Məhkəmə qərarları › İş №3(004)-1396/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1396/2020

07.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1396/2020 07.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi Əməliyyat və X4 Şöbəsinin təhqiqatçısı X1 iştirakları ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 00100-0763/20 nömrəli xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC xx xxxx 2020-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********3485 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən, Belarusiyada fəaliyyət göstərən “Tradeicsbelplus” şirkətindən TR28022020 nömrəli xx.xx.2020-ci il tarixli invoys sənədinin müşayiəti ilə AM 51065/A2053E5 nömrə nişanlı yük avtomobilində göndərilən malları Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi, Azərbaycan Respublikası Prezidentinin xx xxx 2016-cı il tarixli 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Malların və nəqliyyat vasitələrinin gömrük sərhəddindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə” Qaydalarının 2.2-ci bəndinin tələblərinə riayət edərək malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, xx xxxx 2020-ci il tarixdə saat 03:41-də Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl gömrük orqanına elektron formada qısa idxal bəyannaməsini verməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X2 izahatında göstərmişdir ki,Belarusiyada fəaliyyət göstərən “Tradeicsbelplus” şirkətindən göndərilmiş yüklərə dair gömrük orqanına qısa idxal bəyannaməsi verilməmişdir. Malları daşıyan sürücü onarın xəbəri olmadan sərhədi keçdiyindən bu hadisə baş vermişdir. Daşıma şirkəti vaxtında məlumat vermədiyindən malların nə vaxt sərhədi keçdiyini bilməmişdirlər. Anlaşılmazlıq ucbatından qısa idxal bəyannaməsi gömrük orqanına verilməyib. Gömrük qaydalarının pozulduğunu başa düşürlər. Cəriməni ödəməyə hazırdılar. İnzibati xəta haqqında protokolun tərtib edilməsinə etirazları yoxdur. İş materialları ilə tanış olmuşdur. Bununla da Şəxs MMC barəsində İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi Əməliyyat və X4 Şöbəsinin təhqiqatçısı X3 protokolun dəlillərinə uyğun çıxış edərək hüquqi şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 00100-0763/20 nömrəli xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC xx xxxx 2020-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********3485 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən, Belarusiyada fəaliyyət göstərən “Tradeicsbelplus” şirkətindən TR28022020 nömrəli xx.xx.2020-ci il tarixli invoys sənədinin müşayiəti ilə AM 51065/A2053E5 nömrə nişanlı yük avtomobilində göndərilən malları Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi, Azərbaycan Respublikası Prezidentinin xx xxx 2016-cı il tarixli 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Malların və nəqliyyat vasitələrinin gömrük sərhəddindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə” Qaydalarının 2.2-ci bəndinin tələblərinə riayət edərək malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, xx xxxx 2020-ci il tarixdə saat 03:41-də Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir; Gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi Gündüz Əliyev tərəfindən verilmiş raportdan görünür ki, Şəxs MMC-nin ünvanına AM 51065/A2053E5 nömrə nişanlı avtomaşınla daxil olmuş yüklər **********3485 saylı GB ilə bəyan edilmişdir. İdxalatçı tərəfindən qısa idxal bəyannaməsi yük sərhəd gömrük orqanını keçənə qədər gömrük orqanına elektron formada təqdim edilməmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs MMC-nin ünvanına nəqliyyat vaitəsilə daxil olmuş yüklər xx xxxx 2020-ci il tarixdə saat 03:41-də Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, yükə dair qısa idxal bəyannaməsi verilməmişdir. Bununla da, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət olunmamış, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC barəsində İXM-in 485.2-ci maddəsinin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar