Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1427/2022 01.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X1, Barəsinəd inzibati xəta haqqında protokol tərtib edilmiş X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 01 fevral 2022-ci il tarixli İXP ******* saylı protokol əsasında qəbul edilmiş 01.02.2022-ci il tarixli, TP ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X5 Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 01 fevral 2022-ci il tarixli İXP ******* saylı protokol əsasında qəbul edilmiş 01.02.2022-ci il tarixli, TP ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 01.02.2022-ci ildə Bakı şəhəri 20 yanvar küçəsində ona məxsus minik avtomobili DYP əməkdaşı tərəfindən saxlanılıb, qərəzli olaraq ona demədən və kobud şəkildə cavab verərək protokol tərtib olunmuşdur. Etirazına baxmayaraq tərtib etdiyi protokolu Asan pay portalında yerləşdirməmişdir. Təsadüfən DYP əməkdaşı ona protokol haqqında məlumat vermişdir, bu barədə Baş dövlət yol polisinə şikayət etmişdir. Lakin ona heç bir dəlil göstərə bilməmişdirlər. Yəni, inzibati xətanı sübut edə bilməmişdirlər. Müxtəlif yerlərə şikayətlər etsədə heç bir yerdən onun inzibati xəta törətməyi barədə bir cavab ala bilməmişdir. Buna görə də o, həmin qərarla razılaşmayaraq ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X5 şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Şöbəsinin nümayəndəsi X3 bildirmişdir ki, YPX əməkdaşı tərəfindən bilavasitə aşkar edilmiş yol hərəkəti qayda pozuntusu faktına əsaslanmışdır ki, İXM-nin 99.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata başlama səbəblərdən biri də inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən birbaşa və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsidir. Maddənin tələbindən və işin halından göründüyü kimi, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta hadisəsi birbaşa aşkar edilərək Habil Quliyev barəsində İXM-nin 327.2-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Göstərilənlərə əsasən, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasına dəvət olunmuş şahid (inzibati protokolu tərtib edən şəxs) X4 ifadəsində bildirmişdir ki, 01.02.2022-ci il tarixində saat 17:44 radələrində, Bakı şəhəri 20 yanvar 1 b ərazisində, X5, Toyota corolla minik markalı ** DP *** d.q.nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməməsinı bilavasitə özü aşkar etmişdur. Bundan sonra o, qayda pozuntusu törətmiş şəxsə saxla işarəsi vermiş, sürücüdən sənədləri istədikdə sürücü ona “elektron portalda bax orda var” demişdir, belə olan halda o, xidməti avtomobilinə yaxınlaşıb oradan elektron tableti götürərək qayda pozuntusunu rəsmiləşdirmişdir.Qayda pozuntusu rəsmiləşərkən sürüçü törətdiyi qayda pozuntusu ilə bağlı etiraz bildirməmişdir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, şikayətə əlavə edilmiş Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 01 fevral 2022-ci il tarixli İXP ******* saylı protokol əsasında qəbul edilmiş 01.02.2022-ci il tarixli, TP ******* saylı qərarından görünür ki, X5 01.02.2022-ci il tarixdə 17:44-da Bakı 20 yanvar, 1 b GPS:40.4109754,49.8037408 ərazisində “Toyota Corolla” minik markalı Az ** DP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmasına görə barəsində 01.02.2022-ci il tarixli, İXP ******* saylı protokol tərtib edilmiş, həmin protokol üzrə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət yaradır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb və əsasdır. Məhkəmə hesab edir ki, X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı təkzib olunmaz və sübhə doğurmayan sübutlarla öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 01 fevral 2022-ci il tarixli İXP ******* saylı protokol əsasında qəbul edilmiş 01.02.2022-ci il tarixli, TP ******* saylı qərarı qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 01 fevral 2022-ci il tarixli İXP ******* saylı protokol əsasında qəbul edilmiş 01.02.2022-ci il tarixli, TP ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-1427/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1427/2022
01.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver