Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1432/2025 18.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X6 iştirakı ilə xx xxxxxx 1969-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Yasamal rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsindən daxil olmuş 07 mart 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-82/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə "xxxx" MMC-dən 761794.48 manat "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Lakin şirkətin rəhbəri Şəxs borcunu tam olaraq ödəməmiş və icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməmişdir. Beləliklə göstərilənlərə əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bundan başqa, inzibati xəta haqqında ******* saylı protokola verilmiş əlavədən görünür ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2736/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən “X23” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Optimal Elektronika” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 12 dekabr 2021-ci il tarixdə bağlanmış 018/21 saylı xidmət müqaviləsi üzrə 23600 (iyirmi üç min altı yüz) manat əsas borc, əsas borca illik 5 faizlə hesablanmaqla 255 (iki yüz əlli beş) manat 40 (qırx) qəpik olmaqla ümumilikdə 23855 (iyirmi üç min səkkiz yüz əlli beş) manat 40 (qırx) qəpik məbləğində pul cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı “X23” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-4678/2022 saylı, xx.xx.2022-cü il tarixli icra sənədinə əsasən cavabdeh "xxxx" MMC-dən 197370,20 ABŞ dolları əsas borc, 7629,80 ABŞ dolları cərimə, ümumilikdə 205000 ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla, 400 manat mediasiya xərci və 272,51 manat dövlət rüsumu pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-4790/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən iddiaçı “X18 Taşımacılık TİC.LTD.ŞTİ” şirkəti ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 01 yanvar 2021-ci il tarixli, 2021/002 nömrəli Yük daşınması müqaviləsinə və 07 iyun 2022- ci il tarixli, 01 nömrəli Razılaşmaya əsasən 19,650.00 Avro və 6,550.00 ABŞ dolları məbləğində borc, 210.00 manat mediasiya xərci və 22.10 manat dövlət rüsumu cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı “X18 Taşımacılık TİC.LTD.ŞTİ” şirkətinə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2706/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli “Xidmət göstərilməsinə dair” müqavilə üzrə 95.670 manat əsas borc və 2429,86 manat əldə edilən gəlirdən yaranmış pay borcu olmaqla cəmi 98099,86 (doxsan səkkiz min doxsan doqquz manat 86 qəpik) manat və ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 385 (üç yüz səkksən beş manat) tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-1238/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən "xxxx" MMC-dən 22.316,40 AZN (ƏDV daxil) manat və 200 AZN manat mediasiya xərci "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1579/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən “X19” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 188.498 manat 98 qəpik əsas borc, 9.000 cərimə borcu olmaqla, ümumilikdə 197.498 manat 98 məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq “X19” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 1000 manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq “X19” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq olaraq 400 manat məbləğində pul “Optimal Elektronika" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq “X19” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 87 manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq “X19” MMC-yə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-668/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh "xxxx" MMC-dən 18 oktyabr 2021-ci il tarixli 18-10- 21OE saylı (alqı-satqı) müqaviləsi üzrə 26000 manat borc, mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC- yə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-272/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 90469,20 manat borc, 400 manat mediasiya, 110 manat hüquqi yardım xərci və ödənilmiş dövlət rüsmunun əvəzi olaraq 284,28 manat olmaqla, cəmi 91263,48 manat məbləğində pul iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-3753/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh “Optimal Elektronika MMC-dən 16594,50 manat borc, mediyasiya xərci ilə bağlı ödənilmiş 200 manat və hüquqi yardımla bağlı ödənilmiş 320 manat, cəmi 17114,50 manat məbləğində vəsait tutularaq iddiaçı “Lokomotiv" MMC-yə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2155/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh "xxxx" MMC-dən 34.188,68 manat məbləğində əsas borc, 1700 manat məbləğində dəbbə pulu, cəmi 35.888,68 manat məbləğində pul vəsaiti, eləcə də vəkil xərclərinin əvəzi olaraq 500 manat və mediasiya xərclərinin əvəzi olaraq 190 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1176/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh "xxxx" MMC-dən 04 may 2022-ci il tarixli 03/2022 saylı alqsatqı müqaviləsi üzrə 19.705 manat məbləğində pul vəsaiti, 1900 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 21.605 manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 210 manat məbləğində pul vəsaiti və vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 500 manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 6663/2022 saylı, xx.xx.2022-cü il tarixli icra sənədinə əsasən 22400 manat əsas borc və 1000 manat cərimə olmaqla, ümumilikdə 23400 manat məbləğində pul vəsaiti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq X3 ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-635/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 193685 manat əsas borc, 9600 manat dəbbə, mediasiya xərcinə görə 358,10 manat, cəmi 203643,1 manat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Lerik Rayon Məhkəməsinin 2(048)-225/2024 saylı, xx.xx.2024-ci il tarixli icra sənədinə əsasən cavabdeh hüquqi ünvanı ünvan 2ŞKİLATİ” MMC-dən ümumilikdə 442 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı X8 xeyrinə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2624/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh "xxxx" MMC-dən 8149,25 manat məbləğində pul və ödənilmiş 202 manat məbləğində dövlət rüsumu, ümumilikdə 8351,25 (səkkiz min üç yüz əlli bir manat iyirmi beş qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)- 1839/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən "xxxx" MMC (VÖEN:**********) Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 600 (altı yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5017/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 2022-ci ilin dekabr, 2023-cü ilin yanvar və fevral ayları üzrə - 3 ay üçün hər ay 446,46 (dörd yüz qırx aitı manat qırx altı qəpik) manat olmaqla, cəmi 1339,38 (bir min üç yüz otuz doqquz manat otuz səkkiz qəpik) manat məbləğində ödənilməmiş əmək haqqı və vaxtında ödənilməyən əmək haqqına görə hesablanmış Ödənc kimi 4000,26 (dörd min manat iyirmi altı qəpik) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı X1 xeyrinə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 755/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə sənədinə əsasən “Karcher" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 01 iyun 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 73322 (yetmiş üç min üç yüz iyirmi iki) manat 94 (doxsan dörd) qəpik məbləğində əsas borc, 3650 (üç min altı yüz əlli) manat məbləğində cərimə olmaqla ümumilikdə 76972 (yetmiş altı min doqquz yüz yetmiş iki) manat 94 (doxsan dörd) qəpik məbləğində pul cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-479/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh "xxxx" MMC-dən iddiaçı imanova Lalə Babək qızının xeyrinə 80.000 (səksən min) manat məbləğində əsas borc, 331,59 (üç yüz otuz bir manat əlli doqquz qəpik) manat məbləğində dövlət rüsumu və hüquqi xidmətə görə ödənilmiş 200 (iki yüz) manat, ümumilikdə 80.531,59 (səksən min beş yüz otuz bir manat əlli doqquz qəpik) manat məbləğində pul vəsaiti tutulmalıdır. Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-2787/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixli, 11/21 saylı alqısatqı müqaviləsi üzrə 46266 (qırx altı min iki yüz altmış altı) manat əsas borc məbləği və 2313 (iki min üç yüz on üç) manat məbləğində dəbbə pulu olmaqla cəmi 48579 manat və ödənilmiş mediasiya xərcinin və dövlət rüsumunun əvəzi olaraq 236 (iki yüz otuz altı) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-180/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri təyin edilməlidir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 5570/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh "xxxx" MMC-dən 19013 manat məbləğində əsas borc, 900 manat cərimə, ödənilmiş 205 manat dövlət rüsumu, ümumilikdə 20118 (iyirmi min bir yüz on səkkiz) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-497/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 10.000 manat əsas borc və 500 manat cərimə olmaqla, ümumilikdə 10.500 manat məbləğində pul vəsaiti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq X3 ödənilsin. İlkin mediasiya sessiyasının keçirilməsinə görə və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 105,3 manat məbləğində pul vəsaiti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq X3 ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-4573/2023 saylı, xx.xx.2023-ci il tarixli icra sənədinə əsasən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 52649,59 manat borc, vəkilin göstərdiyi yardıma görə 1000 manat, mediasiya xərcinə görə 400 manat tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Zəngilan Rayon Məhkəməsinin 2(034)-10/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu MMC-nin özünə aid edilsin və ekspertiza xərci olan 61.52 manat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq dövlət nəfinə ödənilsin. X9 tərəfindən vəkilin xidmətinə görə ödənilmiş 80 manat pul vəsaiti “Optimal Elektronika" MMC-dən tutularaq X7 xeyrinə ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2 (103)-181/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ödənilməmiş əmək məzuniyyətinə görə 352 (üç yüz əlli iki) manat 97 (doxsan yeddi) qəpik və artıq iş saatlarına görə 228 (iki yüz iyirmi səkkiz) manat 80 (səksə) qəpik, cəmi isə 581 (beş yüz səksən bir) manat 77 (yetmiş yeddi) qəpik məbləğində pul cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı X4 ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-795/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən əsas borc olaraq 2637 (iki min altı yüz otuz yeddi) manat 30 (otuz) qəpik məbləğində pul tutularaq iddiaçı X5 ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3155/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən X21 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 40014916 nömrəli nisyə alqısatqı müqaviləsi ləğv edilsin, 1799.99 (bir min yeddi yüz doqsan doqquz manat doqsan doqquz qəpik) manat borc silinsin, hüquqi yardım göstəriliməsi ilə bağlı ödənilmiş 1350 manat pulun 200 manatı və ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ümümilikdə 300 manatı cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-2572/2024 saylı, xx.xx.2024- cü il tarixli icra sənədinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, hüquqi şəxs qismində 4000 (dörd min) manat məbləğində inzibati cərimə olunmalıdır. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1725/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh "xxxx" MMC-dən 8277,32 manat məbləğində əsas borc, 330 manat hüquqi yardımla bağlı xərc, ödənilmiş 103 manat dövlət rüsumu, ümumilikdə 8660,32 (səkkiz min altı yüz altmış manat otuz iki qəpik) manat məbləğində pul tutularaq iddiaçı X2 ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 4850/2023 saylı, 29.11,2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən xx.xx.2022-ci il tarixli, 02/2022 saylı alqı-satqı müqaviləsinə əsasən 11251,78 manat (on bir min iki yüz əlli bir manat yetmiş səkkiz qəpik) əsas borc, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 562,59 manat (beş yüz altmış iki manat əlli doqquz qəpik) məbləğ, 201,69 manat (iki yüz bir manat altmış doqquz qəpik) mediasiya xərci və 350 (üç yüz əlli) manat hüquqi yardım xərci olmaqla, cəmi 12366,06 manat (on iki min üç yüz altmış altı manat altı qəpik) məbləğində pul iddiaçı "xxxx" Şirkətinin xeyrinə tutulmalıdır. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-4855/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli, 90-923 saylı alqısatqı müqaviləsi üzrə ƏDV daxil 18860 (on səkkiz min səkkiz yüz altmış) manat borc məbləği və ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 205 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. İnzibati xəta haqqında ******* saylı protokol Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2736/2024 saylı, xx.xx.2024-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-4678/2022 saylı, xx.xx.2022-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-4790/2023 saylı, xx.xx.2023-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-2706/2023 saylı, xx.xx.2023-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1238/2023 saylı, xx.xx.2023-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1579/2023 saylı, xx.xx.2023-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-668/2024 saylı, xx.xx.2024-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-272/2023 saylı, xx.xx.2023-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3753/2023 saylı, xx.xx.2023-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2155/2023 saylı, xx.xx.2023-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1176/2024 saylı, xx.xx.2024-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-6663/2022 saylı, xx.xx.2022-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-635/2023 saylı, xx.xx.2023-cü il tarixli, Lerik Rayon Məhkəməsinin 2(048)-225/2024 saylı, xx.xx.2024-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 2624/2023 saylı, xx.xx.2023-cü il tarixli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-1839/2024 saylı, xx.xx.2024-cü il tarixli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5017/2023 saylı, xx.xx.2023-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-755/2024 saylı, xx.xx.2024-cü il tarixli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-479/2023 saylı, xx.xx.2023-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2787/2023 saylı, xx.xx.2023-cü il tarixli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 3 3(004)-80/2021 saylı, xx.xx.2021-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-5570/2023 saylı, xx.xx.2023-cü il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-497/2023 saylı, xx.xx.2023-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-4573/2023 saylı, xx.xx.2023-cü il tarixli, Zəngilan Rayon Məhkəməsinin 2(034)-10/2021 saylı, xx.xx.2021-cü il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-181/2022 saylı, xx.xx.2022-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-795/2024 saylı, xx.xx.2024-cü il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3155/2023 saylı, xx.xx.2023-cü il tarixli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-2572/2024 saylı, xx.xx.2024-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1725/2024 saylı, xx.xx.2024-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-4850/2023 saylı, xx.xx.2023-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-4855/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə verilir. Məhkəmə iclasında Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X10 inzibati xəta haqqında protokolun və protokola əlavənin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Şəxs borcunu qərəzli olaraq ödəmək istəmir və ödənişdən yayınır. Borclu, "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarlarının icrasını tam təmin etməmiş, icra sənədlərinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Əsgərov X12 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsindən daxil olmuş 07 mart 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-82/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə "xxxx" MMC-dən 761794.48 manat "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. “Bir neçə icra sənədinin ümumi icraata birləşdirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-82/2023-019 saylı, xx.xx.2023-cü il tarixli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-4388/2023-005 saylı, xx.xx.2023-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1238/2023-031 saylı, xx.xx.2023-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1579/2023-030 saylı, xx.xx.2023-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2787/2023-028 saylı, xx.xx.2023-cü il tarixli, Zəngilan Rayon Məhkəməsinin 2(034)-10/2021-042 saylı, xx.xx.2021-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-6663/2022-034 saylı, xx.xx.2022-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-4678/2022-025 saylı, xx.xx.2022-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-635/2023-030 saylı, xx.xx.2023-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin 16(113)-153/2023-013 saylı, xx.xx.2023-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2624/2023-033 saylı, xx.xx.2023-cü il tarixli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-1440/2023- 012 saylı, xx.xx.2023-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2706/2023- 023 saylı, xx.xx.2023-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2155/2023- 042 saylı, xx.xx.2023-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-272/2023-032 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri bir icraatda birləşdirilməsi, birləşdirilmiş icra sənədlərinə vahid rəqəm verilərək 103256/2023-53-14 nömrəsi ilə qeydiyyata alınması qərara alınmışdır. Expressbank ASC tərəfindən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin rəisi Pərviz Zəkəriyyəyevə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 001/007/7395/2023 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin 04 oktyabr 2023-cü il tarixli qərarına əsasən borclu "xxxx" MMC-nin bank hesablarına tələb həcmində həbs qoyulmuşdur. Rabitəbank ASC tərəfindən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, RB00-12380/2023 nömrəli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixli 2-2(103)- 82/2023 N-li İcra vərəqəsinə əsasən "xxxx" MMC-in (VÖEN **********) hesablarına 764 794,48 manat həcmində həbs qoyulub. YapıKredi Bank Azərbaycan tərəfindən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 02340 nömrəli məktubdan görünür ki, hüquqi şəxs "xxxx" MMC-nin "xxxx" QSC-də olan cari AZN, ABŞ dolları, avro və Rusiya rublu hesablarının xx.xx.2023-cü il tarixinə hesab qalıqları 0 (sıfır) təşkil edir. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(103)- 82/2023-019 saylı İcra vərəqəsinə əsasən şirkətin cari hesablarına həbs qoyulmuşdur və vəsait daxil olduqca daxil olan vəsaitə 764,794.48 (yeddi yüz altmış dörd min yeddi yüz doxsan dörd manat 48 qəpik) AZN həcmində həbs qoyulacaq. ABB ASC tərəfindən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin rəisi Pərviz Zəkəriyyəyevə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 6-2-31/2-xx/xx/2023 nömrəli məktubdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-82/2023-019 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən "xxxx" MMC-nin hesablarına həbs qoyulmuşdur. Kapital Bank ASC tərəfindən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 2023/148/12227 nömrəli məktubdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli iş No 2-2(103)-82/2023 olan icra vərəqəsinə əsasən müştərimiz "xxxx" MMC-nin müəyyən edilmiş hesablaşma hesablarına həbs qoyulması təmin olunmuşdur. Azər-Türk Bank ASC tərəfindən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin rəisi Pərviz Zəkəriyyəyevə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 6-3/xx/xx-7942 nömrəli məktubdan görünür ki, Yasamal rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli 'Borclunun bank hesablarına həbsin qoyulması haqqında" qərarı, borclu “Optimal Elektronika" MMC-nin adına "xxxx" ASC-də açılmış hesabları qanunvericiliklə müəyyən olunmuş qaydada bağlandığı üçün icra olunmamışdır. Unibank ASC tərəfindən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, HTİD-OUT-02810-2023 nömrəli məktubdan görünür ki, "xxxx" MMC-nin (VÖEN: **********) “Unibank” Kommersiya Bankı” ASC-də mövcud olan bank hesabına Sizin 04 oktyabr 2023-cü il tarixli 17/72- 103256/18 14308 saylı məktubunuza əsasən 764,794,48 manat həbs qoyulmuşdur. Əlavə olaraq bildiririk ki, həmin bank hesabında pul vəsaiti mövcud deyildir. AccessBank ASC tərəfindən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin rəisi Pərviz Zəkəriyyəyevə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 068898 nömrəli məktubdan görünür ki, "xxxx" MMC-nin "xxxx" QSC-də olan bank hesablarına tələb həcmində həbs qoyulmuşdur. VTB ASC tərəfindən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin rəisi Pərviz Zəkəriyyəyevə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 4475 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin 04 oktyabr 2023-cü il tarixli Qərarına əsasən "xxxx" MMC-nə (VÖEN: **********) məxsus hesablara Bank tərəfindən tələb həcmində 19 oktyabr 2023-cü il tarixində həbs qoyulmuşdur. TuranBank ASC tərəfindən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin rəisi Pərviz Zəkəriyyəyevə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 5205 nömrəli məktubdan görünür ki, Optimal Elektronika MMC-nin TuranBank ASC Müştəri Xidmətləri Departamentində olan hesabları üzərinə 764 794, 48 AZN həcmində həbs qərarı icraya qəbul olundu, lakin hesablarda heç bir vəsait yoxdur. Ziraat Bank ASC tərəfindən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin rəisi Pərviz Zəkəriyyəyevə ünvanlanmış xx.xx.2023-cü il tarixli, ZB 2103 nömrəli məktubdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin № 2-2(103)-82/2023-019 nömrəli, xx.xx.2023-cü il tarixli sənədin icrası ilə bağlı hesablara qərarda qeyd olunan 764794.48 AZN həbs məhdudiyyəti qoyulmuşdur. Yelobank ASC tərəfindən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin rəisi Pərviz Zəkəriyyəyevə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 8-90/4471-23 nömrəli məktubdan görünür ki, "xxxx" MMC-nin Banka olan AZ11NİCB**********0001A40060 saylı hesab xx.xx.2019-cu il tarixində, AZ09NİCB**********0002U40160 saylı hesab xx.xx.2019-cu il tarixində bağlanmışdır. ASB ASC tərəfindən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin rəisi Pərviz Zəkəriyyəyevə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 9360 nömrəli məktubdan görünür ki, "xxxx" MMC-nin "xxxx" ASC-də xx.xx.2023-cü il tarixinə aktiv hesabı mövcud deyildir. Bank Avrasiya tərəfindən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin rəisi Pərviz Zəkəriyyəyevə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 02/1988 nömrəli məktubdan görünür ki, "xxxx" MMC-nin (VÖEN: **********) Bankımızda olan AZ79AVRA******************** saylı cari Manat, AZ69AVRA******************** saylı cari ABŞ Dolları, AZ49AVRA******************** saylı cari Avro və AZ61AVRA******************** saylı cari Rus Rublu hesablarına 764794.48 (Yeddi yüz altmış dörd min yeddi yüz doxsan dörd Manat, 48 qəpik) Manat həcmində həbs qoyuldu. AFB Bank tərəfindən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 14931 nömrəli məktubdan görünür ki, AFB Banka daxil olan icra sənədi əsasında "xxxx" MMC-nin hesabları bloklaşdırıldı. Bank of Baku tərəfindən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, MXD-1082/23 nömrəli məktubdan görünür ki, məktub icraata qəbul edilmişdir, qərarda adı çəkilən "xxxx" MMC-nin "xxxx" ASC-dəki hesablarının üzərinə həbs qoyulmuşdur. X24 Baku branch tərəfindən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin rəisi Pərviz Zəkəriyyəyevə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 2023-1631 nömrəli məktubdan görünür ki, "xxxx" MMC-nin adına “X24” Bakı filialında hər hansı bir hesab mövcud deyildir. Ləğv prosesində olan "xxxx" ASC tərəfindən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, **********347 nömrəli məktubdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(103)-82/2023-18 nömrəli icra sənədinin icrası ilə əlaqədar "xxxx" MMC-yə məxsus bank hesablarında olan pul vəsaiti üzərinə inkasso sərəncamının icra edilməsinə dair müraciətinizə Əmanətlərin Sığortalanması Fondunda baxılmışdır.Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-3(103)-54/2023 nömrəli qərarı ilə "xxxx" ASC müflis elan edilmiş, barəsində iflas proseduruna başlanılmış və eyni qərarla Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Ləğv prosesində olan "Muğanbank” ASC-də "xxxx" MMC-yə məxsus bank hesabları xx.xx.2022-ci il tarixində bağlanmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-82/2023-019 saylı, xx.xx.2023-cü il tarixli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-4388/2023-005 saylı, xx.xx.2023-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1238/2023-031 saylı, xx.xx.2023-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1579/2023-030 saylı, xx.xx.2023-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2787/2023-028 saylı, xx.xx.2023-cü il tarixli, Zəngilan Rayon Məhkəməsinin 2(034)-10/2021-042 saylı, xx.xx.2021-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-6663/2022-034 saylı, xx.xx.2022-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-4678/2022-025 saylı, xx.xx.2022-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-635/2023-030 saylı, xx.xx.2023-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin 16(113)-153/2023-013 saylı, xx.xx.2023-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2624/2023-033 saylı, xx.xx.2023-cü il tarixli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-1440/2023-012 saylı, xx.xx.2023-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2706/2023-023 saylı, xx.xx.2023-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2155/2023-042 saylı, xx.xx.2023-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-272/2023-032 saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərinə əsasən borclu "xxxx" MMC-nin rəhbəri Şəxs tərəfindən isə icra müddəti ərzində borc məbləğindən ödəniş edilməmişdir.Tələbin icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq aradan keçən uzun müddət ərzində şirkət tərəfindən icra sənədi üzrə olan borc məbləği tam təmin edilmədiyindən rəhbərinin barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona görə də məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, qanuni qüvvədə olan məhkəmə qərarlarının icraları ilə bağlı borclu "xxxx" MMC-nin rəhbəri Şəxs rəhbərlik etdiyi MMC-nin bu günədək borcunu tam olaraq ödəməməsi, icra sənədlərinin icra edilməməsinin hər hansı üzrlü səbəblə bağlı olmasını təsdiq edən heç bir sənəd təqdim etməməsi, bütün bunların nəticəsində icra sənədinin uzun müddətdən bəri icrasız qalmasına səbəb olması məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 17-ci maddəsinin qeydini əsas tutaraq hesab edir ki, Şəxs vəzifəli şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə məhkəmə icra məmurunun izahatını, Bakı Apellyasiya Məhkəməsinin 2- 2(103)-82/2023-019 saylı, xx.xx.2023-cü il tarixli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-4388/2023-005 saylı, xx.xx.2023-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1238/2023-031 saylı, xx.xx.2023-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1579/2023-030 saylı, xx.xx.2023-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2787/2023-028 saylı, xx.xx.2023-cü il tarixli, Zəngilan Rayon Məhkəməsinin 2(034)-10/2021-042 saylı, xx.xx.2021-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-6663/2022-034 saylı, xx.xx.2022-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-4678/2022-025 saylı, xx.xx.2022-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-635/2023-030 saylı, xx.xx.2023-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin 16(113)-153/2023-013 saylı, xx.xx.2023-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2624/2023-033 saylı, xx.xx.2023-cü il tarixli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-1440/2023-012 saylı, xx.xx.2023-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2706/2023-023 saylı, xx.xx.2023-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2155/2023-042 saylı, xx.xx.2023-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-272/2023-032 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqələrini, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə olunmuş digər sənədləri, inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-1432/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1432/2025
18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver