Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1430/2020 20.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X2 iclas katibliyi ilə Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin (FHN) 4-cü ərazi Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) etibarnamə üzrə nümayəndəsi X4, şikayətçi “xxxxxxxxxxxxxxxxxxx” X1 etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə, “xxxxxxxxxxxxxxxxxxx” MMC-ninAzərbaycan Respublikası FHN-nin 4-cü ərazi DYNİ-nin inzibati xəta haqqında xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Şikayətçi “xxxxxxxxxxxxxxxxxxx” MMC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin Sabunçu rayonu ərazisində yerləşən mağazasında Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin 4-cü ərazi Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları “Optimal” mağazasına gələrək qanunvericilikdə nəzərdə tutulmuş əsasların heç biri olmadanxx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərar qəbul etmişdilər. Qərarın nəticə hissəsində “xxxxxxxxxxxxxxxxxxx” MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 350 manat inzibati tənbeh olunması göstərilmişdir. “xxxxxxxxxxxxxxxxxxx” MMC hüquqi şəxsdir və onun barəsində inzibati tənbeh yalnız məhkəmə tərəfindən tətbiq edilə bilər. Azərbaycan Respublikası FHN-nin 4-cü ərazi DYNX-nin inzibati xəta haqqında xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X5 şikayət ərizəsinə uyğun izahatında verərək xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, şikayət vermə müddətini ötürmədikləri üçün ötürülmüş müddətin bərpası üçün ərizə ilə məhkəməyə müraciət etməyəcəklər. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası FHN 4-cü ərazi DYNXnin etibarnamə üzrə nümayəndəsi X6 şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə, inzibati xəta haqqında qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət geri qaytarılmalıdır. İş materiallarından göründüyü kimi xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən xx.xx.2020-ci il tarixli ******* nömrəli protokola və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq xx.xx.2020ci il tarixdə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa yolu, bağ sahəsi, ev 125-də yerləşən, “xxxxxxxxxxxxxxxxxxx” MMC-yə məxsus mağazada planlı YTM keçirilən zaman YTQ №012001 6.1-ci bəndinin tələblərinin pozulduğu müəyyən olunmuşdur. Nəticədə “xxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 350 AZN məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Belə k, İXM-in 130-cu maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. İş materiallarından göründüyü kimi mübahisələndirilən qərardan şikayətçi “xxxxxxxxxxxxxxxxxxx” MMC nə vaxt məlumatlı olması barədə heç bir məlumat təqdim etməmiş, həmçinin həmin qərardan şikayət vermə müddəti cəmiyyət tərəfindən buraxılmış, sonuncu tərəfindən buraxılmış müddətin bərpasına dair vəsatət təqdim olunmamışdır. Qeyd olunanlara əsasən və İXM-in 118, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “xxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən Azərbaycan Respublikası FHN-nin 4-cü ərazi DYNX-nin inzibati xəta haqqında xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərarından verilmiş şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Hakim Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-1430/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1430/2020
20.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver