Məhkəmə qərarları › İş №3(004)-1413/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1413/2021

16.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1413/2021 16.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X3 iclas katibliyi ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin İXP ******* saylı 09.04.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmiş 21.04.2021-ci il tarixli MN ******* saylı qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən qəbul edilmiş 21 aprel 2021 -ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətdə və şikayətçinin nümayəndəsi, vəkil X6 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, 21 aprel 2021-ci il tarixdə AR ƏƏSMN yanında X11 Xidməti tərəfindən “Damla” X8 İB-nin vəzifəli şəxsi kimi X4 barəsində “Azərbaycan Respublikasının İXM-nin 469.2-ci maddəsi ilə MN № ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən o 1500 manat məbləğində cərimə edilmişdir. DƏMX inzibati qərarını rəhbərlik etdiyi “Damla” X8 İB-nin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icbari tibbi sığorta müqaviləsi bağlamamaqları ilə əsaslandırmışdır. Qeyd edilən qərar əsassızdır və ləğv edilməlidir. Odur ki, Məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, 2020-ci təqvim ili üçün onlar İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında müqaviləni bağlamışlar. Sadəcə qeyd edilən müqaviləyə "xxxx" ASC tərəfindən bir tərəfli şəkildə xitam verilmişdir. Müqavilənin xitam edilməsinə əsas 2020 təqvim ili üçün sığorta haqlarının ödənilməməsi təşkil etmişdir. Ancaq müqavilənin xitam edilməsi ilə bağlı onlara bildiriş təqdim edilməmişdir və onlar müqavilənin xitamı ilə bağlı məlumatlı olmamışdırlar. Bununla bağlı İcbari Sığorta Bürosu dekabr 2020-ci ildə DƏMXyə məktub ünvanlamışdır. Qeyd edilən məktub əsasında həm “Damla” X8 İB-nin haqqında inzibati protokol qəbul edilib müvafiq olaraq məhkəməyə ünvanlanmış, həm də onun barəsində inzibati xəta vermə haqqında qərar tərtib edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 469.2-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır.“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının qanununun 14.1-ci maddəsinə əsasən sığorta haqqı bu Qanuna uyğun olaraq xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxslərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada hesablanan bir illik əmək haqqı fondunun sığorta tarifinə hasili əsasında müəyyən edilir. Həmin qanunun 14.2-ci maddəsinə əsasən sığorta haqqı sığortalı tərəfindən sığortaçıya müqavilə ilinin əvvəlində icbari sığorta müqaviləsində nəzərdə tutulmuş qaydada hissə-hissə və ya birdəfəlik ödənilir. Yuxarıda qeyd edilən müddəalardan görünür ki, DƏMX mənə inzibati tənbeh tətbiq edərkən AR İXM-də göstərilən 3 aylıq müddəti ötürmüşdür. Belə ki, ona tətbiq edilən inzibati tənbeh tətbiq etmə haqqında qərar “Pətək” İB-nin qeyd edilən sığorta haqlarının 2020-ci il üçün ödənilməməsi səbəbi ilədir. Bununla bağlı 2020-ci ilin oktyabr ayında DƏMX-yə məlumat verilmişdir. Yəni inzibati xəta 2020-ci ilin əvvəlində törədilmişdir. Bununla bağlı məlumat isə dekabr ayında DƏMX-yə verilmişdir. Bu baxımdan inzibati xətanın törədildiyi vaxtdan 1 ildən artıq, aşkarlandığı vaxtdan isə 6 aya yaxın müddət keçmişdir. Odur ki, AR İXM-də göstərilən 3 aylıq müddəti ötürüldüyü üçün ona inzibati tənbeh tətbiq edilə bilməz və inzibati xəta haqqında qərar ləğv edilməlidir. Bundan başqa onlar qeyd edilmiş ödənişi 8 aprel 2021-ci il tarixdə etmişdirlər. Yəni onun “Azərbaycan Respublikasının İXM-nin 469.2-ci maddəsi ilə MN № ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilərkən artıq inzibati xəta mövcud deyildi. Olmayan inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilmək mənim hüquqlarımın kobud şəkildə pozulmasıdır. Onu da qeyd etdi ki, “Damla” X8 İB-nin Azərbaycan Respublikasının İXM-nin 469.2-ci maddəsi ilə tərtib edilmiş protokola Yasamal Rayon Məhkəməsində baxılmış və iş üzrə icraata xitam verilmiş və “Damla” X8 İB barəsində inzibati tənbeh tətbiq etməkdən imtina edilmişdir. Odur ki, rəhbərlik etdiyi hüquqi şəxsin təqsirli bilinməməsi elə onunda təqsirli olmadığı anlamına gəlir. Qərarından şikayət verilən orqanın nümayəndəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin aparıcı məsləhətçisi X10 izahatında bildirdi ki, vətəndaşın X9 etdiyi müraciəti araşdırılarkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin (7 nəfər) istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməmişdir. Bu səbəbdən də şikayəti rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin İXP ******* saylı 09.04.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə protokola əsasən “Damla” X8 İctimai Birliyinin rəhbəri X5 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin (7 nəfər) istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etmədiyinə görə İXM-in 469.2-ci maddəsi ilə təqsirli bilinib, həmin protokol əsasında qəbul edilmiş 21.04.2021-ci il tarixli MN ******* saylı qərara əsasən 1500 manat cərimə edilmişdir. Hazırda şikayətə əlavə edilmiş iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 18.05.2021-ci il tarixli, 3(004)–952/2021 saylı qərarı ilə “Damla” X8 İctimai Birliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin 09.07.2021-ci il tarixli, 3(103)-1511/2021 saylı qərarı ilə şikayət təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin 18.05.2021-ci il tarixli, 3(004)-952/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə də “Damla” X8 İctimai Birliyinin rəhbəri İXM-nin 469.2-ci maddə ilə təqsirli bilinsə də, eyni əmələ görə hüquqi şəxs olan “Damla” X8 İctimai Birliyinin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Xitamın səbəbi isə bu olmuşdur ki, ümumiyyətlə “Damla” X8 İctimai Birliyinin əməlində inzibati xəta tərkibi omamışdır, həmin inzibati xəta mövcud olmamışdır. Belə olduğu təqdirdə eyni əmələ görə əvvəllər təqsirləndirilmiş hüquqi şəxsin barəsində olan inzibati xəta haqqında iş üzrə icraat zamanı həmin hüquqi şəxsin əməlində inzibati xəta tərkibi olmadığından, hüquqi şəxsin barəsindəki işə baxılarkən inzibati xəta hadisəsinin olmadığı müəyyən elidiyindən, həmin hüquqi şəxsin rəhbərinin də əməlində inzibati xəta tərkibi mövcud olmur. Bununla da hüquqi şəxsin rəhbərinin inzibati məsuliyyəti istisna edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində İXM-nin 469.2-ci maddəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin İXP ******* saylı 09.04.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmiş 21.04.2021-ci il tarixli MN ******* saylı qərar ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar