Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1378/2020 07.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X2 iclas katibliyi ilə Hüquqi ünvanı ünvan 1 yerləşən Şəxs MMC (VÖEN: **********)barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə Azərbaycan RespublikasıDövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC tərəfindən **********6228 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli gömrük bəyənnaməsi ilə daxil olan yüklər gömrük sərhəddini keçənədək, həmin yüklərə görə qısa idxal bəyənnaməsi təqdim edilməmişdir. Bununla da o, İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.Onun barəsində xx.xx.2020-ci il tarixli, №00100-0856/20 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin (hüquqi şəxsə) nümayəndəsi X4 bildirdi ki, MMC-nin heç bir təqsiri yoxdur. Həmçinin protokol tərtib edilməzdən əvvəl MMC-nin nümayəndəsi dəvət edilib izahatı alınmayıb. MMURPHİ şippinq şirkətinin əməkdaşından izahat alınsada, həmin əməkdaşın Azercell MMC-nin adından izahat vermək ixtiyarı olmayıb. Ona görə də icraat zamanı prosessual qaydalar da pozulmuşdur. Bu səbəbdən ya işin geri qaytarılmasını və ya iş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. **********7684 sorğu nömrəli, xx.xx.2019-cu il tarix qısa idxal bəyənnaməsi, **********6228 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli gömrük bəyənnaməsindən əvvəlki tarixdə verilsə də, inzibati məsuliyyəti yaradan əməl qısa idxal bəyənnaməsinin gömrük bəyənnaməsindən əvvəl verilməsi ilə əlaqədar deyildir. Əməl, malların gömrük ərazisinə daxil olmasından əvvəl qısa idxal bəyənnaməsinin verilməsi ilə əlaqədardır. Buna görə də mallar xx.xx.2019-cu il tarixdə saat 10:19 dəq. gömrük ərazisinə gətirilmiş, lakin qısa idxal bəyənnaməsi həmin vaxtdan sonra xx.xx.2019-cu il tarixdə saat 11:54 dəq verilmişdir. Bundan əlavə MMC-nin nümayəndəsinin məhkəmədə göstərdiyi xüsusatlar, yəni protokol tərtib edilməzdən əvvəl MMC-nin hüquqlarının pozulması və işin geri qaytarılması ilə əlaqədar qeyd edilir ki, iş materiallarında olan Azercell MMC-nin xx.xx.2019-cu il tarixli etibarnaməsi ilə X1 yüklərin gətirilməsi, müşaiyət sənədlərinin təhfil alınması, göndərilməsi, digər gömrük əməliyyatlarının aparılmasını, bununla bağlı bütün zəruri rəsmiləşdirmə və hesablaşma işlərinin həyata keçirməyi tapşırmışdır. Həmçinin Şəxs MMC-nin nümayəndəsi X4 məhkəmə iclasında elə bir sübut göstərə bilmədi ki, hansı ki həmin sübutu protokol tərtib edilməzdən əvvəl təqdim etmək hüququndan mərhum ediliblər və ona görə də bu hüquqlarının bərpası üçün işin geri qaytarılması vacibdir. Əgər MMC-nin nümayəndəsi protokol tərtib edilənədək izahat vermək hüququndan mərhum edilmişdirsə, həmin izahatın məhkəmə iclasında verilə bilməsinin qeyrimümkünlüyünə səbəb olan hal yoxdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, qeyd olunan maddələrin təhlilindən belə qənaətə gəlmək olar ki, protokol və digər sənədlərin düzgün tərtib olunmamasının, yaxud təqdim edilmiş materialların natamam olmasının elə halları mövcud ola bilər ki, hakim belə qüsurlu protokola ümumiyyətlə mahiyyəti üzrə baxa bilməsin. Məsələn, protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumatın, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsinin göstərilməməsi həmin protokola baxılmasını mümkünsüz edə bilər. Bu halda hakim protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə əsaslandırılmış qərardad qəbul etməkdə haqlıdır. Eyni zamanda, inzibati xətalar qanunvericiliyində həmin protokolun bu Məcəlləyə uyğun tərtib edilərək yenidən məhkəməyə göndərilməsi istisna edilməmişdir. Lakin protokolda xüsusi əhəmiyyət kəsb etməyən səhvlər olduqda və işə baxılarkən onları tamamlamaq mümkün olduqda məhkəmə protokolu geri qaytarmamalıdır. Bu zaman məhkəmə protokolu və ya digər sənədləri tərtib etmiş orqandan, vəzifəli şəxsdən bunu düzəltməsini tələb edə bilər. Bu, İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərindən də irəli gəlir. Konstitusiya Məhkəməsi həmin qərarı ilə belə bir nəticəyə gəlmişdir ki, məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir. Konstitusiya Məhkəməsinin qərarındakı həmin mövqeyinə uyğun olaraq məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqları İXMnin 61-ci maddəsində müəyyən edilmişdir. İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. İXM-nin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Konstitusiya Məhkəməsinin qərarında qeyd edilənlər baxımından əgər şəxsin protokol tərtib edilənədək izahat vermək hüququ, sübutlar təqdim etmək hüququ və vəsatət və etirazlar vermək hüququ, ümumiyyətlə İXM-nin 61-ci maddəsində müəyyən edilmiş digər bütün hüquqları pozulmuşdursa, həmin hüquqlarının işə məhkəmədə baxılarkən, məhkəmə iclasında iştirak etməklə həyata keçirməsinə hər hansı bir məhdudiyyət qoyulmamışdır. Əksinə məhkəmədə bu hüquqları pozulmuşdursa, həmin hüquqları təmin edilməsi üçün İXM kifayət qədər imkanlar yaratmışdır. Bu səbəbdən də protokol tərtib edilənədək həyata keçirə bilmədiyi hüquqların məhkəmədə həyata keçirmək imkanından istifadə etməmək, həmin hüquqların məhkəmədə həyata keçirilməsi əvəzinə formal olaraq, protokol və materialların geri qaytarılması, son nəticədə Konstitusiya Məhkəməsinin qeyd edilən qərarındakı mövqeyinə ziddir, həm də “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsipləri pozulmuş olar. Protokol tərti edilənədək izahat verməməsi, icraatda iştirak etmək hüququnun təmin edilməməsi hazırkı işin məhkəmədə hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törətmir. Qeyd edilənlərə əsasən iş üzrə məhkəməyədək icraat zamanı İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasına yol verilən hallar aşkar edilmədi. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların protokol tərtib edilənədək mövcudluğuna dəlalət edəcək pozuntu aşkar edilməmişdir. İnzibati məsuliyyətə cəlb edilmək üçün protokol tərtib edilənədək toplanılmış sübutlar kifayət edir. Protokol tərtib edilənədək yol verilmiş pozuntuların aradan qaldırılması üçün işin səlahiyyətli orqana geri qaytarılması və həmin pozuntuların səlahiyyətli orqan tərəfindən aradan qaldırılaraq işin yenidən məhkəməyə göndərilməsi, faktiki olaraq hazırkı vəziyyətə münasibətdə şəxsin mövcud olan inzibati məsuliyyətini aradan qaldırmayacaq. Bununla da Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla və iş materiallarına əlavə edilmiş yuxarıda qeyd edilən gömrük bəyənnaməsi ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək, 1500 manat(min beş yüz manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-1378/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1378/2020
07.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver