Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1415/2024 12.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X4 iclas katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhər Yasamal RPİ 29-cu PŞ-nin sahə inspektoru X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Dəvəçi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ 29-cu PŞ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 29-cu PŞ-si tərəfindən tərtib edilmiş 12 mart 2024-cü il tarixli, MN seriyalı, 1888891nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Protokoldan görünür ki, Şəxs 10 mart 2024-cü il tarixdə ünvan 2 ünvanında yerləşən “Bravo” marketindən 455 manat dəyərində “Alpen Gold” şokaladlarını gizli yolla talayaraq, zərərçəkmiş şəxs “Bravo” marketinə 455 manat maddi ziyan vurmuşdur. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci (xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsinə dair protokol tərtib edilmişdir. Şəxs tərtib edilmiş protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Yasamal RPİ 29-cu PŞ-nin sahə inspektoru X3 protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə 231 ünvanında yerləşən “Bravo” supermarketində müdir işləyən X1 RPİ-nin 29-cu PŞ-yə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixli müşahidə kameralarına baxan zaman naməlum şəxsin mağazadan 455 manat dəyərində “Alpen Gold” şokoladlarını oğurlanmasını aşkar etmişdir . Faktla bağlı aparılan araşdırma nəticəsində qeyd olunan oğurluq əməlinin Şəxs tərəfindən törədilməsi müəyyən edilmişdir. Faktla bağlı şöbənin təhqiqat bölməsində aparılan araşdırma zamanı oğurluq əməlinin Şəxs tərəfindən törədilməsi öz təsdiqini tapmışdır. Şəxs əməlində cinayət tərkibinin əlamətləri aşkar edilmədiyindən təhqiqatçı tərəfindən xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Daha sonra o, inzibati qaydada tutularaq barəsində İXM-nin 227-ci maddəsi ilə protokol tərtib edilib baxılması üçün dərhal məhkəməyə təqdim edilmişdir. Beləliklə, X3 protokolu müdafiə edərək Şəxs İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında bildirdi ki, maddi imkanı yaxşı deyildir. Törətdiyi əməlindən səmimi peşmandır və bu hal nəzərə alınaraq məhkəmədən barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Bundan əlavə o, verilmiş suala cavab olaraq bildirdi ki, barəsində tərtib edilmiş protokol və iş materialları ilə tanış olmuş, saxlanılarkən heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmamışdır. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarını dinləyib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Yasamal RPİ-nin 29-cu PŞ-nin baş əməliyyat müvəkkili Anar Sadıqov tərəfindən tərtib edilmiş 12 mart 2024-cü il tarixli raportdan müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə xidmətdə olarkən DİN-nin 102 xidmətinin məlumatına əsasən Şərifzadə 231 ünvanında yerləşən Bravo supermarketindən bir nəfər şəxsin 455 manat dəyərində Alpen Gold şokoladlarını kassaya ödəniş etmədən gizli olaraq oğurlamışdır. İş materiallarında olan 11 mart 2024-cü il tarixli qərardan müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə 231 ünvanında yerləşən “Bravo” supermarketində müdir işləyən X1 RPİ-nin 29-cu PŞ-yə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2024cü il tarixli müşahidə kameralarına baxan zaman naməlum şəxsin mağazadan 455 manat dəyərində “Alpen Gold” şokoladlarını oğurlanmasını aşkar etmişdir. Faktla bağlı aparılan araşdırma nəticəsində qeyd olunan oğurluq əməlinin Şəxs tərəfindən törədilməsinin müəyyən edilmiş, lakin onun əməlində cinayət tərkibinin əlamətləri olmadığından Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçı tərəfindən qəbul edilmiş qərarla toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və şəxs barəsində inzibati xətalar haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. İş materiallarında olan 11 mart 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 12:30-da inzibati qaydada tutulmuşdur. Məhkəməyə təqdim edilmiş videogörüntü tədqiq edilərkən Şəxs tərəfindən marketdən oğurluq etməsi faktı təsdiq edilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, Şəxs 10 mart 2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən “Bravo” supermarketdən 455 manat dəyərində “Alpen Gold” şokoladlarını talayaraq, zərərçəkmiş şəxs “Bravo” supermarketinə maddi ziyan vurmuşdur. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi iş materialları əsasında, o cümlədən özünün səmimi etirafı ilə tam sübuta yetirildiyindən, o, İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri təyin edilməlidir. Qeyd edilir ki, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin dispozisiyasına və qeyd hissəsinə görə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin qeyd hissəsinə görə həmin Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə, 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəb və şərait. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, inzibati həbs etmənin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 11 mart 2024-cü il tarixdən, saat 12:30dan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 02 (iki) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri təyin edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 11 mart 2024-cü il tarixdən saat 12:30dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsində mühafizə altında saxlanılsın. Qərarın icrası Bakı şəhəri Yasamal RPİ 29-cu PŞ-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1415/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1415/2024
12.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver