Məhkəmə qərarları › İş №3(004)-1391/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1391/2024

03.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1391/2024 03.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədov Murad Akif oğlunun sədrliyi, X2 iclas katibliyi ilə Hüquqi ünvanı Bakı səhəri, Yasamal rayonu, Süleyman Tağızadə, ev 25, mənzil 11-da olan Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola əsasən Bakı Bas Gömrük idarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 23 yanvar 2024-cü il tarixli, 3-33- 1100/012/001779 nömrəli raporta əsasən, Şəxs MMC-nin (VÖEN: **********) ünvanına 30.11 2023-cü il tarixində 99MA973/99ZE873 nömrə nişanlı nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş yük **********8416 sorğu nömrəli gömrük bəyannaməsilə xx.xx.2023cü il tarixində bəyan edilmiş, Bakı Bas Gömrük İdarəsində **********8416 sorğu nömrəli gömrük bəyannaməsinin yoxlanılması zamanı gömrük bəyannaməsində bəyan edilən malların Azərbaycan Respublikasının 08 iyun 1999-cu il tarixli “Ətraf mühitin mühafizəsi” haqqında 678-İQ nömrəli qanunun təsir dairəsinə düşməsi haqqında sübhə yaranmışdır. Belə ki, **********8416 sorğu nömrəli gömrük bəyannaməsində bəyan edilən mallar üçün xx.xx.2023-cü il tarixində X1 idarəsinə müraciət ünvanlanmış və həmin müraciətə xx.xx.2023-cü il tarixində cavab olaraq, **********8416 sorğu nömrəli gömrük bəyannaməsində bəyan ediiən və 33 saylı invoys sənədi üzrə 1-ci mövqedə qeyd olunaraq idxal edilən “birdəfəlik plastik stəkanlar 375 ml PP” adlı mallar Azərbaycan Respublikasının 8 iyun 1999-cu il tarixli “Ətraf mühitin mühafizəsi” haqqında 678-İQ nömrəli qanunun 46-cı maddəsinə əsasən qadağan olunmuş mallar siyahısına aid olduğu müəyyən edilmişdir. Bununla da Şəxs MMC İXM-in 275.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə (hüquqi şəxs) və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan X1 İdarəsinin GM**********24 nömrəli, 06 dekabr 2023-cü il tarixli rəyindən görünür ki, 33 nömrəli, 24.11,2023-cü il tarixli invovs sənədinin 1-ci mövqeyi üzrə mal “Стакан одноразовый пластиковый 375 мл рр матовый 1 (25V300” adlı tutumu 375 ml olan, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş, qida məhsulları ilə təmasa yararlı, polipropilen (CAS 9003-07-0) əsaslı plastmasdan hazırlanmış əsaslı üzəri çap olunmamış, rəngsiz, mat stəkandır, XİF MN üzrə kodu ********** təşkil edir. Beləliklə araşdırma nəticəsində müəyyən edilmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən Rusiya Federasiyasından 99MA973/99ZE873 nömrə nişanlı yük avtomaşınında 33 nömrəli xx.xx.2023-cü il tarixli invovs sənədi üzrə idxal edilmiş mallardan “birdəfəlik plastik stəkanlar 375 ml PP” adlı mallar Azərbaycan Respublikasının 08 iyun 1999-cu il tarixli 678-İQ nömrəli “Ətraf mühitin mühafizəsi” haqqında Qanununun 46-cı maddəsinə əsasən qadağan olunmuş mallar siyahısına aiddir. Azərbaycan Respublikasının 8 iyun 1999-cu il tarixli “Ətraf mühitin mühafizəsi” haqqında 678-İQ nömrəli qanununun 46-cı maddəsinə əsasən, qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıq çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağandır. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarısdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılmasına və ya verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla, 3-33-1100/012/001779 saylı 23.01,2024-cü il tarixli raport, **********8416 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi, GM**********24 nömrəli, 06 dekabr 2023-cü il tarixli rəy və iş materiallarında olan digər sənədlərlə tam təsdiq olunur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə, 3000 (üç min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar