Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1353/2021 04.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X2 iclas katibliyi ilə xx.xx.1979-cu ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 535.1-ci maddələri ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 02 iyun 2021-ci il tarixdə vətəndaşlar A.Şaiq küçəsi ev 45-də yaşayan qadınların əxlaqsızlıqla məşğul olmaları, səs küy salmaları ilə bağlı edilmiş müraciət araşdırılması üçün polis əməkdaşı tərəfindən həmin ərazidə olmuş, Şəxs vətəndaşlar tərəfindən edilmiş şikayətin mahiyyəti izah edilmiş, Şəxs mənzili boşaldab başqa yerə köçəcəyini bildirmiş, lakin sonradan DİN 102 xidmətinə zəng edərək şikayətlənmiş, Şəxs şikayətin araşdırılması üçün bölməyə dəvət edilsə də, küçədə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, sahə rəisi X3 əl qol atmış, M.Kərimovun qolunu çızmış, polis əməkdaşları onu küçədə nizam intizama dəvət etsələr də polis əməkdaşlarının tələblərinə tabe olmamış, öz hərəkətlərini davam etdirmiş, 27-ci Polis Bölməsində də öz hərəkətlərini davam etdirmiş, polis əməkdaşlarını təhqir etmiş, onlara hücum etmiş, 27-ci Polis Bölməsinin polisin iş fəaliyyətini pozmuş, polisin qanuni tələblərinə tabe olmamış, bununla da polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə tabe olmamışdır. Həmçinin tibbi rəyə əsasən narkotik vasitələrdən istifadə etdiyi aşkar edilmişdir. Bununla da o, İXM-in 206, 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsi tərəfindən 04.06.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək, bildirdi ki, Yasamal rayonu ərazisində kirayə ev tutub yaşayır. Qonşular şifahi şikayəti bildiriblər ki o həmin evdə fahişəlikklə məşğul olur. Həqiqətən də maddi ehtiyacları ucbatından həmin evdə fahişəliklə məşğul olmuşdur.Onunla birlikdə həmin evdə digər bir qohumu Səbinə adlı şəxs də fahişəliklə məşğul olur. Evdən çıxarkən 3 torba qab-qacaq əşyaları orada qaldığı üçün ev sahibi və polisə şikayət edib, polis ora gəldikdə əsəbi olduğu üçün polisi təhqir etmişdir, poislə mübahisə etmişdir. Polislər ona sakitləşdirmək istəsə də polislərin ünvanına nalayiq ifadələr işlətmişdir. Həmçinin əvvəllər bir iki dəfə narkotik vasitə istifadə etmişdir, hal hazırda istifadə etmir. Əməlindən peşmandır. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Şöbəsinin sahə inspektoru Məhərrəm Kərimov məhkəməyə verdiyi izahatında bildirdi ki, 13.08.2020ci il tarixdə T.Şahbazi küçəsi, ev 104a, mənzl 38 saylı ünvanda yaşayan X4 DİN-nin 102 xidmətinə zəng edərək qonşu binada əxlaqsız yuva olması barədə məlumat vermişdir. Həmin məlumat PB-nin təhqiqatçısı, polis mayoru Azər Əliyev tərəfindən araşdırılmış və AR İXM-nin 524-cü maddəsi ilə inzibatı təhbeh görülməsi barədə qərar qəbul edilmiş və tərəfindən 13.08.2020-ci il tarixdə MN ******* nömrəli inzibati protokol tərtib olunaraq vətəndaş Şəxs 100 manat cərimə olunmuş və həmin mənzildən köçüb getmişdir. Bundan əlavə PB-nin təhqiatçısı, həmin şəxsi dindirən zaman narkotik maddə istifadəçisi olmasından şübhələnərək AR SN-nin X6 Hüquqi şəxsi ambulaor məcbiri tibbi yoxlamadan keçirilmiş və məlum olmuşdur ki, Şəxs narkotik maddə istifadəçisidir. Bundan əlavə 02.06.2021-ci il tarixdə Yasamal rayonu A.Şaiq küçəsi ev 245-də yaşayan bir neçə şəxsiyətinin bilinməməsini istəyən sakinlər bildirmişlrər ki, 2 aya yaxın mənzil 72-də cürbəcür qadın və kişilər gecə və günorta saatlarında mənzilə daxil olub səs-küy yaradaraq əyaşlıq edirlər. Tərəfimdən həmin mənzildə pasport-qeydiyyat yoxlanılması ilə əlaqədar olduğda məlum olmuş ki, həmin şəxs Şəxsdır. Qeyd olunan şəxslə profilakti söhbətlər apararaq ev sahibini bu barədə məlumatlandırmış, Şəxs bildirdi ki, 2 günə mənzildən çıxacağdır, 02.06.2021-ci il tarixdə E. Hüseynova DİN-nin 102 mərkəzinə yalandan məlumat verərək bildirmişdir ki, evdən köçsə də evdə qalan soyuducu, televizor, paltar şkafı və digər əşyalar mənzildə qalmış və ev sahibi tərəfindən ona qaytarılmır, bununla bağlı onu polis sahə məntəqəsinə çağırır. Yaranmış mübahisə ilə əlaqədar həmin ünvanda olan zaman Şəxs ilə söhbət aparılarkən, küçədə ona və ailə üzvlərini nəlaiq küçə söyüşləri ilə təhqir etmişdir, buna görə də Şəxs polis bölməsinə dəvət edilmişdir. Bölmədə olan zaman həmin şəxs eyni əməllərinə davam edərək polis ona və digər polis əməkdaşlarını nəlaiq ifadələrlə təhqir edib, əl-qol hərəkətləri edərək sol və sağ bilək nahiyələrini cızmışdır. Bölmənin iş fəaaliyyətini pozmuşdur. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsi inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X6 Hüquqi şəxsi Ambulator X1 13.08.2020-ci il tarixli, 2229 saylı rəyindən görünür ki, Şəxs çətənə bitkisi pereparatından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 13.08.2020-ci il tarixli, protokola əsasən Şəxs marixuanadan istifadə etdiyi aşkar edilmişdir. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarındakı 04.06.2021-ci il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə saat 13:00 radələrində tutulmuşdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə müəyyən edilir ki, İXM-nin 206-cı maddəsi üzrə əməl 13.08.2020-ci il tarixdə törədilmişdir. Bu səbəbdən də həmin tarixdən 3 aylıq inzibati məsuliyyətə cəlb etmə müddəti bitdiyi üçün, həmin maddəyə münasibətdə iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 03 ay keçənədək verilə bilər. Hazırkı inzibati xəta haqqında protokoldakı şəxsin təqsirli bilindiyi İXM-nin 206-cı maddəsindəki inzibati xəta İXM-in 38.1-ci maddəsindəki xüsusi qeyd edilmiş - inzibati tənbehin törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilən inzibati xətalardan deyildir. Həmin maddə üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti 03 ay müəyyən edilmişdir. Ona görə də həmin maddəyə münasibətdə artıq inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. İXM-in 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Lakin İXM-0nin 535.1-ci maddəsi üzrə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 04.06.2021-ci il tarixindən, saat 13:00 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-1353/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1353/2021
04.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver