Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1409/2019 23.05.2019 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X2 iclas katibliyi ilə, xx.xx.1983-cü ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 31/66 ünvanında qeydiyyatda olan Şəxsbarəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Yasamal rayon icra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7594/2017 saylı,xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borlcu Şəxs xx xxxxxx 2017-ci il tarixdən başlayaraq xx xxxxxx 2007-ci il təvəllüdlü X1 və xx xxxxx 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmasına görə hər ay hər uşaq üçün 136,60 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X4 ödənilməlidir. Borclu icra vərəqəsində göstərilən tələbləri icra etmir və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Borclu protokol tərtib edilən tarixədək 5445,2 manat aliment borcu yığışmışdır.Beləliklə də borclu icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla ŞəxsİXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.Onun barəsində Yasamal rayon icra və Probasiya şöbəsinin icra məmuru tərəfindən xx.xx.2019-cu il tarixli, MN ******* saylıinzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək bildirdi ki,barəsində olan icra sənədindən xəbərdardır. İcra məmuru onu xəbərdar edib. Borcun ödənilməsindən imtina etmir, müəyyən qədər ödəniş etmişdir, lakin maddi imkanı olmadığı üçün tam ödəniş edə bilməmişdir. Özü yataqxanada olan otağı arvadı və uşaqlarına verib, yaşamağa yeri yoxdur, məcburi köçkün kimi acınacaqlı vəziyyətdə yaşayır. Anası şəhid olub. Hazırda da imkanı olmadığı üçün ödəniş edə bilmir. Məhkəmə iclasında iştirak edən tələbkar (zərər çəkmiş şəxs) X5 bildirdi ki, borclu məhkəmə qətnaməsi ilə qət edilən alimentin bir hissəsini, təxminən 500 manat ödəsə də, tam ödəniş etmir. Borclunun hazırda gəlirinin olması, əmlakının olması barədə məlumatı yoxdur. Ona görə də borclu barəsində tədbir görülməsini məhkəmədən xahiş etdi. Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kənan Quliyev məhkəməyə verdiyi izahatında bildirdi ki, borclu icra vərəqələrində göstərilmiş tələblər üzrə xəbərdar edilmişdir. İcra sənidinin icrası ilə bağlı borclunun əmlak vəziyyəti yoxlanılmış, müvafiq sorğular verilmiş, borclunun adına gəliri, maaşı olması müəyyən edilmir. Borclu müəyyən qədər ödəniş edib, lakin buna baxmayraq tam ödəniş edilməmişdir. Həmçinin tutmanın yönəldilə biləcək əmlakı yoxdur. Bundan başqa onun adına daşınar və ya daşınmaz əmlakı yoxdur. Borclu qətnamənin icrasından imtina etmir. Borclu çağırışlardan yayınmamışdır, bir neçə dəfə izahat vermişdir. Digər hər hansı formada ondan qətnamədə göstərilən pulu tutmaq mümkün deyildir. İcra məmuru icra işini məhkəməyə təqdim etmişdir. İcra işi məhkəmə tərəfindən öyrənilərkən müəyyən edildi ki, icra məmuru borclunun əmlakı və gəliri barədə sorğular vermiş, həmin sonrğulara cavab olaraq, borclunun adına tutmanın yönəldilə biləcək əmlakı, gəliri və bankda pul olması müəyyən edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 7594/2017 saylı,xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borlcu Şəxs xx xxxxxx 2017-ci il tarixdən başlayaraq xx xxxxxx 2007-ci il təvəllüdlü X1 və xx xxxxx 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmasına görə hər ay hər uşaq üçün 136,60 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X4 ödənilməlidir. İcra məmuru tərəfindənxx.xx.2018-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş, borclu bu barədə xx.xx.2018-ci il tarixdə məlumatlandırılmışdır. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmininzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, icra vərəqəsi, bildiriş, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarına əsasən Şəxs Ağdam rayonunda anadan olmuş və həmin rayonda qeydiyyatda olmaqla məcburi köçkündür. İcra məmuru həm özü qeyd edir, həm də məhkəməyə təqdim edilmiş icra işindəki məlumatlardan da görünür ki, icra məmuru borclunun əmlakı və gəliri barədə sorğular vermiş, lakin həmin sorğulara cavablarda əmlak və gəlirin olmadığı qeyd edilmişdir. Belə olduğu təqdirdə borclunun icra sənədini icra etməməkdəki təqsiri, yəni onun borcu ödəmək iqtidarında olması, lakin ödəməməsi, yayınması müəyyən edilə bilinmir. İcra işi məhkəmə tərəfindən öyrənilərkən müəyyən edildi ki, icra işi materiallarına əsasən icra məmuru borclunun əmlakı və gəliri barədə sorğular vermiş, həmin sorğulara cavab olaraq bildirilmişdir ki, borclunun adına pul, əmək haqqı, gəlir, bankda pulu, daşınar və ya daşınmaz əmlak yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə, yuxarıda qeyd edilənləri nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-1409/2019
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1409/2019
23.05.2019 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver