Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1416/2021 01.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Qərarından şikayət verilən Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X2, X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 08.12.2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 08.12.2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, o, 08.12.2019-cu il tarixində “Lexus RX 300” (minik) markalı **-UE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Yasamal rayonu, X8 küçəsi (İran səfirliyi ilə üzbəüz) saxlamışdır. Bakı Nəqliyyat Agentliyi tərəfindən barəsində həmin tarixli BNA seriyalı ******* nömrəli inzibati xəta haqqında qərar qəbul edilmişdir. Halbuki həmin qərar əsassız olmuşdur. Belə ki, o həm yola paralel olaraq yolun birinci hissəsində saxlamış həm də avtomaşının fotoşəkli 3 tərəfdən çəkilməmişdir. Göstərilənlərə əsasən 08.12.2019-cu il tarixli BNA ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində X6 Nəbi oğlu şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, şikayətini müdafiə edir və Bakı Nəqliyyat Agentliyinin 08.12.2019-cu il tarixli BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqanın nümayəndəsi X3 məhkəməyə verdiyi izahatında bildirdi ki, qərar qanunidir. X7 idarə etdiyi “Lexus RX300” markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 08 dekabr 2019-cu il tarixdə Bakı şəhəri, X8 küçəsi, 440 ünvanında saat 16:43:33-dən 16:43:56-dək yolun hərəkət hissəsinin sağ tərəfində cərgə sırasını pozaraq saxlamışdır. Halbuki “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 52-ci maddəsinin 1-ci hissəsinə əsasən, nəqliyyat vasitələrinə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Lakin inzibati xəta hadisəsini fiksə edən fotoşəkillərdən göründüyü kimi həmin avtomobil cərgə sırasını pozmuş və bu da nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşmasına səbəb ola bilərdi. Göstərilənlərə əsasən H.N.Həmidov tərəfindən verilmiş şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş barəsində şikayət verilən Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 08.12.2019-cu il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərarına əsasən X7 həmin tarixdə saat 16:45 radələrində Bakı şəhəri, X8 440q ünvanında “Lexus RX350” markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobillə inzibati xəta törətmişdir. Buna görə də İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinib 20 manat cərimə edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 52-ci maddəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər və velosipedlər yolun hərəkət hissəsinin kənarında iki cərgədə dayana və dura bilərlər. İş materiallarında olan fotoşəkillərə də baxış zamanı görünür ki, X7 tərəfindən ünvanında “Lexus RX300” markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun hərəkət hissəsinin kənarında digər avtomobillərlə bir cərgədə dayanmamışdır. Bu da öz növbəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş BNA ******* saylı, 08.12.2019-cu il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni və əsaslı olduğunu göstərir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 08.12.2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-1416/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1416/2021
01.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver