Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1417/2021 11.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X4 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhər Yasamal RPİ-nin 29-cu PŞnin polis sahə rəisi X5, iş üzrə zərərçəkmiş şəxs X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə, xx xxxxxx 1977-ci ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında yerləşən “xxxx” MTK-ya məxsus yaşayış binasında mühafizəçi vəzifəsində işləyən, Ağdam rayonu Qarazeynallı kəndində qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsində yerləşən yarımçıq tikilidə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Yasamal RPİ-nin 29-cu PŞ tərəfindən tərtib edilmiş 11 iyun 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 10 iyun 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov 24B ünvanında yerləşən yaşayış binasının həyətində sərxoş vəziyyətdə həmin binada yaşayan X2 ünvanına nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu (xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər Yasamal RPİ-nin 29-cu PŞ-nin polis sahə rəisi X7 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Ə.Əhmədov 24 B ünvanı onun xidməti ərazisinə daxildir. Belə ki, o, xidmətdə olduğu müddət ərzində həmin binanın sakini X6 dəfələrlə ona ərizə ilə müraciət edərək binanın həyətində mühafizəçi işləyən Şəxs onu narahat etməsini, güdməsini, həmçinin, qonşular arasında onun barəsində həqiqətə uyğun olmayan, şərəf və ləyaqətini alçaldan məlumatlar yaymışdır. Daxil olmuş müraciətlər əsasında o, Şəxs xidmət etdiyi polis məntəqəsinə dəvət etmiş və onunla profilaktik söhbətlər apararaq məsuliyyət barədə xəbərdarlıq etmişdir. Buna baxmayaraq, Şəxs xəbərdarlıqlardan nəticə çıxarmamış və 10 iyun 2021-ci il tarixdə təkrarən sərxoş vəziyyətdə binanın həyətində səs-küy salıb Ş.Y.Cəfərovanın ünvanına yüksək səslə nalayiq ifadələr işlətmiş, bununla da, Ş.Y.Cəfərovanın, o cümlədən, ətrafda yaşayan qonşuların narazılıqlarına səbəb olmaqla ictimai qaydanı pozmaqla xırda xuliqanlıq inzibati xətasını törətmişdir. Göstərilənlərə əsasən, X1 Ramil Aydın oğlunun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, törətdiyi əməldən peşmandır və o, xətanı törədərkən sərxoş vəziyyətdə olduğundan öz əməlinin faktiki xarakterini dərk etməmişdir, bu halın nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X6 izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə ünvan 4 ünvanında yerləşən binada yaşayır. Həmin binaya köçdüyü vaxtdan mühafizəçi kimi tanıdığı Şəxs onu narahat etmiş, dəfələrlə onu iş yerinə gedib-gələrkən izləmiş, onunla yaxın münasibət qurmayacağı təqdirdə onu qonşular arasında rüsvay edəcəyi ilə təhdid etmişdir. Ş.Y.Cəfərova dəfələrlə bu hərəkətlər barəsində aidiyyəti üzrə polis şöbəsinə müraciət etməsinə baxmayaraq, Şəxs əməllərini yenə də davam etdirmişdir. Sonuncu dəfə, yəni 10 iyun 2021-ci il tarixdə Şəxs sərxoş vəziyyətdə binanın həyətində yüksək səslə qışqıraraq onun ünvanına nalayiq ifadələr işlətmişdir. Onun bu hərəkətlərinə bütün qonşular şahid olmuş, həmin vaxt o, utanc hissi keçirərək özünü öldürmək həddinə çatmışdır. Göstərilənlərə əsasən, X6 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs daha ciddi tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 zərərçəkmiş şəxs X6 ilə oxşar məzmunlu izahat verərək göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında materialları araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Yasamal RPİ-nin 29-cu PŞ-nin polis sahə rəisi X7 tərəfindən tərtib edilmiş 10 iyun 2021-ci il tarixli raportdan görünür ki, həmin tarixdə saat təxminən 17:50 radələrində Yasamal rayonu Əsəd Əhmədov 24B ünvanında yaşayan Şərqiyyə adlı şəxs zəng edərək yaşadığı ünvanın qarşısında sərxoş vəziyyətdə olan Ramil adlı şəxsin nalayiq ifadələrdən istifadə edərək ictimai qaydanı pozması barədə məlumat vermişdir. Daxil olmuş məlumat əsasında hadisə yerinə gedən polis əməkdaşları tərəfindən Ramil adlı şəxsin nalayiq ifadələrdən istifadə edərək ictimai qaydanı pozma faktı aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 10 iyun 2021-ci il tarixli, 2/7652 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs həmin tarixdə saat 21:00-da orta dərəcəli sərxoş vəziyyətində olmuşdur. İş materiallarında olan 10 iyun 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 10 iyun 2021-ci il tarixdə saat 18:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs əməli sərxoş vəziyyətdə törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməlidir və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə inzibati tənbehin məqsədi təmin edilə bilər, qeyd olunan inzibati tənbeh tədbiri qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı andan, yəni 10 iyun 2021-ci il tarixdən saat 18:00dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 510-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri təyin edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 10 iyun 2021-ci il tarixdən saat 18:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsində mühafizə altında saxlanılsın. Qərarın icrası Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1417/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1417/2021
11.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver