Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1431/2025 08.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, X4 oğlunun katibliyi, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakları ilə, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ-nin DYPİ-nin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ-nin DYPİ-nin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, protokolda qeyd edilmişdir ki, o, Bakı şəhəri Yasamal rayonu Seyfəddin Dağlı küçəsində 1.1 xəttinin tələbini pozaraq nəqliyyat vasitəsini tam olaraq axının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmişdir. Lakin protokola aid heç bir foto və ya videogörüntü onun asanpay elektron kabinetinə göndərilməmişdir. O, əks istiqamətdə hərəkət etsə də lakin heç bir qayda pozuntusu etməmiş və qəza şəraiti yaratmamışdır. O, hansı istiqamətdə hərəkət etmişdirsə həmin görüntünü çertyoj olaraq ərizəyə əlavə etmişdir. Yol hərəkəti haqqında qanunda da belə manevr etməyə görə heç bir qadağa mövcud deyildir. Ona Bakı şəhər DYPİ-dən zəng olunaraq məlumat verilmiş və dəvət olunmuşdur. Lakin o, taksi sürücüsü işlədiyindən ora gedə bilməyəcəyini bildirmişdir. Bildirmişdir ki, ona hadisənin foto və videogörüntüsü göndərilsin. Göndərəckləri təqdirdə hətta videogörüntüyə baxış keçirib ödəniş etməyə hazır olduğunu da bildirmişdir. Daha sonra Azərbaycan Respublikası Baş X5 İdarəsinə şikayət ünvanlanmışdır. Həmin şikayətə baxılmış və inzibati tənbeh vermə haqqında qərara qüvvədə saxlanılmışdır. Məhkəmə iclasında X2 şikayətə uyğun izahat verərək, şikayətin təmin edilməsini və müvafiq inzibati qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İş materiallarına əlavə edilmiş “inzibati xəta haqqında iş üzrə icraata başlanması və inzibati araşdırma aparılması haqqında” xx.xx.2024-cü il tarixli qərardaddan görünür ki, Bakı şəhər BPİ DYPİ YPXA-nın inspektoru, polis baş serjantı Samir Kərimov xx.xx.2024-cü il tarixli raportla müraciət edərək xx.xx.2024-cü il tarixdə saat 12:59-da “Khazar” minik markalı **-FK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsində “Yol hərəkət haqqında” Azərbaycan Respublikasının Qanununun tələbini pozması faktı aşkar etdiyini bildirmiş və buna görə də inzibati xəta haqqında iş üzrə icraata başlanılması və araşdırma aparılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda görünür ki, X2 idarə etdiyi xx.xx.2024-cü il tarixdə saat 12:59-da “Khazar” minik markalı **-FK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı – S.Dadaşov küçəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinin tələblərini pozmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli TP ******* nömrəli elektron qərarından görünür ki, X2 xx.xx.2024-cü il tarixdə 12:59-da Bakı şəhəri, Yasamal rayonu, S.Dağlı – S.Dadaşov küçəsində “Khazar” minik markalı **-FK-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmişdir. Məhkəmə araşdırması zamanı əldə edilərək iş materiallarına əlavə edilmiş fotolara və videogörüntüyə məhkəmə iclasında baxış zamanı Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarında qeyd edilənlər öz təsdiqini tapmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X2 tərəfindən törədilməsi istinad olunan inzibati xəta hadisəsi mötəbər sübutlarla (fotoşəkillər, videogörüntü) öz təsdiqini tapdığından, həmçinin inzibati orqan tərəfindən qərar qəbul edilərkən AR İnzibati Xətalar Məcəlləsinin 122-ci maddəsinin tələblərinə riayyət olunduğundan hazırda E.Mürsəlov tərəfindən mübahisələndirilən qərar qanuni və əsaslı sayılmalı, şikayət isə təmin edilməməlidir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsaəsn Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Bununla da şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin şikayətdə göstərilən hallar inzibati xətanı istisna edən hallar deyildir. Halbuki, iş materiallarında olan yuxarıda qeyd edilənlərə əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. Formal əsasları işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu kimi qəbul etmək yolverilməzdir. Formal əsaslara görə qərar ləğv edilə bilməz. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Məhkəmə hesab edir ki, X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ-nin DYPİ-nin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarı qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ-nin DYPİ-nin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli nömrəli qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilvasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-1431/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1431/2025
08.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver