Məhkəmə qərarları › İş №3(004)-1368/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1368/2024

07.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1368/2024 07.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızı, X2 barəsində Azərbaycan Respublikası DİN BDYPİ-si tərəfindən qəbul edilmiş 21 fevral 2024-cü il tarixli TP seriyalı ******* nömrəli qərardan verilmiş şikayət ərizəsini işin baxılmağa hazırlanması zamanı nəzərdən keçirib, MÜƏYYƏNETDİ: X4 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN BDYPİ-si tərəfindən qəbul edilmiş 21 fevral 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini işin baxılmağa hazırlanması zamanı nəzərdən keçirib hesab edir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən şikayətçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq, yəni inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Elektron portaldan şəxsin fərdi məlumatları nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, X1 özü ünvan 1i ünvanında qeydiyyatdadır. Lakin iş materiallarına əlavə edilmiş 21 fevral 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, inzibati xətanın törədildiyi yer Bakı şəhəri Nəsimi rayon ərazisidir. Göründüyü kimi, nə inzibati xətanın törədildiyi yer, nədə ki, şikayətçinin yaşadığı yer üzrə qeydiyyat ünvanı Yasamal rayon ərazisi deyildir. X1 tərəfindən isə şikayət ərizəsinin giriş hissəsində onun faktiki yaşayış yeri Yasamal rayonu göstərilməsinə baxmayaraq buna dair məhkəməyə sübut təqdim edilməmişdir. Belə ki, X1 tərəfindən şikayətdə ünvan 3 ünvanında yaşadığı qeyd edilsə də, onun həqiqətən də həmin ünvanda yaşamasını təsdiq edən sübut əlavə edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəməyə təqdim edilmiş sənədlər əsasında inzibati xəta haqqında işin baxılmağa hazırlanması mümkün deyil, ona görə də, Azərbaycan Respublikası DİN BDYPİ-si tərəfindən qəbul edilmiş 21 fevral 2024-cü il tarixli TP seriyalı ******* nömrəli nömrəli qərardan verilmiş şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər X1na geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X2 Azərbaycan Respublikası DİN BDYPİ-si tərəfindən qəbul edilmiş 21 fevral 2024cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar