Məhkəmə qərarları › İş №3(004)-1398/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1398/2020

07.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1398/2020 07.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə Hüquqi ünvanı ünvan 1 yerləşən Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə Azərbaycan RespublikasıDövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC tərəfindən **********3371 və **********3321 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli gömrük bəyənnamələri ilə daxil olan yüklər gömrük sərhəddini keçənədək, həmin yüklərə görə qısa idxal bəyənnamələri təqdim edilməmişdir. Bu əmələ görə xx.xx.2020-ci il tarixli, 00100-0842/20 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin Şəxs MMC tərəfindən **********9036 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli gömrük bəyənnaməsi ilə daxil olan yüklər gömrük sərhəddini keçənədək, həmin yüklərə görə qısa idxal bəyənnamələri təqdim edilməmişdir. Bu əmələ görə xx.xx.2020-ci il tarixli, 00100-1041/20 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bununla da o, İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin İXM-nin eyni maddəsi olan 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə görə barəsində xx.xx.2020-ci il tarixli, 00100-0842/20 saylı inzibati xəta haqqında protokol üzrə iş məhkəmədə 3(004)-1398/2020 sayla; xx.xx.2020-ci il tarixli, 00100-1041/20 saylı inzibati xəta haqqında protokol üzrə iş məhkəmədə 3(004)- 1754/2020 sayla qeydiyyata alınmış inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Həmin inzibati xətalara dair işlər Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(004) –1754/2020 saylı Qərardadı ilə bir icraatda birləşdirilmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə (hüquqi şəxsə)və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs MMC-nin həmin inzibati xətaları törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla və iş materiallarına əlavə edilmiş yuxarıda qeyd edilən gömrük bəyənnaməsi ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də İXM-nin eyni maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə tərtib edilmiş yuxarıda qeyd edilən bir neçə protokollar üzrə bir inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək, 1500 manat(min beş yüz manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar