Məhkəmə qərarları › İş №3(004)-1374/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1374/2024

07.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1374/2024 07.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Yasamal rayon prokurorluğunun nümayəndəsi - Yasamal rayon prokurorunun köməkçisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, “Bakı Modern” Təhsil Kompleksində baş mütəxəssis və "xxxx" MMC-də mexatronika mühəndisi vəzifəsində işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nvanında yaşayan Şəxs barəsində Bakı şəhəri Yasamal rayon prokurorluğu tərəfindən daxil olmuş materiallara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2023-cü il tarixdə X11 və onun arvadı X4 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1 nömrəli qeyri-yaşayış sahəsində yerləşən dükanda döymüşdür. Məhkəmə iclasında Yasamal rayon prokurorluğunun nümayəndəsi - Yasamal rayon prokurorunun köməkçisi X3 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə vətəndaş Şəxs ilə X16 arasında şəxsi münasibətlər zəminində mübahisə yaranmış və bu mübahisə zamanı Şəxs X16 və yoldaşı X5 ayağı və başı ilə zərbə vuraraq dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Bu xüsusat məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cu il tarixli 1148 və 1149 nömrəli müvafiq rəyləri ilə öz təsdiqini tapmışdır. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, O, 23 sentyabr 2023-cü il tarixdə təxminən saat 23:00 radələrində arvadı X6 və iki yaşlı oğlu Əlizadə Əlini yaşadığı evə gətirmişdir. Binanın giriş hissəsində avtomobillər çox olduğu üçün idarə etdiyi 99-CM-l 19 dövlət qeydiyyat nişanlı “Chevrolet” markalı avtomobili binanın giriş hissəsində yolun ortasında saxlamışdır. Ailəsi avtomobildən düşüb evə qalxdıqdan sonra o yaşadığı binanın alt hissəsində yerləşən dükana alış-veriş etmək üçün avtomobilindən düşmüşdür. Avtomobildən düşdükdən ətrafdakı maşınların birinin işlək vəziyyətdə olduğunu eşitmişdir. Ətrafdakı maşınların işıqları sönülü olduğundan hansı maşının işlək olmasını müəyyən etmək üçün ətrafa nəzər yetirmişdir. Onun ətrafdakı maşınlara nəzər yetirməkdə məqsədi o olub ki, işlək vəziyyətdə olan maşına maniyə törədib torətməməyini müəyyən etsin. İşlək vəziyyətdə olan maşına isə baxmağında məqsədi ona hərəkət etməsinə maniyə torədibtörədmədiyini təyin etmək olub. Daha sonra sonradan adını öyrəndiyi R.Namini ona mağazada yaxınlaşaraq təpik və yumruqlarla zərbələr endirməyə başlamış və o da özünü qorumaq məqsədilə əyilərək onun bədənindən yapışmışdır. R.Namininin ona atdığı təpik zərbələrindən biri sonradan yoldaşı olduğunu bildiyi Ş.Naminiyə dəymişdir. O heç bir halda qarşı tərəfi vurmamışdır və bütün bunları nəzərə alaraq barəsində inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon prokurorunun köməkçisi X3 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X16, X9 və Şəxs qarşılıqlı şikayət ərizələri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X12-Təcrübi və X8 rayon şöbəsindən icraatıma daxil olmuş 26 sentyabr 2023-cü il tarixli 1149 saylı ekspert rəyindən görünür ki, X10 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sağ bazunun qançırı küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan tarixdə və şəraitdə, yəni 24 sentyabr 2023-cü il tarixdə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X12-Təcrübi və X8 rayon şöbəsindən icraatıma daxil olmuş 26 sentyabr 2023-cü il tarixli 1148 saylı ekspert rəyindən görünür ki, X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ saidin qançırı küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan tarixdə və şəraitdə, yəni 24 sentyabr 2023-cü il tarixdə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon prokuroru, Baş ədliyyə müşaviri, X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərardan görünür ki, fiziki şəxs Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, Bakı şəhəri Yasamal rayon prokuroru, baş ədliyyə müşaviri, X1 xx.xx.2024-cü il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarı nəzərdən keçirib, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi nəzərə alınaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərardan rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar