Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-135/2024 22.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X3 iclas katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Sabunçu Rayon Dövlət X10 01 dekabr 2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, 1« W MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Sabunçu Rayon Dövlət X10 01 dekabr 2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, barəsində çıxarılmış həmin qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində göstərmişdir ki, xx.xx.2023-cü il tarixində telefonuna yüklədiyi “Asan ödəniş” sistemindən ona məlum olmuşdur ki, guya ki, o, KİA SPORTAGE markalı, 77CA486 minik avtomobili ilə xx.xx.2023 tarixdə Sabunçu R.Y.Əliyev küçəsi ərazisində inzibati xətalar məcəlləsinin 327.4.1.1,1.3 və 1.1 üfüqi nişanlanma xətlərini tələblərini pozduğu üçün protokol tərtib edilmiş və o, 150 manat ( endirimli 135 manat) cərimə edilmişdir. TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərarı xx.xx.2023-cü il tarixində Sabunçu rayon DYPŞ-dən əldə etmişdir. Həmin tarixə qədər isə onun ünvanına DYP tərəfindən heç bir qərar, protokol surətləri daxil olmamışdır. Qeyd edir ki, xx.xx.2023 il tarixdə ümumiyyətlə, o, həmin ərazidə (Sabunçu) olmamışdır. Belə ki, onun məhkəmə prosesləri olub həmin ərazilər də Nəsimi və Səbail rayonu əraziləridir, sübut olaraq (məhkəmə sms surəti göndərilir). Həm də qərarda qeyd edilmişdir ki, protokol xx.xx.2023 cü ildə tərtib edilib xx.xx.2023 tarixində də qərara alınmışdır. Lakin Asan ödəniş sistemində Protokolun tərtib edilmə tarixi xx.xx.2023 cü il qərara alınma tarixi isə xx.xx.2023 cü il olması aşkar görünür. Xətanın törənməsi barədə isə foto və ya video isə sistemə yerləşdirilməyib. Həm də əgər xəta xx.xx.2023 cü il tarixdə törədilmişdirsə də xx.xx.2023 tarixində ( 17 gün sonra) Protokol tərtib edilə bilməzdi. Sistemdə 150 manat cərimənin miqdarının endirimli olaraq135 man olması xx.xx.2023 cü ilə qədər davam etmişdir. xx.xx.2023 cü il tarixdən sistemdə endirim ləğv edilib 150 manat olması da buna sübutdur ki, protokolun yaranma tarixi xx.xx.2023 cü ildən başlanıb və 1 ay müddətində endirim qiymət xx.xx.2023 tarixədək davam edib. Odur ki, Sabunçu DYPŞ polis mayoru X6 tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2023 cü il tarixli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini, Azərbaycan Respublikası DİN Sabunçu Rayon Dövlət X10 01 dekabr 2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Əlavə olaraq X8 bildirmişdir ki, 2-ci qrup əlildir və astma xəstəliyindən əziyyət çəkir. Sabunçu rayon DYP əməkdaşları onun barəsində qanunsuz olaraq protokol tərtib etmişlər. Əlavə olunmuş sənədlərdən görünür ki, sistemdə protokolun yaranma tarixi 22 noyabr 2023-cü il göstərilmiş, lakin inzibati xəta haqqında qərarda 05 noyabr 2023-cü il. Ümumiyyətlə belə bir inzibati xəta törətməmiş, yol nəqliyyat qaydalarını pozmamış və inzibati orqanın məhkəməyə sübut təqdim etməsi üçün kifayət qədər vaxtı var idi, lakin məhkəməyə heç bir sübut təqdim olunmayıb. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Sabunçu Rayon Dövlət X10 01 dekabr 2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən X8 xx.xx.2023-cü il tarixdə “KİA SPORTAGE” minik markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Sabunçu rayonu, Y.Əliyev küçəsində olarkən nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək, nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə İXM-in 327.4-cü maddəsi ilə təqsirli bilinib 150 manat cərimə edilmişdir. Qeyd edilən 01 dekabr 2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X8 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsinin dispotozitiv şərtlərini sübut edən hallar tam əks olunmamış, protokolu tərtib etmiş Azərbaycan Respublikası DİN Sabunçu Rayon Dövlət X10 nümayəndəsi təkzibedici sübutları, məhkəməyə təqdim etməmişdir. Beləliklə də həmin hadisənin baş vermə şəraiti qeyri-müəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Bundan başqa həmin qərarın elektron kabinetə nə vaxt yerləşdirilməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin, zərərçəkmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. X5 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, şikayət təmin edilməli, X2 barəsində İXM-nin 327.4-cü maddəsi ilə Azərbaycan Respublikası DİN Sabunçu Rayon Dövlət X10 tərəfindən tərtib edilmiş 01 dekabr 2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində İXM-nin 327.4-ci maddəsi ilə Azərbaycan Respublikası DİN Sabunçu Rayon Dövlət X13 tərəfindən tərtib edilmiş 01 dekabr 2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərar ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-135/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-135/2024
22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver