Məhkəmə qərarları › İş №3(004)-1353/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1353/2023

14.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1353/2023 14.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi Az-Mep Group MMC-nin direktoru Sinan Dumanın iştirakları ilə, Hüquqi ünvanı AZ1141, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat pr., ev 46, m.3 ünvanında yerləşən Şəxs MMC (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankı Hüquq Departamentinin İnzibati İcraat və Məhkəmə İşləri Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Şəxs Məhdud Məhsuliyyətli Cəmiyyət 220000.00 ABŞ dolları məbləğində vəsaiti 15 fevral 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 150.000 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 16 fevral 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da o, İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Az-Mep Group MMC-nin direktoru Sinan Duman bildirmişdir ki, xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən köçürmənin xidmətə aid olan hissəsi (70000 USD - Yetmiş min ABŞ Dolları) həmin akt əsasında bağlanmışdır. Hal-hazırda avans üzrə qalıq məbləğ 150.000 USD (bir yüz əlli min ABŞ dolları) təşkil edir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli köçürmə ərizəsindən görünür ki, “AZ- MEP GROUP» MMC tərəfindən xx.xx.2021-ci ildə “Aqua Grup DS Ticaret Limited Şirketi” hesabına qabaqcadan 220000.00 ABŞ dolları məbləğində ödəniş edilmişdir. İş materiallarında olan Kapital Bankın xx.xx.2023-cü il tarixli 2157 nömrəli məktubundan görünür ki, "xxxx" MMC (VÖEN: **********) tərəfindən xx.xx.2021-ci il tarixli 02-21 nömrəli müqaviləyə əsasən AQUA GRUP DİS TİCARET LİMİTED şirkətinin xeyrinə xx.xx.2021-ci il tarixində 220.000.00 USD (iki yüz iyirmi min ABŞ dolları) məbləğində avans ödənişi icra olunmuşdur. Köçürmənin təsdiqedici sənədlərində qeyd olunduğu kimi xx/xx/2021 nömrəli xx.xx.2021-ci il tarixli invoys sənədi üzrə 150.000 USD (bir yüz əlli min ABŞ dolları) məbləğində vəsait mal alışı üzrə, xx/xx/2021 nömrəli xx.xx.2021-ci il tarixli invoys sənədi üzrə isə 70.000 USD (yetmiş min ABŞ dolları) məbləğində vəsait xidmət ödənişi üzrə qabaqcadan icra olunmuşdur. Eyni zamanda həmin məktubdan görünür ki, AG/02 nömrəli xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən yuxarıda qeyd edilən köçürmənin xidmətə aid hissəsi yəni 70000 ABŞ dolları məbləğində olan hissəsi həmin akt əsasında bağlanmışdır.Hal-hazırda avans üzrə qalıq məbləğ 150.000 ABŞ dolları təşkil edir.Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs MMC 15 fevral 2021-ci ildə xaricə köçürmüş olduğu 220.000 ABŞ dolları məbləğində vəsaitin deyil 150.000 ABŞ dolları həcmində vəsaitin hesabına alınan malların ölkəyə idxal etməməyə, valyuta vəsaitinin geri qaytarılmamsına görə məsuliyyətə cəlb edilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikası Mərkəzi Bankının İnzibati İcraat və Məhkəmə İşləri şöbəsinin səlahiyyətli əməkdaşı tərəfindən xx.xx.2023-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokolla, xx.xx.2023-cü il tarixli köçürmə ərizəsi ilə və "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanan xx.xx.2023-cü il tarixli, 13002-01/12 nömrəli məktubla tamamilə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, qəraraaldı: “AZ-MEP GROUP» MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək (EP ******* saylı protokol üzrə) inzibati xətanın obyekti olmuş valyuta vəsaiti 150.000 (bir yüz əlli min) ABŞ dolları məbləğinin 20 faizi miqdarında, yəni 30000 (otuz min) ABŞ dolları məbləğində (ödəniş gününə olan məzənnə üzrə manatla) cərimə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar