təqdim etdikdən sonra ona qayda pozuntusu ətraflı şəkildə izah edilmişdir. Sənədləri təqdim etmədiyi üçün sürücünün şəxsiyyəti bort kompüter vasitəsilə yoxlanılaraq onun Şəxs olması müəyyən edilmişdir. Daha sonra sürücü qayda pozuntusuna və nəqliyyat vasitəsini dayanacağa qoymaq tələbini yerinə yetirməyərək sərnişin nəqliyyat vasitəsini hadisə yerindən idarə edərək getmişdir. Lakin hadisə yerinə dəvət edilmiş ƏÇPA-nın PB-nün polis nəfərlərinin köməkliyi ilə o, saxlanılaraq Yasamal RPİ-nin 27-ci PŞ-yə gətirilmişdir. Bununla da, onun barəsində 05 mart 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Yasamal RPİ-nin 27-ci PŞ-nin polis sahə inspektoru X4 tərtib etdiyi protokolu müdafiə edərək izahatında göstərmişdir ki, araşdırma zamanı Şəxs əməlində İXM-nin 535.1-ci maddənin tərkib əlamətləri müəyyən edildiyindən barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs protokola etiraz edərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə A.Salamzadə küçəsində ona məxsus olan “Ford Fusion” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən etiraf edir ki, manevr qaydasını pozmuşdur. Lakin onun qeyd olunan əməli avtoxuliqanlıq xəta tərkibini yaratmamışdır. Buna baxmayaraq, Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin əməkdaşları ona saxla əmri verdikdən sonra nəqliyyat vasitəsini cərimə meydançasına aparılması üçün təhvil verilməsini ondan tələb etmişlər. O, hesab etmişdir ki, əməlində avtoxuliqanlıq xəta tərkibi olmadığından nəqliyyat vasitəsinin duracağa aparılması üçün zərurət yoxdur. Bu səbəbdən polis əməkdaşları ilə onun arasında narazılıq yaranmışdır. Daha sonra o, nəqliyyat vasitəsində əyləşən dostu olan xanıma avtomobili idarə edərək oradan uzaqlaşmasını tapşırmışdır. Xanım nəqliyyat vasitəsini idarə edib oradan uzaqlaşdıqdan sonra polis əməkdaşları ona bölməyə getməsini təklif etmişlər, o, etirazını bildirdikdə isə əraziyə ƏÇPA-nın əməkdaşları dəvət edilmiş və onu saxlayaraq 27-ci PŞ-nə gətirmişlər. Verilmiş suallara əsasən əlavə olaraq bildirmişdir ki, nəqliyyat vasitəsini idarə edən xanımın etibarnaməsi olmamışdır. Hazırda əməlindən peşmandır və barəsində yüngül tənbeh tədbirinin təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal RPİ-nin DYPŞ yol patrul xidməti baş isnpektoru X3 ifadə verərək bildirmişdir ki, 05 mart 2024-cü il tarixdə saat 10:05 radələrində A.Salamzadə küçəsində 228 saylı avtopatrulda xidmət apararkən “Ford Fusion” markalı **-YC-*** dövlət qeydiyyat nişanlı avtomobilin ar-arda manevr qaydalarını pozmasını vizual şəkildə aşkarlamışdır. Həmin NV-ni saxlamış və yaxınlaşaraq özünü təqdim etmiş, qayda pozuntusu izah edildikdən sonra maşının duracağa yerləşdirilməsini və görüntü ilə Yasamal DYPŞ-də tanış olacağını bildirmişdir. Bu zaman sürücü telefonu əlinə alaraq tanımadığı biri ilə danışmağını və qayda pozuntusundan boyun qaçırmağa cəhd etmişdir. Telefonla danışmamasını görüb onunla aqressiv şəkildə davranaraq maşını duracağa qoymayacağını bildirmişdir. Dəfələrlə nizam-intizama dəvət etsə də sürücü öz tabesizlik əməllərindən əl çəkməmişdir. Daha sonra o, avtomobildə olan xanıma yaxınlaşaraq tapşırıq verdikdən sonra xanım avtomaşını oradan naməlum istiqamətə sürmüşdür. O, u barədə saxlanılan şəxsə soruşduqda ona cavab vermişdir ki, “sənə maşın yox mən lazımam”. Ona təhkim olunan bort kompüter vasitəsilə yoxlayan zaman məlum olmuşdur ki, sürücü xanım maşını etibarnaməsiz idarə etmişdir. Bu zaman “efir” vasitəsilə Şəfəq çağıraraq ÇPA-nın 9616 çağrılı avtopatrulunun köməyi ilə şəxs 27-ci PB-yə dəvət olunmuşdur. Burada məlum olmuşdur ki, tabesizlik edən maşını saxlandığı yerdən sürdürən xx.xx.1992-ci il təvəllüdlü Şəxsdur. Məhkəmə tərəflərin izahatlarını, inzibati xəta haqqında iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinməsi tam sübuta yetirilir. İş materiallarında olan ƏÇPA-nin 6-cı Patrul Bölüyünün polis nəfərləri polis serjantları R.Quliyev və E.Bağırovun tərəfindən tərtib edilmiş 05 mart 2024-cü il tarixli raportdan müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 10:15 radələrində Abdulvahab Salamzadə küçəsi 1055 ünvanında xidmətdə olarkən “Şəfəqin” məlumatına əsasən YPXnın “228” çağırışlı kömək göstərilməsi barədə məlumat daxil olmuşdur. Dərhal onlar AP9616 çağırışlı xidməti avtopatrulla həmin ünvana yaxınlaşmışlar və sürücünü 27-ci PBya dəvət etmişlər. Bölmədə məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Bakı şəhər DYPİ-nin YPX-nın baş inspektrou R.Fətəliyev tərtib edilmiş 05 mart 2024cü il tarixli raportdan müəyyən edilir ki, həmin tarixdə saat 10:05 radələrində A.Salamzadə küçəsində 228 saylı avtopatrulda xidmət apararkən “Ford Fusion” markalı **-YC-*** dövlət qeydiyyat nişanlı avtomobilin ar-arda manevr qaydalarını pozmasını vizual şəkildə aşkarlamışdır. Həmin NV-ni saxlamış və yaxınlaşaraq özünü təqdim etmiş,qayda pozuntusu izah edildikdən sonra maşının 5 saylı duracağa yerləşdirilməsini və görüntü ilə Yasamal DYPŞ-də tanış olacağını bildirmişdir. Bu zaman sürücü telefonu əlinə alaraq tanımadığı biri ilə danışmağını və qayda pozuntusundan boyun qaçırmağa cəhd etmişdir. Telefonla danışmamağını görüb onunla aqressiv şəkildə davranaraq maşını duracağa qoymayacağını bildirmişdir. Dəfələrlə nizam-intizama dəvət etsədə sürücü öz tabesizlik əməllərindən əl çəkməmişdir. Maşında olan xanıma yaxınlaşaraq onunla həmsöhbətdən sonra ona yaxınlaşıb başını qatmağa cəhd göstərib həmin xanımın köməyi ilə avtomaşını oradan naməlum istiqamətə sürdürmüşdür. Soruşduqda maşını nə üçün sürdürdüyünü, ona “sənə maşın yox mən lazımam” ifadəsini işlətmişdir. Ona təhkim olunan bort kompüter vasitəsilə yoxlayan zaman məlum olmuşdur ki, sürücü xanım maşını etibarnaməsiz idarə etmişdir. Bu zaman “efir” vasitəsilə Şəfəq çağıraraq ÇPA-nın 9616 çağrılı avtopatrulunun köməyi ilə 27-ci PB-ya dəvət olunmuşdur. Burada məlum olmuşdur ki, tabesizlik edən maşını saxlandığı yerdən sürdürən xx.xx.1992-ci il təvəllüdlü Şəxsdur. Bununla da, onun barəsində 05 mart 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan 05 mart 2024-cü il tarixli, AZA seriyalı, 003842 nömrəli inzibati qaydada tutma haqqında protokoldan müəyyən edilir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən həmin tarixdə saat 10:25-də inzibati qaydada tutulmuşdur. Məhkəməyə təqdim edilmiş videogörüntü tədqiq edilərkən Şəxs polis işçiləri ilə aqressiv danışması və onların qanuni tələblərinə tabe olmaması müşahidə edilir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 05 mart 2024-cü il tarixdə saat 10.25 radələrində Şəxs Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti ilə Ş.Mehdiyev küçəsinin kəsişməsində polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclası zamanı Şəxsnın əməlində onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin İXM-nin 31.4-1-ci maddəyə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Barəsində inzibati icraat aparılan şəxs Şəxs şəxsiyyətini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Cərimə məbləği müəyyən edilərkən İXM-nin 31.4-1-ci maddəsinin tələbləri, yəni Şəxs inzibati qaydada tutulması nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1347/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1347/2024
05.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver