Məhkəmə qərarları › İş №3(004)-1426/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1426/2024

08.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1426/2024 08.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Hüseynova Yağmur Azər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Hüquqi ünvanı: Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 81-də olan Şəxs MMC (VÖEN: **********) Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC -nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 05 mart 2024-cü il tarixli EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" ASC-dən təqdim edilmiş məlumat və sənədlərə əsasən Şəxs MMC 535472,00 (beş yüz otuz beş min dörd yüz yetmiş iki) ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından 17 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq 535472,00 (beş yüz otuz beş min dörd yüz yetmiş iki) ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiqləyən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bununla da Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, X2 və "xxxx" MMC arasında 01-22 saylı, 10 yanvar 2022-ci il tarixli müqavilə imzalanmış və bağlanmış müqavilə şərtlərinə uyğun olaraq 17 fevral 2022-ci il tarixdə avans olaraq pul vəsaiti ödənilmişdir. 10 yanvar 2024-cü il tarixdə 2 il bitmişdir. Protokol isə 05 mart 2024-ci il tarixdə yəni 1 ay sonra tərtib edilmişdir. Halbuki, inzibati xətalar qanunvericiliyin tələbinə əsasən İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Lakin inzibati xəta haqqında protokoldan aydın görünür ki, hər hansı müərrəkəblik yoxdur, hər hansı müərəkkəblik və araşdılma aparılsaydı protokolun qrafaları boş saxlanılmazdı. Mərkəzi Bank tərəfindən məhkəməyədək icraat zamanı barəsində inzibati araşdırılma aparılan hüquqi şəxs məlumatlandırmayaraq iştirakı təmin edilmədiyi üçün araşdırma aparılmasına vaxt sərf etməmişdir. Beləliklə inzibati xəta haqqında protokol qanunvericiliklə müəyyən edilmiş müddət tələbini pozulmalq tərtib edilmişdir. AR İXM-nin 101.1 və 101.2-ci maddəsinin tələbləri pozulmuşdur. Yəni inzibati xəta haqqında araşdırılma aparılarkən inzibati icraatın başlanması üçün ilkin olaraq qərardad qəbul edilməli,araşdırılma aparılmalı, sonra isə protokol tərtib olunmalıdır. Əgər hər hansı bir inzibati araşdırılma aparılıbsa protokol tərtib edilmədən öncə inzibati icraatın başlanması və aparılması barədə qərardad qəbul edilməli idi. Lakin iş materiallarına qərardad əlavə edilməmişdir. Yəni ilkin olaraq müəyyən etmək lazımdır ki, inzibati araşdırma aparan şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərardad qəbul edilib, yoxsa qanun pozuntusuna yol verilərək birbaşa protokol tərtib edilib. Bu halın müəyyənləşdirilməsi üçün isə Mərkəzi bankdan inzibati icraatın başlanması barədə qərardad tələb edilməlidir. Azərbaycan Respublikası Mərkəzi Bankından '"xxxx" MMC barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardadı tələb edilməsini xahiş edir. Həmçinin bildirir ki, Mərkəzi Bank “AG Telekom" MMC barəsində 05 mart 2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərmişdir. Protokol qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilmiş və yoxlanılmadan məhkəmənin icraatına qəbul edilmişdir. Mərkəzi Bankın 05 mart 2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokolunun geri qaytarılması üçün əsas olan halları aşağıda göstərir. Mərkəzi Bank tərəfindən “AG Telekom" MMC barəsində 05 mart 2024cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərkən barəsində inzibati icraat aparılan hüquqi şəxs olaraq “AG TELEKOM" MMC-nin məhkəməyədək icraatda iştirakı təmin edilməmiş, nümayəndəsi dəvət edilməmiş, izahat alınmamış, barəsində inzibati icraat aparılan “AG Telekom" MMC-nin nümayəndəsinə hüquq və vəzifələri izah edilməmiş və protokol rəsmi qaydada şirkətə təqdim edilməmişdir. Protokoldan isə aydın şəkildə görünür ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs olaraq "xxxx" MMC-nin nümayəndəsi dəvət edilməmiş, hüquq və vəzifələri izah edilməmiş, bu barədə protokolda müvafiq qeyd aparılmamış, həmin qrafalar boş saxlanılmışdır. Bununla da inzibati orqan olan Mərkəzi Bank 05 mart 2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edərkən düzgün tərtib etməyərək A.R. İXM-nin 61.3,100.1.7 və 100.2-ci maddəsinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin hazırkı iş üzrə məhkəməyədək icraatda iştirakının təmin edilməməsi və bununla da qanunvericiliyin yuxarıda göstərilən müddəalarından irəli gələn hüquqlarının təmin edilməsi üçün zəruri tədbirlərin görülmədiyi iş materialları ilə təsdiq olunur. "AG Telekom MMC barəsində olan icraat haqqında məhkəməyədək icraat dövründə ümümiyyətlə məlumatlandırılmamış, onun nümayəndəsi icraatda iştirak etməsi üçün dəvət edliməmişdir. Yuxarıda qeyd etdiyi hallar tam təsdiq edir ki, barəsində inzibati xəta haqqında iş nızrə icraat aparılan hüquqi şəxsin hüquqları məhkəməyədək icraat dövründə pozulmuşdur. Bu səbəbdən inzibati xəta haqqında protokol düzgün tərtib edilmiş sayıla bilməz. Yəni məhkəmə inzibati xəta haqqında işi baxışa təyin etmədən protokolun qanunvericiliyin tələblərinə uyğun düzgün tərtib edilməsi üçün protokolu tərtib etmiş orqana geri göndərilməlidir. Çünki, yuxarıda qeyd etdiyi kimi inzibati orqan barəsində inzibati xəta haqqında icraat aparılan "xxxx" MMC-yə məhkəməyədək icraat dövründə məlumat verməyək, nümayəndəsinin izahatı alınmamış, hüquq və vəzifələrini izah etməyərək, sübut təqdim etmək imkanından məhrum etmiş, protokola qeydlər aparmamış və protokolu qanunvericiliyin tələblərinə uyğun olmayaraq düzgün tərtib etməmişdir. Lakin "xxxx" MMC barəsində inzibati xəta haqqında icraat aparılarkan iştirakı təmin edilmadiyi kimi, protokolun surəti də onlara təqdim edilməmişdir. Əks halda protokolun şirkətə təqdim edilməsinə dair çatma qəbzi iş materiallarında olardı. Lakin iş materiallarında da təsdiq olunur ki, inzibati icraatın başlanması barədə bildiriş, qarardad, inzibati xəta haqqında protokolu "xxxx" MMC-yə rəsmi qaydada göndərilməmişdir. Bununla da İnzibati Xətalar Məcəlləsinin 57.1 və 57.2-ci maddəsinin tələbləri pozulmuşdur. Bu şəbədən də iş geri qaytarılmalıdır. Yəni "AG Telekom MMC-yə inzibati icraatın başlanması barədə bildiriş, qərardad və inzibati xəta haqqında protokolu rəsmi qaydada - səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilməli olduğu halda bu günə qədər verilməmişdir. Protokol məhkəməyə müraciət edərək almışlar. A.R İXM 430.3-cü maddəsi üzrə icraat aparılan zaman hüquqi şəxsə sənədlərin elektron qaydada göndərilməsi nəzərdə tutulmamışdır. Yəni "xxxx" MMC-nin hüquqlarını bir daha pozaraq bildirişi göndərilməyərək iştirakı təmin edilməmiş, barəsində inzibati icraat aparılması barədə məlumatı olmamışdır, iştirak təmin edilmədiyi üçün izahat vermək, sübut təqdim etmək hüquqlarından məhrum olunmuş, hüquq vəizifələri izah edilməmiş protokol tərtib edilərək birbaşa məhkəməyə göndərilmişdir. Bu hal ilə də təsdiq olunur ki, inzibati icraat qanunvericiliyin tələbləri pozulmaqla aparılmışdır. X2 və "xxxx" MMC arasında 01-22 saylı, 10 yanvar 2022-ci il tarixli müqavilə imzalanmışdır. 17 fevral 2022-ci il tarixdə avans olaraq pul vəsaiti ödənilmişdir. 10 yanvar 2024-cü il tarixdə 2 il bitmişdir. Lakin protokol isə 05 mart 2024-ci il tarixdə yəni 1 ay sonra tərtib edilmişdir. Halbuki, inzibati xətalar qanunvericiliyin tələbinə əsasən İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Lakin inzibati xəta haqqında protokoldan aydın görünür ki, hər hansı müərrəkəblik yoxdur, hər hansı mürəkkəblik və araşdılma aparılsaydı protokolun qrafaları boş saxlanılmazdı. Mərkəzi Bank tərəffindən məhkəməyədək icraat zamanı barəsində inzibati araşdırılma aparılan hüquqi şəxs məlumatlandırmayaraq iştirakı təmin edilmədiyi üçün araşdırma aparılmasına vaxt sərf etməmişdir. Yəni inzibati xəta haqqında araşdırılma aparılarkən ilkin olaraq qərardad qəbul edilməli, ondan sonra isə protokol tərtib olunmalıdır. Əgər hər hansı bir inzibati araşdırılma aparılıbsa protokol tərtib edilmədən öncə inzibati icraatın başlanması və aparılması barədə qərardad qəbul edilməli idi. Lakin iş materiallarına qərardad əlavə edilməmişdir. Bu halda təsdiq edir ki, AG telekom MMC barəsində inzibati icraat başlanılmadan qanunsuz olaraq birbaşa protokol tərtib edilmişdir. Yəni ilkin olaraq müəyyən etmək lazımdır ki, inzibati araşdırma aparan şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərardad qəbul edilib, yoxsa qanun pozuntusunu yol verilərək birbaşa protokol tərtib edilib. Yuxarıda qeyd etdiyi halları nəzərə alaraq "AG Telekom” MMCnin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430,4-ci maddəsi ilə təqsirləndirilməsinə dair 05 mart 2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokolun geri qaytarılmasına dair Qərardad qəbul edilməsini xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında arayışdan görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı ünvan 2ı araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. "xxxx" ASC-nin 17 fevral 2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, həmin tarixdə Şəxs MMC-nin bank hesabından “X2” şirkətinin hesabına 535472,00 (beş yüz otuz beş min dörd yüz yetmiş iki) ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. Belə ki, iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, Şəxs MMC 535472,00 (beş yüz otuz beş min dörd yüz yetmiş iki) ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından 17 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq 535472,00 (beş yüz otuz beş min dörd yüz yetmiş iki) ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiqləyən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bununla da Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2020-ci il tarixdə qəbul edilmiş və xx.xx.2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X1 06/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklərə əsasən Qaydaların 4.3.1.3cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir;” 4.3.10-cu yarımbənddə isə “qeyri-rezidentlər tərəfindən” sözlərindən sonra “və ya onların xeyrinə” sözləri əlavə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati xətanın obyekti olmuş 535472,00 (beş yüz otuz beş min dörd yüz yetmiş iki) ABŞ dolları məbləğində vəsaitin 20 (iyirmi) faizi həddində, yəni 107094,40 (yüz yeddi min doxsan dörd dollar 40 sent) ABŞ dolları məbləğində ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi manat məzənnəsinə uyğun olaraq inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar