Məhkəmə qərarları › İş №3(004)-1358/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1358/2023

28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1358/2023 28.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi ilə, Əliyev Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Rayon Polis İdarəsindən daxil olmuş materiala baxaraq, məhkəmə müəyyən etdi: Əliyev Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə olunmasına dair EQ 11398946 nömrəli protokol əsasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən olunmuş əsaslar olmadan icra etməmişdir. Bundan əlavə, Əliyev Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) manat məbləğində cərimə olunmasına dair EQ 11419656 nömrəli protokol əsasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən olunmuş əsaslar olmadan icra etməmişdir. Bundan əlavə, Əliyev Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə olunmasına dair EQ 11222855 nömrəli protokol əsasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən olunmuş əsaslar olmadan icra etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq barəsində inzibati icraat aparılan şəxs Əliyev Şəxs oğlu və protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Əliyev Şəxs oğlu nın və protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Əliyev Şəxs oğlu xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında EQ 11398946 nömrəli elektron qərara əsasən Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Bundan başqa, Əliyev Şəxs oğlu xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında EQ 11419656 nömrəli elektron qərara əsasən Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Bundan başqa, Əliyev Şəxs oğlu xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında EQ 11222855 nömrəli elektron qərara əsasən Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat miqdarında inzibati qaydada cərimə edilmişdir. X2 İbrahim oğlu edilmiş xəbərdarlığa baxmayaraq yuxarıda qeyd olunmuş qərarları qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətinə icra etməmişdir. Barəsində inzibati icraat aparılan Əliyev Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi İnzibati təcrübə üzrə baş inspektor, polis baş leytenantı X1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı, xx.xx.2023-cü il tarixli, İXP ******* saylı, xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokollarla tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 529.3-cü maddəsinə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Məhkəmə hesab edir ki, Əliyev Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması kimi inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Əliyev Şəxs oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında işlər bir icraatda birləşdirilərək baxılsın. Əliyev Şəxs oğlu xx.xx.2023-cü il tarixli, İXP ******* saylı, xx.xx.2023-cü il tarixli, İXP ******* saylı, xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokollar üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Yasamal Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar