Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-143/2025 15.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, X4 iclas katibliyi ilə, X1 DİN Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində DİN Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini və məhkəmə qərarlarının tələblərinə ardıcıl olaraq riayət etməyən məsul cavabdeh əməkdaşların müvafiq məsuliyyətə cəlb edilməsinə dair xüsusi qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, 14 avqust 2024-cü il tarixdə TP6707751 saylı qərarı ilə AR İXM-nin 327.1-1-ci maddəsinə əsasən 100 manat miqdarında cərimə edilərək 2 bal qiymətləndirilib. Hesab edir ki, qərar qanusnuz və əsassız olduğuna görə ləğv olunmalıdır. Qeyd etmişdir ki, tətbiq edilən cərimə ilə əlaqədar Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə Şikayətlə müraciət etmiş və həmin Məhkəmənin 3(004)-4601/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsi tərəfindən qəbul edilmiş 24 avqust 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və qeyd olunan inzibati xəta haqqında iş baxılması və araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X11 İdarəsinə qaytarılmışdır, (qərar əlavə olunur). xx.xx.2024-cü il tarixdə Həftənin Şənbə günü saat təxminən 11:35 radələrində 070 *** ** ** mobil nömrəsindən (əlavə olunur) ona zəng gələrək özünü Bakı Şəhər Baş Polis İdarəsi X11 İdarəsinin əməkdaşı kimi təqdim edən şəxs ona bildirmişdir ki, ona İXP ******* nömrəli protokol ilə tərtib edilmiş cərimə yenidən sistemə yüklənmişdir. Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X11 İdarəsi əlavə araşdırma aparmamış onu həmin araşdırmada iştirak etmək üçün dəvət etməmiş bununla da Məhkəmənin qərarında qeyd olunan tələblərə riayət etmədən qanunsuz və əsassız yerə xx.xx.2024-cü il tarixdə yeni qərar qəbul edərək tərtib edilən 2 bal və 100 manat cəriməni müvafiq sistemə yükləmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə yenidən tətbiq edilən cərimə ilə əlaqədar Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə Şikayətlə müraciət etmiş və həmin Məhkəmənin 3(004)-5733/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsi tərəfindən qəbul edilmiş 15 oktyabr 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və qeyd olunan inzibati xəta haqqında iş baxılması və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X11 İdarəsinə qaytarılmışdır, (qərar əlavə olunur). Məhkəmə tərəfindən eyni qərarın 2 dəfə yenidən baxılaraq araşdırılması üçün Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X11 İdarəsinə qaytarılsa da, Məhkəmənin qərarında qeyd olunan tələblərə ardıcıl olaraq riayət olunmadan qanunsuz və əsassız yerə xx.xx.2024-cü il tarixdə yenidən X11 tərəfindən yeni qərar qəbul edərək tərtib edilən 2 bal və 100 manat cəriməni müvafiq sistemə yükləmişdir. Bildirmişdir ki, Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X11 İdarəsi əlavə araşdırma aparmamış onu həmin araşdırmada iştirak etmək üçün dəvət etməmişdir. X9 Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X11 İdarəsinin məsul cavabdeh əməkdaşları məhkəmənin eyni iş üzrə ləğv etdiyi qərarı icra etməkdən qəsdən yayınır və bununla da, sonuncu məhkəmə qərarında göstərilən tələblərə ardıcıl riayət edilməməsi məhkəməyə hörmətsizlik kimi qiymətləndirilməlidir. Bildirmişdir ki, onun yaşadığı ünvandan birbaşa həmin 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı ilə xətlənmiş yola çıxır və həmin yol şəhərin ən çox avtomobil sıxlığı təşkil edən 2 zolaqlı yollardan biridirki, həmin zolağın biri qadağan edilmiş zolaqla ayrılıb. O, yaşadığı ərazidən sol zolağa keçmək üçün məcburiyyət qarşısında qadağan edici zolağdan keçərək getməlidir, səhər saatlarında avtomobil sıxlığını və sol zolağa keçmək üçün fürsət axtararaq hərəkəti davam etdirib sol zolağda olan avtomobillərin yol verməsi mütləqdir çünki hərəkəti dayandırsa həmin zolaqla hərəkət edən hər hansı bir nəqliyyat vasitəsinin qarşısını kəsməlidir və gözləməlidir ki, sol zolaqda hərəkət edən hansısa avtomobil sol zolağla hərəkət etməyinə ona şərait yaratsın. O isə az surətlə hərəkəti davam etdirməkdə qadağan edilmiş zolaqda hərəkət edə biləcək avtomobilin hərəkətinə mane olmamaq üçün bir neçə metr irəlidə şəraitin yaranmasına imkan taparkən yol patrul xidmətinin əməkdaşı yaranan bu vəziyyətə baxmayaraq görə bildiyi şəraiti nəzərə almadan ədalətsiz yanaşaraq onu sol zolağa daxil olmağa imkan vermədən avtomobilini saxladaraq cərimə tətbiq etdi. Halbuki o, yaşadığı ərazidən ümumi istifadə olunan yola keçmək üçün qadağan edici zolaqda hərəkət edən yol patrul avtobilini buraxıb həmin yola keçmişdir. Həmin an yol patrul avtomobili avtomobilinin qarşısında hərəkət edərək yolda olan sıxlıqdan xəbərdar olmaqla onun sol zolağa keçmək üçün şəraitin yaranmasını axtarmağını gözlə görəcək dərəcədə aydın idi. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin TP6707751 saylı inzibati tənbeh tədbiri barədə qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə məhkəmə aktı qəbul edilməsi və məhkəmə qərarlarının tələblərinə ardıcıl olaraq riayət etməyən məsul cavabdeh əməkdaşların müvafiq məsuliyyətə cəlb edilməsinə dair xüsusi qərardad çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq şikayətçi və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, həmçinin səlahiyyətli orqanın nümayəndəsi məhkəmə tərəfindən təqdim olunması tələb olunan iş materiallarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə şikayətçi və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, X5 barəsində AR İXM-nin 327.1-1-ci maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair DİN Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər BPİ DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli qərardan görünür ki, X5 14 avqust 2024-cü il tarixdə saat 08:30-da “Opel Astra” markalı **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Moskva prospekti 62 ünvanında 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Rayon Məhkəməsinin 3(004)-4601/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X3 şikayətinin qismən təmin edilməsi və X5 barəsində AR DİN Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsi tərəfindən qəbul edilmiş 24 avqust 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək işin yenidən baxılması üçün AR DİN Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinə qaytarılması qərara alınmışdır. Bakı Şəhəri Yasamal Rayon Rayon Məhkəməsinin 3(004)-5733/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X3 şikayətinin qismən təmin edilməsi və X5 barəsində AR DİN Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsi tərəfindən qəbul edilmiş 14 avqust 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə tərtib edilmiş 15 oktyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək işin yenidən baxılması üçün AR DİN Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinə göndərilməsi qərara alınmışdır. Hazırkı iş üzrə barəsində şikayət verilən qərarda X5 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1– 5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsi göstərilməklə o, Azərbaycan Respublikası İXM-in 327.1-1-ci maddəsi ilə təqsirli bilinmiş və inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X5 14 avqust 2024-cü il tarixdə saat 08:30da “Opel Astra” markalı **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Moskva prospekti 62 ünvanında 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Şikayətçi şikayətində qeyd edir ki, İXM-nin 327.1-1-ci maddəsində göstərilən heç bir tələbi pozmamışdır. Şəxsin inzibati xəta törətməsini sübut etmək qərar qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, Yasamal Rayon Məhkəməsinin xx-xx.2025-ci il tarixli, 3(004)-143/2025 saylı məktubuı ilə səlahiyyətli orqana şikayət üzrə bütün sübutları təyin olunmuş məhkəmə iclasının tarixinədək və ya məhkəmə iclasında məhkəməyə təqdim edilməsi xahiş olunsa da, həmin sübutlar məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 120-ci maddəsinə əsasən həmin Məcəllənin 327 - 348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, İXM-nin həmin (yəni 16-cı) fəsili ilə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, həmin Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən həmin Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Belə olduğu təqdirdə artıq yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-nin müəyyən etdiyi qaydada şəxsin inzibati xəta törətməsini təsdiq edən sübutları araşdırmaqla, əgər sübutlarla onun təqsiri təsdiq edilərsə, onda inzibati tənbeh vermə haqqında qərar çıxarmalıdır. Mübahisə yarandığı üçün şəxsin təqsirinin sübut olunması üçün “İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsi”nə dair İXM-nin 12-ci Fəsli ilə müəyyən edilmiş qaydada şəxsin təqsiri sübuta yetirilməlidir. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, yuxarı səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Belə bir vəziyyətdə artıq İXM-nin 124.3, 124.4-cü maddələrinn, həmçinin İXM-nin 12-ci Fəslinin, İXM-nin 8-ci maddəsi mənası əhəmiyyətsiz olar. Çünki şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Qeyd edilən vəziyyətdə həmin inzibati xətanın məhz həmin şəxs tərəfindən törədilməsində şübhələr yaranır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. X6 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin qismən təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə – yüz manat məbləğində cərimə edilir. Bununla da məhkəmə hesab edir ki, qərarda konkret sübuta istinad edilmədiyindən, sübutsuz vəziyyətdə hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə İXM-nin inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Hazırkı iş üzrə İXM ilə müəyyən edilmiş yuxarıdakı prosessual pozuntular törədilməklə qərar qəbul edilmişdir. Qeyd edilən həmin prosessual pozuntular işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə olduğundan, son nəticədə qanuni və əsaslı olmayan qərarın qəbul edilməsinə gətirib çıxartmışdır. Buna görə də şübhələr şəxsin xeyrinə həll edilməlidir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, X5 barəsində olan DİN Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin məhkəmənin eyni inzibati xəta ilə bağlı inzibati tənbeh vermə haqqında qərarın səlahiyyətli orqan tərəfindən şəxsin təqsirini sübut edə biləcək materiallara əsaslanmadan qəbul edildiyindən ləğv edilərək yenidən baxılması üçün DİN Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinə göndərilməsinə baxmayaraq (iki dəfə), heç bir araşdırma və sübut toplanılmadan yenidən eyni qərarın qəbul edilməsi və s. kimi hallar inzibati xətanın X5 tərəfindən baş verməsini şübhə altına almış, qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, bundan əlavə X3 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, X3 İXM-nin 327.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair DİN Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli qərar ləğv edilməli və X3 əməlində AR İXM-nin 327.1-1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. X3 İXM-nin 327.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair DİN Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-143/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-143/2025
15.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver