Məhkəmə qərarları › İş №3(004)-1371/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1371/2024

28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1371/2024 28.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi ilə, X2 Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 13682488 saylı qərarından verdiyi şikayətə baxaraq, m ü ə y y ə n e t d i: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 13682488 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və barəsində Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xətanın tərkibi olmaması əsası ilə xitam verilməsini və hesablanmış 20 manat cərimənin silinməsini məhkəmədən xahiş etmişdir. Şikayətə baxılması yeri və vaxtı barədə şikayət vermiş şəxsə, qərarından şikayət verilmiş orqan xəbərdar olunmasına baxmayaraq, səlahiyyətli nümayəndələri məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, məhkəməyə təqdim edilmiş şikayət ərizəsinə əlavə edilmiş qərardan aydın olur ki, Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 13682488 saylı qərarı ilə X1 Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinib, 20 manat miqdarında cərimə edilmişdir. Həmin qərardan X2 şikayəti xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon məhkəməsinə daxil olmuşdur. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, X4 Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 13682488 saylı qərarından şikayət vermə müddətini ötürmüşdür və müddətin bərpa edilməsi ilə bağlı vəsatət verməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Beləliklə məhkəmə hesab edir ki, X2 Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ tərəfindən qəbul edlmiş xx.xx.2023-cü il tarixli, EQ 13682488 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayəti Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti buraxıldığından və buraxılmış müddətin üzürlü sayılmasına dair vəsatət verilmədiyindən geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: X2 Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ tərəfindən qəbul edlmiş xx.xx.2023-cü il tarixli, EQ 13682488 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsi geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar