Məhkəmə qərarları › İş №3(004)-1365/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1365/2021

16.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1365/2021 16.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, şikayətçi “xxxx” MMC-nin direktoru X7 və onun vəkili Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin səlahiyyətli nümayəndəsi X2 iştirakı ilə, “xxxx” MMC-nin direktoru X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 20.04.2021-ci il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsi barədə verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: “xxxx” MMC-nin direktoru X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 20.04.2021-ci il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda yerləşən "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir. İcbari Sığorta Bürosunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə etdiyi 11.12.2020-ci il tarixli 10-OQ/956/20 nömrəli müraciətinə əsasən 6 nəfər işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etmədikləri üçün "xxxx" MMC-nin vəzifəli şəxsi kimi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən MN № ******* saylı, 08 aprel 2021-ci il tarixli protokol tərtib edilmişdir. Qeyd edilən protokol ona təqdim edilməsə də həmin protokola əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən tərtib edilmiş MN № ******* saylı, 20.04.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar təqdim edilmişdir. Həmin qərar ona poçt vasitəsi ilə 28.04.2021-ci il tarixdə təqdim edilmişdir. O, həmin qərara əsasən 1500 (bir min beş yüz) manat cərimə edilmişdir. İcbari Sığorta Bürosunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə etdiyi 11.12.2020-ci il tarixli 10- OQ/956/20 nömrəli müraciətinə əsasən 6 nəfər işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etmədikləri üçün "xxxx" MMC hüquqi şəxs kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən tərtib edilmiş protokol əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07.05.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 5000 (beş min) manat cərimə edilmişdir. "xxxx" MMC-nin hüquqi şəxs kimi inzibati məsuliyyətə cəlb etməklə kifayətlənməyərək onun barəsində də mübahisələndirdiyi protokolu tərtib etmiş, nəticədə də mübahisləndirilən qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən ona barəsində protokol tərtib olunacağı barədə hər hansı bir məlumat verilməmiş, o, həmin protokolun tərtibində iştirak etməmiş, ona İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməmiş, bu barədə protokolda müvafiq qeyd aparılmamış, ona həmin inzibati xəta haqqında protokolun surəti verilməmiş, həmçinin həmin protokol tərəfindən imzalanmamışdır. Həmin protokol hələ də ona təqdim olunmamış, həmin protokol barədə məlumatları ona poçt vasitəsi ilə təqdim edilmiş qərardan əldə etmiş, həmin protokolda onun imzası və ya onun həmin protokolu imzalamaqdan imtina edib-etməməyi barədə hər hansı bir məlumatın qeyd edilib-edilməməsi barədə məlumatı olmamışdır. Buna görə də onun barəsində tərtib olunmuş inzibati xəta haqqında protokoldan məlumatı olmadığı üçün orada onun adından qeyd edilənlər də tamamilə yanlışdır. İcbari Sığorta Bürosunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə etdiyi 11.12.2020-ci il tarixli 10-OQ/956/20 nömrəli müraciətinin məzmunundan aydın olur ki, "xxxx" MMC-nin 6 nəfər işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməməsi 11.12.2020-ci il tarixdən əvvəl baş vermiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti isə nədənsə həmin inzbati xəta pozuntusuna dair məlumat ona 11.12.2020-ci il tarixdə daxil olsa da, yalnız 08.04.2021-ci il tarixdə həmin xəta üzrə materiallara baxmaq və protokol tərtib etmək, 20.04.2021-ci il tarixdə isə qərar qəbul etmək qərarına gəlmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh-inzibati xətanın törədildiyi gündən ən geci 03 (üç) ay keçənədək verilə bilər. Deməli, inzibati xətanın törədildiyi və ya aşkar edildiyi gündən təxminən dörd aya qədər vaxt keçmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti isə 08 aprel 2021-ci il tarixdə protokol və 20.04.2021-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş, bununla da onun inzibati məsuliyyətə cəlb edilməyi üçün nəzərdə tutulmuş müddəti ötürmüşdür. Buna görə də o, müddətin keçməsi ilə də əlaqədar inzibati məsuliyyətdən azad edilməlidir. Onun barəsində tərtib edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən tərtib edilmiş MN № ******* saylı, 08 aprel 2021-ci il tarixli protokol və MN № ******* saylı, 20.04.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən “xxxx” MMC-nin direktoru X7 şikayət ərizəsində göstərilənləri müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etmişdir. “xxxx” MMC-nin direktoru X3 order üzrə vəkili, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X4 bildirmişdir ki, "xxxx" MMC-nin 6 nəfər işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməməsi 11.12.2020-ci il tarixdən əvvəl baş vermiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti isə həmin inzbati xəta pozuntusuna dair məlumat ona 11.12.2020-ci il tarixdə daxil olsa da, yalnız 08.04.2021-ci il tarixdə həmin xəta üzrə materiallara baxmaq və protokol tərtib etmək, 20.04.2021-ci il tarixdə isə qərar qəbul etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh-inzibati xətanın törədildiyi gündən ən geci 03 (üç) ay keçənədək verilə bilər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti isə 08 aprel 2021-ci il tarixdə protokol və 20.04.2021-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş, bununla da onun inzibati məsuliyyətə cəlb edilməyi üçün nəzərdə tutulmuş müddəti ötürmüşdür. Göstərilənlərə əsasən DƏMX-i tərəfindən qanunvericiliyin tələbi pozulmaqla, yəni inzibati məsuliyyətə cəlbetmə müddəti keçməsinə baxmayaraq qəbul edilmiş 20 aprel 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin etibarnamə üzrə nümayəndəsi X6 izahatında bildirmişdir ki, aparılmış araşdırma nəticəsində “xxxx” MMC-nin direktoru X3 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən cəmiyyətin işçilərini istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməli olduğu halda işçilərinin icbari sığortlanmasını təmin etmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə barəsində 08.04.2021-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında qəbul edilmiş 20 aprel 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərar əsasında isə təqsirli bilinərək ona 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə təyin edilmişdir. Aparılan inzibati xəta haqqında iş üzrə icraat zamanı “xxxx” MMCnin direktoru X7 izahat verməkdən və barəsində tərtib edilmiş protokolu imzalamaqdan imtina etmişdir. Hazırki inzibati xəta əməli davam edən inzibati xətalar kateqoriyasına aid edilməklə, müvafiq maddənin qeyd hissəsinin məzmununa əsasən şəxs icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində icbari sığorta müqaviləsi bağlanmalıdır. Müqavilə qeyd olunan müddətdə bağlanmadığı təqdirdə isə şəxs yenidən təkrarən inzibati məsuliyyətə cəlb edilə bilər. Odur ki, X7 göstərilən xüsusata görə qərar qəbul edilərkən inzibati məsuliyyətə cəlb etmə müddətinin keçmədiyini qeyd edərək, Yusif Paşazadə barəsində Azərbaycan Respublikasının İXMnin 469.2-ci maddəsi ilə qəbul edilmiş 20 aprel 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarın qanuni hesab edilərək dəyişdirilmədən saxlanılmasını və şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin olunmalıdır Belə ki, hazırki iş üzrə X3 əməlində inzibati məsuliyyətə cəlb etmə müddətinin keçib-keçməməsi ilə bağlı xüsusatları araşdırıb aşağıdakıları qeyd edir: “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması İXM-nin 469.2-ci maddəsinə əsasən inzibati xəta kimi müəyyən edilmişdir Əmək Məcəlləsinin 225-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 2.0.1-ci maddəsinə əsasən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta (bundan sonra-icbari sığorta) – istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutan sığorta sinfidir. Həmin Qanunun 2.0.9-cu maddəsinə əsasən istehsalat dedikdə – fiziki şəxsin işləri, xidmətləri (bundan sonra – əmək funksiyalarını) haqqı ödənilməklə yerinə yetirdiyi iş yeri başa düşülür. Qanunun 14.3-cü maddəsinə əsasən icbari sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığorta olunanların kateqoriyalarında və peşə riski dərəcəsində, həmçinin əmək haqqı fondunda dəyişikliklər baş verərsə, sığorta haqqı bu dəyişikliklərin tarixindən müvafiq müqavilə ilinin başa çatmasına qədər qalmış vaxta mütənasib şəkildə yenidən hesablanmalıdır. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Yusif Paşazadə və onun vəkili izahatında hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması müqaviləsinin qanunla müəyyən edilmiş müddət ötürülməklə bağlanmasını və bununla da İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsini etiraf etmişdir. Məhkəmə qeyd edir ki, İXM-nin 469.2-ci maddəsindəki inzibati xəta davam edən inzibati xəta deyildir. Həmin inzibati xəta “uzanan inzibati xəta” hesab edilə bilər. Buna görə də bu qəbildən olan işlərə baxılarkən cəlb etmə müddətinin keçib keçməməsi ilə bağlı məsələlərə hüquqi qiymət verilməklə əsaslandırılmalı, baş vermiş inzibati xətanın hansı tarixlərdə baş verməsi göstərilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, hüquq nəzəriyyəsində "davam edən hüquqpozuntuları” dedikdə, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. "Davam edən hüquqpozuntuları” üçün aşağıdakı əlamətlər xasdır: bu hüquqpozuntuları bir-birindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir; bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır; qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur. “Uzanan hüquqpozuntuları” isə (cinayət, inzibati xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda - qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında - subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Beləliklə, hazırki iş üzrə inzibati xəta tərkibi yaradan əməl uzanan əməldir. Davam edən əməl deyildir. Uzanan və davam edən əməllər bir birindən fərqlənir, eyni deyildir. Azərbaycan Respublikası İXM-nin 38.2-ci maddəsinə görə həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Məhkəmə qeyd edir ki, İXM-nin 38.2-ci maddəsinin tətbiqi ixtiyari bir inzibati xəta üçün və ixtiyari bir formada tətbiq üçün müəyyən edilməmişdir. Belə ki, həmin maddə inzibati xətanın səlahiyyətli orqanın aşkar etdiyi vaxtı da ehtiva etmir. Çünki səlahiyyətli orqan işi araşdırıb, müəyyən araşdırmadan sonra 1 ay, 3 ay və yaxud 1 ildən sonra da həmin xətanı aşkara çıxara bilər. Bu zaman bu hal heç də həmin inzibati xətanın araşdırmasının bitdiyi qeyd edilən 1 ay, 3 ay və yaxud 1 ildən sonrakı həmin aşkarlanma tarixində aşkarlanmış hesab edilməsini göstərmir. Belə olduğu təqdirdə inzibati məsuliyyətə cəlb etmə müddətini tənzimləyən İXM-nin 38-ci maddəsinin və həmin cəlb etmə müddətinin bitməsi zamanı qəbul edilməli olan qərara dair İXM-nin 53.0.6-cı maddəsinin mənasını əhəmiyyətsiz edər. Həmin maddə, inzibati xətanın ümumiyyətlə aşkara çıxarıldığı vaxtı ehtiva edir Belə olduğu təqdirdə hazırkı mübahisə edilən inzibati xəta hər bir halda davam edən inzibati xəta deyildir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarından da görünür ki, "Davam edən hüquqpozuntular” və “Uzanan hüquqpozuntular” eyni növ inzibati xətalar deyildir, biri-birindən fərqləndirilmişdir, müxtəlif cür inzibati xətalardır. Məhkəmə qərarından şikayət verilən orqanın nümayəndəsi X6 hazırki xətanın davam edən inzibati xəta olması və İXM-nin 469-cu maddəsinin qeyd hissəsinin məzmununa əsasən xəta törədildikdən sonra növbəti 20 gün sonra məsuliyyətə cəlb edilə bilməsi ilə bağlı qeyd edir ki: İXM-nin 469-cu maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə görə şəxs həmin maddədə nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur. 2-ci bəndinə görə isə həmin Məcəllənin 469.3-cü maddəsində nəzərdə tutulmuş xəta foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, bu “Qeyd”in 1-ci bəndində göstərilən müddət həmin xətanın aşkarlandığı gündən hesablanır. Qeyd hissənin məzmunundan da göründüyü kimi, şəxs 469.2-ci maddədə nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunduqdan sonra 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Əgər 20 gün ərzində yenidən müqavilə bağlamadıqda təkrarən həmin maddə ilə məsuliyyətə cəlb edilə bilər. Hazırki işin faktiki hallarından isə görünür ki, “xxxx” MMC-nin direktoru Yusif Paşazadə 20 aprel 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilməmişdən əvvəl İXM-nin 469.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməmişdir. Bundan başqa İXM-nin 469-cu maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə görə 20 günlük müddətin hesablanması vaxtı 469.2-ci maddəyə münasibətdə deyil, yalnız 469.3cü maddəyə münasibətdə xüsusi texniki vasitələrdən istifadə edilməklə aşkar edilməni nəzərdə tutmuşdur. Beləliklə məhkəmə qeyd edir ki, qərarından şikayət verilən orqanın nümayəndələri tərəfindən irəli sürülmüş yuxarıda qeyd edilən dəlil tamamilə əsassız olmaqla hazırda qüvvədə olan qanunvericiliyə ziddir. Belə ki, İXM-nin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. 6.3-cü maddəyə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Davam edən inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. "xxxx" MMC-nin 6 nəfər işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməməsi 11.12.2020-ci il tarixdən əvvəl baş vermiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti isə həmin inzbati xəta pozuntusuna dair məlumat ona 11.12.2020-ci il tarixdə daxil olsa da, yalnız 08.04.2021-ci il tarixdə həmin xəta üzrə materiallara baxmaq və protokol tərtib etmək, 20.04.2021-ci il tarixdə isə qərar qəbul etmək qərarına gəlmişdir, yəni həmin tarixdən hesablanmaqla DƏMX-də işə baxılıb inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyi vaxtda, artıq 03 aydan çox müddət keçmişdir. İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 03 ay keçənədək verilə bilər. Həmçinin həmin maddəyə əsasən maddədə göstərilən bir neçə inzibati xətalar üzrə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilər. Lakin hazırkı inzibati xəta haqqında protokolda şəxsin təqsirli bilindiyi inzibati xəta İXM-nin 38.1-ci maddəsindəki xüsusi qeyd edilmiş - inzibati tənbehin törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilən inzibati xətalardan deyildir. Hazırkı iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti 03 ay müəyyən edilmişdir. Ona görə də hazırkı iş üzrə müvafiq qərar qəbul edilərkən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, şəxsə inzibati tənbeh tədbiri tətbiq edilə bilməzdi. Məhkəmə qeyd edir ki, İXM-in 53.0.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, “xxxx” MMC-nin direktoru Yusif Paşazadənin şikayəti təmin olunmalı, Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin rəis müavini X5 tərəfindən qəbul edilmiş 20 aprel 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərar ləğv edilməli və Yusif Paşazadə barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Məhkəmə həmçinin hesab edir ki, 20 aprel 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərar əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Mərkəzi İnformasiya sistemində Yusif Paşazadə barəsində yerləşdirilmiş 1500 (bir min beş yüz) manat cərimə məbləği silinməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, q ə r a r a a l d ı: X3 şikayəti təmin olunsun. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən qəbul edilmiş 20 aprel 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və X7 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. 20 aprel 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Mərkəzi İnformasiya sistemində X12 oğlu barəsində yerləşdirilmiş 1500 (bir min beş yüz) manat cərimə məbləği silinsin. Qərarın icrası Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar