Məhkəmə qərarları › İş №3(004)-1403/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1403/2024

13.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1403/2024 13.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızı İddiaçı X2 cavabdeh Bakı Dövlət Yol Polis İdarəsinə qarşı inzibati xəta üzrə təyin edilmiş cərimənin ləğvi barədə iddia ərizəsini işin baxılmağa hazırlanması zamanı nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı X2 cavabdeh Bakı Dövlət Yol Polis İdarəsinə qarşı inzibati xəta üzrə təyin edilmiş cərimənin ləğvi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək BDYPİ-nin səlahiyyətli şəxsinin məhkəməyə çağırılması, inzibati xətanın videoya çəkilməsi prosesinin rəsmi qaydalara əməl edilərək hərəkətə keçirildiyini sübut etməsi, sübut edə bilməzsə cərimənin silinməsi və işində səhlənkarlığa yol vermiş əməkdaşlara qarşı müvafiq tədbir görülməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarımalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini, 106.0.5-ci maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmaması məsələlərini həll edir. Hazırki iş üzrə məhkəməyə yalnız iddia ərizəsi daxil olmuş, lakin şikayət verilmiş qərarın surəti və digər sənədlər iş materiallarına əlavə edilməmişdir. Belə olan halda isə şikayətçinin qeyd etdiyi qərarın həqiqətən də mövcud olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin şikayət ərizəsinin forma və məzmunu düzgün tərtib edilməmiş, mülki məhkəmə icraatı qaydasında baxılmalı olan işlər üzrə olan forma və məzmuna uyğun iddia ərizəsi formasında tərtib edilmişdir. İnzibati xətalar dair işlər üzrə şikayət ərizəsi formasında tərtib olmalıdır. Qeyd edilir ki, Azərbaycan Respublikası İXM-nin Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmçinin iş materiallarına inzibati tənbeh vermə haqqında qərar əlavə edilmədiyindən inzibati xətanın törədildiyi yerin müəyyən edilməsi mümkün olmamışdır. X1 tərəfindən isə şikayət ərizəsinin giriş hissəsində onun faktiki yaşayış yeri göstərilməmişdir. Odur ki, inzibati xətanın törədildiyi yer və ya onun yaşayış yerinin Yasamal rayon ərazisi olması məlum deyildir. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq, yəni inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Beləliklə, hesab edirəm ki, hazırki iş üzrə məhkəməyə təqdim edilmiş sənədlərə əsasən inzibati xəta haqqında işə mahiyyəti üzrə baxılması mümkün deyil, ona görə də X2 inzibati xəta üzrə təyin edilmiş cərimənin ləğvi barədə ərizəsi geri qaytarılmalı, həmçinin şikayətçiyə izah edilməlidir ki, qərarın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 106 və 109cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçı X2 cavabdeh Bakı Dövlət Yol Polis İdarəsinə qarşı inzibati xəta üzrə təyin edilmiş cərimənin ləğvi barədə iddia ərizəsi geri qaytarılsın. Qərardadın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması X1na izah edilsin. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar