Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1395/2021 10.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızının sədrliyi ilə, X2 Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində tərtib olunmuş BNA seriyalı ******* nömrəli və BNA seriyalı ******* nömrəli protokollardan verdiyi şikayət ərizələrini və ona əlavə edilmiş materialı işin məhkəmədə baxılmağa hazırlanması zamanı nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək dayanma və ya durma qaydalarını pozmağa görə barəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə tərtib edilmiş BNA seriyalı ******* nömrəli və BNA seriyalı ******* nömrəli protokolların ləğv edilməsini və hər iki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir . Məhkəmə daxil olmuş şikayət ərizəsini və ona əlavə olunmuş materialları işin baxılmağa hazırlanması zamanı nəzərdən keçirib hesab edir ki, şikayətə baxılması qeyrimümkündür və ona görə də, geri qaytarılmalıdır. Belə ki, şikayət ərizəsinin məzmunundan görünür ki, X2 barəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair müxtəlif vaxtlarda BNA seriyalı ******* və BNA seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Lakin, hər iki inzibati xəta haqqında işlər üzrə qərarların qəbul edilib-edilməməsi, qəbul edilmişdirsə, onların rekvizitləri göstərilməmiş və nə qəbul edilmiş qərarlar, nə də inzibati xəta haqqında protokollar iş materiallarına əlavə edilməmişdir. Bundan əlavə, şikayət ərizəsinin nəticə hissəsindən göründüyü kimi, məhkəmədən qəbul edilmiş qərarların deyil, protokolların ləğv edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İXM-nin tələblərinə görə isə inzibati xəta haqqında protokoldan şikayət verilməsi nəzərdə tutulmamışdır. Hazırda isə şikayətçi barəsində qəbul edilmiş qərarların həqiqətən də mövcud olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, qanunvericilikdə inzibati xəta haqqında protokoldan deyil, inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi nəzərdə tutulmuşdur. Lakin hazırda şikayətçi inzibati xəta haqqında protokolların ləğv edilməsini xahiş etmişdir. Belə ki, şəxs barəsində hər bir inzibati xətaya görə ayrıca inzibati xəta haqqında protokol tərtib edilərək ayrıca inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilmiş, yəni ayrı-ayrı inzibati xəta haqqında icraat başlanılmış və aparılmışdır. Belə olan halda isə hər icraat üzrə qəbul edilmiş qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə ayrı-ayrılıqda şikayət verilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə, kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 129-cu maddəsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə qaydasını müəyyən edir. Yuxarıda qeyd edilən qanunvericilik normalarının məzmunundan müəyyən edilir ki, qanunvericilikdə inzibati xəta haqqında protokoldan deyil, inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi nəzərdə tutulmuşdur. Lakin, indiki halda şikayətdə inzibati xəta haqqında protokolların ləğv edilməsi xahiş edilsə də, nə inzibati xəta haqqında protokollar, nə də ki, hər hansı bir qərar məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəməyə təqdim edilmiş sənədlərə əsasən inzibati xəta haqqında işin məhkəmədə baxılmağa hazırlanması mümkün deyil, ona görə də, şikayət geri qaytarılmalı, həmçinin şikayətçiyə izah edilməlidir ki, qərarın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən yaşayış yeri üzrə müvafiq məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A AL D İ: X2 10 iyun 2021-ci l tarixli şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər baxılmadan geri qaytarılsın. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1395/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1395/2021
10.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver