Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1373/2024 07.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X2 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhər Yasamal RPİ-nin 28-ci PŞ-nin polis sahə inspektoru polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PŞ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Yasamal RPİ-nin 28-ci PŞ-si tərəfindən tərtib edilmiş 07 mart 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-si tərəfindən tərtib edilmiş 07 mart 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 06 mart 2024-ci il tarixdə Şərifzadə küçəsində ucadan səs-küy salaraq ictimai qaydanı pozmuşdur. Şəxs həmin vaxt ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçilərinin qanuni tələbinə qəsdən tabe olmayaraq öz qanunazidd hərəkətlərinə davam etdirmişdir. Belə ki, həmin vaxt Yasamal RPİ-nin 28-ci PŞ-nin əməkdaşları ona yaxınlaşıb sakitliyə riayət etməsi və intizamlı olması, həmçinin özünü təqdim etməsi üçün göstəriş versələr də, Şəxs onların bu qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bundan sonra Şəxs PŞ-yə gətirilmişdir. Həmçinin araşdırma zamanı müəyən olunmuşdur ki, Şəxs 102 xidmətinə zəng edərək orada çalışan əməkdaşların iş fəaliyyətinə maneçilik törətmiş, hətta operatorlara nalayiq söyüşlər söyərək iş rejimini pozmuşdur. Göstərilənlərə əsasən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu (xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair protokol tərtib edilmişdir. Şəxs protokolla tanış olub imza etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhər Yasamal RPİ-nin 28-ci PŞ-nin polis sahə inspektoru X3 protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs Azərbaycan Respublikası DİN 102 Zəng Mərkəzinə dəfələrlə zəng edərək əsassız şikayətlər edir və nalayiq ifadələr işlədərək təhqir edir, operatorların iş rejimi pozur. Qeyd olunan faktla bağlı Şəxs izahatının alınması məqsədilə, dəfələrlə şöbəyə dəvət edilmiş, lakin izahat vermək üçün izahat verməkdən imtina etmişdir. Bununla bağlı Şəxs tərəflərindən axtarılmışdır, belə ki, araşdırma zərurəti ilə əlaqədar sahə müvəkkili kimi ona rəsmi tapşırıq verilmişdir. 06 mart 2024-ci il tarixdə Şərifzadə küçəsində o, Şəxs ilə rastlaşmış və onu izahat vermək üçün şöbəyə etmişdir. Lakin Şəxs onun qanuni tələbinə tabe olmamış və ucadan səs-küy salmışdır. Tərəfindən Şəxs xəbərdarlıq edilərək sakitliyə riayət etməsi və intizamlı olması təklif edilmişdir, lakin onun qanuni tələbinə qəsdən tabe olmayaraq öz qanunazidd hərəkətlərinə davam etdirmişdir. Bundan sonra Şəxs onun tərəfindən PŞyə gətirilmişdir. Göstərilənlərə əsasən, Şəxs əməlində Azərbaycan Respublikası İXMnin 510 və 535.1-ci maddələrinin tərkib əlamətləri müəyyən edildiyindən inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş xətaları törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü barəsində tərtib edilmiş protokol üzrə qismən təqsirli bilərək izahatında bildirdi ki, o, 102 xidmətinə zəng edərək keçmiş arvadı barəsində öz şikayətlərini və narazılıqlarını bildirmiş, operatorlara qarşı hər hansı nalayiq ifadə işlətməmişdir. Lakin 102 xidmətinə etdiyi zənglərlə bağlı polisin onu izahat vermək üçün şöbəyə dəvətini əməl etmək istəməmiş, həmin vaxt əsəbi olmaqla özündə olmadığından polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bu hərəkətlərinə görə əməlindən peşman olduğunu və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, inzibati xəta haqqında materialları araşdırıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir və onun barəsində həmin maddələrin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal RPİ-nin 28-ci PŞ-nin polis sahə inspektoru Rüfət Nizamlı tərəfindən tərtib edilmiş 06 mart 2024-cü il tarixli raportdan görünür ki, 06 mart 2024-cü il tarixdə bir nəfər şəxs Şərifzadə küçəsində ucadan səsküy salaraq ünvansız nalayiq ifadələr işlətmiş, qeyri-adekvat hərəkətlər etmiş, ona dəfələrlə polis işçiləri tərəfindən qanuni xəbərdarlıq olunmasına baxmayaraq bütün bunlara məhəl qoymayaraq ictimai asayiş qaydalarını pozmağa davam etmişdir. Göstərilən hallar nəzərə alınaraq o, polis nəfərləri tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 28-ci PŞ-yə gətirilmişdir. Polis şöbəsində həmin şəxsin Şəxs olması müəyyən edilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 06 mart 2024-cü il tarixdə saat 17:44-də inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, sahə inspektoru Rüfət Nizamlının raportunda qeyd olunanlar öz təsdiqini tapmır. Belə ki, məhkəmə iclasında onların verdiyi izahatlardan müəyyən edilir ki, Şəxs istifadəsində olan mobil telefon nömrəsindən “102” xidmətinə dəfələrlə və mütəmadi olaraq zəng edib əsassız şikayətlər vermişdir. Qeyd olunan halla bağlı, yəni 102 Zəng Mərkəzinin məlumatı qəbul edən operatorlarının iş rejiminin pozulması ilə bağlı aparılan araşdırma zərəruti ilə əlaqədar olaraq Şəxs izahatının alınması üçün polis şöbəsinə gəlməkdən imtina etmişdir. Araşdırma ilə bağlı Şəxs şöbəyə dəvət edilməsi üçün sahə müvəkkili Rüfət Nizamlıya rəsmi göstəriş verilmişdir. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində sahə inspektoru X4 küçəsində Şəxsla rastlaşmış, həmin vaxt Şəxs şöbəyə araşdırma zəruri ilə bağlı rəsmi çağırışla bağlı qanuni tələblərinə tabe olmamışdır. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şəxs 102 Zəng Mərkəzinin operatorlarını təhqir etməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Həmçinin operatorun, yəni zərərçəkmiş şəxsin kim olduğu aydınlaşdırılmamışdır. Ümumiyyətlə qeyd olunan operatorun özünün şikayətinin olubolmaması ilə bağlı izahatı alınmamışdır. Tərtib edilmiş inzibati xəta haqqında protokolda və ya əlavə edilmiş digər iş materiallarında Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş əməli nə vaxt, harada, hansı şəxslərin yanında törətməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs istifadəsində olan mobil telefon nömrəsindən “102” xidmətinə zəng edib məlumatı qəbul edən operatorun ünvanına təhqiredici ifadələr işlətmişdir. Lakin bununla bağlı hər hansı araşdırma aparılmamışdır. Həmçinin zərərçəkmiş şəxsin kim olduğu aydınlaşdırılmamışdır. Ümumiyyətlə qeyd olunan operatorun özünün şikayətinin olub-olmaması ilə bağlı izahatı alınmamışdır. Tərtib edilmiş inzibati xəta haqqında protokolda və ya əlavə edilmiş digər iş materiallarında Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş əməli nə vaxt, harada, hansı şəxslərin yanında törətməsini müəyyən etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 510-cu maddəsinin tərkib əlamətlərinin olması məhkəməyə hazırda təqdim edilmiş sübutlar əsasında öz təsdiqini tapmır. Belə ki, Şəxs 102 xidmətinə zəng edərək operatoru narahat etməsi və küçədə səs-küy salması ilə bağlı əməli xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkət kimi qiymətləndirilərək onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin, qeyd olunan xüsusatlarla bağlı məhkəməyə mötəbər sübutlar təqdim olunmamışdır. Odur ki, məhkəmə hesab edir ki, İXM-nin 510-cu maddəsilə bağlı hissədə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Hazırkı iş üzrə tərəflərin izahatlarından müəyyən edilir ki, Şəxs polis şöbəsində aparılan araşdırma zərurəti ilə bağlı rəsmi çağırışlara getməmiş və bununla bağlı sahə inspektoru Rüfət Nizamlının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə görə cinayət prosesini həyata keçirən orqanların səlahiyyətli vəzifəli şəxslərinin rəsmi çağırışlarına gəlmək və araşdırma zərurəti ilə bağlı izahat vermək hər bir vətəndaşın vəzifəsidir. Məhkəmə iclası zaman isə Şəxs polis işçisinin qanuni tələbinə tabe olmamasını səmimi etiraf etmiş və peşmançılığını ifadə etmişdir. Qeyd edilir ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta üzrə icraata xitam verilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən saat 17:44-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsində mühafizə altında saxlanılsın. Qərarın icrası Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PŞ-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1373/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1373/2024
07.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver