Məhkəmə qərarları › İş №3(004)-1385/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1385/2020

05.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1385/2020 05.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X6 iclas katibliyi ilə, Şikayətçi X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi X2 Azərbaycan Respublikasının Əmək və X10 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin MN ******* saylı xx.xx.2020-ci il tarixliinzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən venlmiş xx xxxx 2020ci il tarixli, MN № ******* saylı inzibatı tənbeh vermə haqqında Qərarın ləgv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəməyə verdiyi izahatında şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, MN № ******* saylı inzibatı tənbeh vermə haqqında Qərar ilə “xxxxx” MMC-nın direktoru X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibatı xətanı törətməkdə təqsirli bilinərək 700 (yeddi yüz) manat məbləğində inzibatı cərimə edilməsi qərara alınmışdır. Həmin qərar onunla əsaslandırılmışdır ki. guya “xxxxx” MMC-nın direktoru X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş qanun pozuntusuna yol verilmişdir. Aşağıda qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən verilmiş xx xxxx 2020ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. “xxxxx” MMC tərəfindən xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinə müraciət edilmişdir. Müraciətdə "xx xxxx 2020-ci il Nazirlər Kabineti yanında Operativ Qərargahın əlavə tədbirlər haqqında məlumatına əsasən iqtisadi fəaliyyət sahələri göstərilməklə Şirkətlərin fəaliyyətinə tam olaraq məhdudiyyət qoyulduğu, bununla bağlı zərərin azaldılması istiqamətində Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2ci bəndinin icrası ilə bağlı X3 Nazirliyinə həvalə olunmuş tədbirlərin icrası barədə iş yerlərinin və sosial sabitliyin qorunması istiqaməti üzrə Pandemiyadan zərər çəkmiş sahələrdə iş yerlərinin sayının azaldılmasının qarşısının alınması məqsədilə əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi müraciət mexanizması üzrə Vergilər Nazirliyinin Ərizə Müraciət hissəsində Pandemiyadan zərər çəkmiş fəaliyyət növü üzrə göstəricilər alt bölməsində olan Fəaliyyət sahələri sətrinin aktiv olmaması və buna görə də müraciət etməyin mümkün olmaması, müraciətin gecikməsinə görə dəstək proqramı üzrə əmək ödənişlərinin gecikməsixxxxxxxxxxxxxxxxhəmin elektron problemin mümkün qədər təcili aradan qaldırılması və bu barədə məlumat verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən müraciətə imtina cavabı olaraq – “...fəaliyyət növü “Əmək haqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramı ilə bağlı pandemiyadan zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinin TƏSNİFATİ”na uyğun olmayan vergi ödəyiciləri tərəfindən “Əmək ödənişləri ilə bağlı dəstək proqramı üzrə müraciət”in təqdim edilməsi nəzərdə tutulmamışdır” bildirilmişdir. “xxxxx” MMC tərəfindən xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinə məktubla yenidən müraciət edilərək. “... Pandemiyadan zərər çəkmiş 4 böyük sektor üzrə fəaliyyət istiqamətlərinin müəyyən edildiyi. Sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq məhsullarının daşınması və (və ya) çatdırılması xidmətlərinin həmin fəaliyyət istiqamətlərinə daxil edildiyi. X11 üzrə Pandemiyadan zərərçəkmiş fəaliyyət sahələri üzrə iqtisadi fəaliyyət növlərinin təsnifatının açıqlandığı. 53200 SAİR POÇT VƏ KURYER FƏALİYYƏTİ. 47910 POÇT VƏ YA İNTERNETİLƏ SİFARİŞLƏRİ YERİNƏ YETİRƏN FİRMALAR VASİTƏSİLƏ PƏRAKƏNDƏ SATİŞ. 53101 POÇT FƏALİYYƏTİ təsnifat kodlarının göstərildiyi”xxxxxxxxxxxxxxxx“Aprel ayı üzrə əmək haqqı ödənişlərinin vaxtında ödəmək üçün Şirkətimizin Əsas fəaliyyətinin poçt xidmətlərinin göstərilməsi olduğundan tez bir zamanda əmək ödənişlərinin təsdiq edilərək bank hesabılarına köçürülməsi xahiş edilmişdir”. Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən xx.xx.2020-ci il tarixdə maliyyə dəstəyi üzrə məbləğ müəssisənin bank hesabına köçürülmüşdür. “xxxxx” MMC tərəfindən xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinə məktub ünvanlanmış və həmin məktubda “şikayətçi X7 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə poçt kuryeri işlədiyi və əmək haqqının 2020-ci il mart ayı üzrə 250.00 (iki yüz əlli) manat hesablandığı və ödənildiyi, maliyyə dəstəyi üzrə məbləğin xx.xx.2020-ci il tarixdə müəssisənin hesabına köçürüldüyü. Respublikada yaranan karantin vəziyyəti ilə əlaqədar müəssisənin “Kapital” Bank hesablaşma hesabında əmək haqqının tam ödənilməsi üçün məbləğ olmadığına görə əmək haqqının xx xxxxx 2020-ci il tarixdə ödənildiyixxxxxxxxxxxxxxxx“karantin vəziyyətində müəssisə tərəfindən əmək haqqının verilməsində qanun pozuntusuna yol verilmədiyinin nəzərə alınması” xahiş edilmişdir. Qeyd edilməlidir ki, inzibatı tənbeh vermə haqqında qərarda hüquqi əsas kimi Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi göstərilsə də, həmin maddədə nəzərdə tutulmuş “işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə şərti ödənilməmişdir. Belə ki, dünyada və eləcə də Respublikamızda yayılmış pandemiyanın aradan qaldırılması üçün karantin rejiminin müəyyən edildiyi müddətdə, müəssisə tərəfindən maliyyə dəstəyinin alınması prosesi gecikdirildiyindən işçilərin əmək haqlarının ödənilməsi prosesi ləngimiş və bu hal, müəssisə rəhbərinin inzibati xəta törətməkdə təqsiri olmadığı üçün, “qanun pozuntusuna yol verilən hal kimi qiymətləndirilməməlidir. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikası İXM-nin 128-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən venlmiş xx xxxx 2020ci il tarixli, MN № ******* saylı inzibatı tənbeh vermə haqqında Qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqanın nümayəndəsi X9 məhkəməyə verdiyi izahatında bildirdi ki, işçi X7 şikayəti üzrə araşdırma aparılmış və müəyyən edilmişdir ki, işəgötürən kimi X2 tərəfindən həmin işçinin əmək haqqı 17 gün gecikdirilməklə verilmişdir. Şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və X10 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin MN ******* saylı xx.xx.2020-ci il tarixliinzibati xəta haqqında iş üzrə qərara əsasən işçi X7 əmək haqqının verilməsində qanun pozuntusuna yol verildiyinə görə işəgötürən X2 İXM-in 192.4-cü maddəsi ilə təqsirli bilinib700 manat cərimə edilmişdir. Hazırkı iş üzrə şikayətdə də faktiki olaraq işçinin əmək haqqının get verildiyi təkzib edilmir. Ona görə də inzibati xəta törədilmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayətçi X1 Azərbaycan Respublikasının Əmək və X10 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin MN ******* saylı xx.xx.2020-ci il tarixliinzibati xəta haqqında iş üzrə qərarındanverdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar