Məhkəmə qərarları › İş №3(004)-1392/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1392/2021

09.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1392/2021 09.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi ilə, Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Yasamal rayon Polis İdarəsinin (RPİ) 29-cu Polis Şöbəsi (PŞ) tərəfindən tərtib edilmiş 09 iyun 2021-ci il tarixli MN seriyalı ******* nömrəli protokolu və ona əlavə edilmiş materialı nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Yasamal RPİ-nin 29-cu PŞ tərəfindən tərtib edilmiş protokol və ona əlavə edilmiş material baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında materialları nəzərdən keçirərək hesab edir ki, 09 iyun 2021-ci il tarixli ***-**** nömrəli müşayiət məktubu ilə təqdim edilmiş 09 iyun 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən və ona əlavə edilmiş materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş xəta törədilmişdir. Lakin, protokolda xətanın mahiyyəti açıqlanmamış, şəxsin kimin, yəni hansı polis işçisinin qanuni tələblərinə tabe olmaması, onun qanuni tələblərə tabe olmaması kimi hərəkətlərinin nədə ifadə olunması, o cümlədən, xəta nəticəsində kimin zərər çəkməsi göstərilməmişdir. Eyni zamanda iş materialları nəzərdən keçirilərkən müəyyən edildi ki, Şəxs izahatı alınmamış, həmçinin, onun qanuni tələblərinə tabe olmadığı polis işçisinin şəxsiyyəti müəyyənləşdirilərək xətaya dair münasibəti öyrənilməmişdir. İş materiallarında olan Yasamal RPİ-nin 29-cu PŞ-nin əməliyyat müvəkkili Ehtiram Hacıyev tərəfindən tərtib olunmuş raportdan görünür ki, ünvan 1 ünvanında yaşayan Şəxs xidməti ərazidə polisin qanuni tələblərini pozduğuna görə saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-yə gətirilmişdir. Lakin, həmin raportda da, Şəxs hərəkətlərinin konkret olaraq nədə ifadə olunması, yəni, xətanın mahiyyəti göstərilməmişdir. Bundan başqa, protokol tərtib edilərkən Azərbaycan Respublikası İXM-in 100-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin maddəyə görə inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair toplanmış material natamam olduğundan, mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından 09 iyun 2021ci il tarixli ***-**** nömrəli müşayiət məktubu ilə məhkəməyə təqdim edilmiş sənədlər Azərbaycan Respublikası DİN Yasamal RPİ-nin 29-cu PŞ-yə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-cimaddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair toplanmış və 09 iyun 2021-ci il tarixli ***-**** nömrəli müşayiət məktubu ilə məhkəməyə təqdim edilmiş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə geri qaytarılsın. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar