Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1410/2023 31.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Əliyeva Zəminə Səməd qızının katibliyi, "xxxx" MMC-nin direktoru X3 nümayəndəsi və vəkili X1, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X4 iştirakları ilə, "xxxx" MMC-nin direktoru X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin 22 fevral 2023-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: "xxxx" MMC-nin direktoru X6 məhkəməyə şikayət verərək, AR ƏƏSMN yanında DƏMX-in Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsindən ünvanına daxil olan xx.xx.2023-cü il tarixli 3-17-5/2-5495/2023 nömrəli məktubda bildirilmişdir ki, X6 tərəfindən İXM 192.6-cı maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədildiyindən onun barəsində xx.xx.2023-cü il tarixdə, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar tərtib olunmuşdur. AR ƏƏSMN yanında DƏMX-in Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarı tamamilə qanunsuz və əsassız olduğundan ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. AR ƏƏSMN yanında DƏMX-in Bakı şəhər İdarəsi qərarını belə əsaslandırmışdır ki, X10 işdən azad olmaq üçün xx.xx.2022-ci il tarixdə ərizə ilə onlara müraciət etmiş, lakin tərəflərindən AR-nın Əmək Məcəlləsinin 69cu maddəsinin 5-ci hissəsinin tələbləri pozularaq 1 aylıq xəbərdarlıq müddəti gözlənilmədən xx.xx.2022- ci il tarixdə həmin məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən X5 əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, X10 xx.xx.2022-ci il tarixdə son zamanlar sağlamlığı ilə bağlı problemlər yaşadığını, bundan sonra işləməyin onun sağlamlığına zərər vuracağını və bu əsasla elə həmin gün işdən çıxmaq istədiyini bildirmişdir. Həmin gün şəxsə tərəflərindən yazılı ərizə ilə müraciət etməsi təklif olunmuş və şəxs də yazılı ərizəsində səhhəti ilə əlaqədar olaraq - ürəyində problem yarandığından işdən azad edilməsini xahiş etmişdir. X5 yazılı ərizəsinə əsasən onun əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 69-cu maddəsində nəzərdə tutulmuş 1 aylıq müddəti gözləməməyimiz tamamilə ağlabatan və qanunidir. Şəxsin sağlamlığında problem yarandığı üçün işdən azad olunmasını istəməsi halında ondan 1 aylıq xəbərdarlıq müddətinə əməl etməsini tələb etmək onun həm əmək hüquqlarını pozmağına, həm də həmin müddət ərzində sağlamlığında daha ciddi problemlər yaranmasına səbəb olardı. Səlahiyyətli orqanın onları məsuliyyətə cəlb etməsinə səbəb işçinin hüquqlarının pozulmasına görə deyil, işçinin hüquqlarını qorumağına görədir. Bu formada məsuliyyətə cəlb edilmək isə işəgötürənin əmək hüquqlarının pozulmasıdır. Məhkəmə baxışı zamanı şikayət vermiş Yük Taksisi.AZ MMC-nin direktoru X3 nümayəndəsi və vəkili X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və müvafiq inzibati qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş orqanın nümayəndəsi X8 bildirmişdir ki, X10 işdən azad olmaq üçün xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci hissəsinin tələbləri pozularaq 1 aylıq xəbərdarlıq müddəti gözlənilmədən xx.xx.2022-ci il tarixində həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verilmişdir. Göstərilənlərə əsasən, məhkəmədən şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 22 fevral 2023-cü il tarixli, MN ******* saylı qərardan görünür ki, işəgötürən Yük Taksisi.AZ MMC-nin direktoru tərəfindən əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmiş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1600 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli X10 tərəfindən yazılmış ərizədən görünür ki, o, səhhətində yaranan problemlərlə bağlı işdən azad olunmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirindən görünür ki, xx.xx.2022-ci il tarixində X10 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsinə əsasən, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası aşağıdakı kimidir:
1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.
5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.
6. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.
7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Yük Taksisi.AZ MMC-nin direktoru X6 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.5-ci tələblərini nəzərə almadan X5 əmək müqaviləsinə xitam vermişdir. Bununlada Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin inzibati xəta haqqında MN ******* nömrəli, 22 fevral 2023-ci il tarixli qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, Yük Taksisi.AZ MMC-nin direktoru X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı:
Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Yük Taksisi.AZ MM-nin direktoru X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 22 fevral 2023-cü il tarixli, MN ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Rəşad Cavadzadə