Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1355/2024 03.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, X2 iclas katibliyi, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 3 olan Şəxs MMC (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 370-2.1-ci maddəsi ilə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola əsasən Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyinin 2023-cü ilə dair keyfiyyət, maliyyə və təsərrüfat göstəriciləri,həmçinin sahibkarlıq və biznes mühitinin vəziyyətinin qiymətləndirilməsi üzrə hesabatların 3 (üç) iş günü müddətində https://e-gov.az/az/services/read/3731 keçidi vasitəsilə şəxsi kabinetdən göndərilməsi və nəticəsi barədə Nazirliyə məlumat verilməsi ilə bağlı göndərilmiş xx.xx.2024-cü il tarixli 3-27/2- 577/2024 saylı məktubun xx.xx.2024-cü il tarixində, həmçinin qanunun tələbinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilməsi üçün göndərilmiş xx.xx.2024-cü il tarixli 3-27/2- 1217/2024 saylı məktubun xx.xx.2024-cü il tarixində Şəxs MMC-yə çatmasına baxmayaraq Şəxs MMC-nin hər iki məktuba cavab vermədiyi, eyni zamanda məlumat təqdim etmədiyi müəyyən edilmişdir. Beləliklə Şəxs MMC İXM-in 370-2.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi X3 tərtib olunmuş protokolu müdafiə edərək, Şəxs MMC barəsində inzibati tənbeh növündə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə (hüquqi şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 370-2.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, İXM-in 370-2.1-ci maddəsinə əsasən Bu Məcəllənin 370-2.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə — vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla, iş materiallarına əlavə edilmiş xx.xx.2024 və xx.xx.2024-cü il tarixli məktublar, xx.xx.2024-cü il tarixli AKT, yol qaiməsi və digər sənədlərlə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 370-2.1-ci maddəsi ilə təqsirli bilinərək, 1000 (min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №3(004)-1355/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1355/2024
03.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver