Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1423/2021 29.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə xx.xx.1995-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Göyçay rayonu, Aş.Qaraməryəm kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yerləşən “X7” adlı obyektin fərdi sahibkarı Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə X6 Bakı Şəhəri Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs tərəfindən 09.06.2021-ci il tarixdə saat 14:01 radələrində Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 410 ünvanında müvafiq icazə sənədi və icazə müqaviləsi olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmişdir. Bununla da o, İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində 09.06.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş səlahiyyətli orqanın (vəzifəli şəxs) nümayəndəsi, Azərbaycan Respublikası X6nin Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X3 bildirdi ki, Şəxs Reklam haqqında Qanunun tələblərini pozaraq, protokolda göstərilən ünvanda “X7” adlı obyektdə 2021-ci ildə müvafiq icazə sənədi və icazə müqaviləsi olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmiş, həmin şirkətə müvafiq icazə sənədi almaq və icazə müqaviləsi bağlamaq təklif edilsə də, bundan yayınmışdır. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İXM-in 428.7.1-ci maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması, yəni müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla və protokola əlavə edilmiş “X7” adlı obyektin üzərindəki reklam barədə çəkilmiş fotoşəkillər, X6 Bakı Şəhəri Reklam İdarəsinin Şəxs ünvanladığı 10.06.2021-ci il tarixli məktubla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Həmçinin o, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq həmin inzibati xətanı vəzifəli şəxs kimi törətmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinərək, 1500 manat (bir min beş yüz manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-1423/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1423/2021
29.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver