Məhkəmə qərarları › İş №3(004)-144/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-144/2024

31.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-144/2024 31.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi X5 iclas katibliyi Qərarından şikayət verilmiş Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin Dövlət X17 nümayəndəsi X9 iştirakları ilə, X1 Azərbaycan Respublikası Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin Dövlət X17 TP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X4 Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin Dövlət X17 TP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırdı ki, 19 noyabr 2023-cü il tarixdə Bakı şəhərində, Subaru Forester **-UN-*** idarə etdiyi avtomobili ilə hərəkət edərkən saat 22:48 radələrində Yasamal DYP əməkdaşı onu qanunsuz olaraq saxla əmri vermişdir. Qanunsuz olduğunu ona görə deyir ki, heç-bir reyd olmadığı halda, qayda pozmadığı halda və özünü şübhəli aparmadığı halda ona saxla əmri vermişdir. O, bir mədəni və qanunlarla yaşayan vətəndaş kimi dərhal avtomobilini saxlamışdır. İnspektor yaxınlaşıb saxlama səbəbini bildirmədən, üzərində audiovideo yazan qara qutunun işləyib işləməmsini bildirmədən onun sənədlərini tələb edib. Xatırlatmaq istəyir ki, həmin bu inspektor 85.1 maddənin tələbinin bütün punktlarını pozub. Sonra qanunsuz olaraq inspektor ondan tələb edib ki, avtomobilindən çıxsın və qanunsuz olaraq bildirib ki, onun avtomobilinin səsboğucu qurğusu dəyişdirilib. O, ona bildirib ki, heç-bir qanunvericilik pozulmayıb və avtomobilinin üstündə zavod istehsalı olan səsboğucular quraşdırılıb. Bundan sonra inspektor onu dəvət edib öz avtomobilinə və deyib ki, bu konstruksiya dəyişikliyidir 342.3 maddəsinə əsasən 500-800 azn cəriməsi var. Bunu deyib sual vermişdir ki, nəyə görə avtomobilinə əlavə avadanlıq quraşdırmısan, o, da ona demişdir ki, o ələvə hecnə quraşdırmamışdır. Sonra isə inspektor ona bildirmişdir ki, cərimə 800 azndir və 500 azn rüşvət ödəsə, onu buraxacaq. O, bu korrupsioner polisə bildirmişdir ki, rüşvət verməyəcək. Eyni vaxtda ikinci inspektor qanunsuz olaraq mindi onun avtomobilinə onun etirazina baxmayaraq, sürdü ilk öncə öz rəisinin yanina, Kia Sportage rəisin yanina sürənin yanında qaz pedalını axıra qədər basaraq səs bogucusunun səsini göstərərək sonra özünü Hacı Əliyev kimi adlandıran şəxs inspektora əmr verdiki maşını aparılsın cərimə meydançasına. Yəni bu polis və ona əmr ədən, yerində heç-bir akt tərtib etmədən, öz başına göznən baxıb və qulaqla səsboğucusunun səsini ölçub qərar verdi ki, konstruksiya dəyişikliyi var. Bununla bərabər yerində protokol tərtib etməyib, ona protokolun nüsxəsini təqdim etmədən və qanunsuz olaraq avtomobilinin qeydiyyat sənədini öündə saxlayıb aparıb cərimə meydançasna. Hesab edir ki, hakim sorğu verib inspektorun üzərində olan qara qutunun audio və video yazısını, polis avtomobilin bortunda olan audiovideo qurğunun yazılarını tələb edərək məhkəmə materiallarına əlavə etməlidir. Hesab edir ki, hakim xüsusi və ya aralıq qərardad qəbul edərək polisin xidmətindən müvəqqəti kənarlaşmasına dair qərar çıxarmalıdır. Avtomobilini gətirmişlər cərimə meydançasına və orda heç-bir təhvil təslim aktı tərtib etmədən, onu ordan uzaqlaşdırmışlar. Hesab edir ki, ona qarşı və mülkünə qarşı belə qanunsuzluq cinayətdir. Hesab edir ki, 3-cü tərəf kimi, siqnal idarəsinin və tabeçiliyində olan cərimə meydançasının əməkdaşları bu məhkəmə işinə cəlb edilməlidir. Hesab edir ki, hakim xüsusi aralıq qərardad qəbul edərək cərimə meydançasının əməkdaşları barədə tədbir görməlidir. Bundan sonra o, hüquqşünaslarla danışıb, dərhal 102 xidmətinə şikayət etmişdir və 902 xidmətinə şikayət etmişdir. Şikayətlərinə dair Daxili İşlər Nazirliyindən ərizələrinin qeydiyyat nömrələri sms vasitəsi ilə telefonuna gəlmişdir. Gələn gün saat 15:00 radələrində o, hüquqlarını biləndən sonra getmişdir Yasamal Yol polisi idarəsinə 2ci mərtəbədə yerləşən 10-cu kabinetdə Hacı Əliyev adlanan şəxsin yanina və məhkəməyə müraciyət etmək üçün qərarı tələb etmişdir. Qeyd etmək istəyir ki, ona hec bir qərar verməmişlər VƏ həmin o şəxs ona bildirmişdir ki, 500azn rüşvət versə avtomobilini indi qedib goturə biləcək. O, gedib şikayət etməyə Azərbaycan Respublikasının Yasamal Rayon Məhkəməsinə və o, orda şikəyət yaza bilməmişdir, cünki ondan qerar tələb etdilər şikayətə birləşdirmək üçün. Həmin günlərdə onun balaca oğlunun halı pis olduğuna görə bu polis ilə sözləşməyə vaxtı yox idi. Hər gün zəng edirdi 102-yə və işinin statusu ilə bağlı maraglanırdı, lakin 102 əməkdaşları ona demişdir ki, gözləsin işinə baxilacaq. 20 gün keçəndən sonra xx.xx.2023 o, 902-dən tələb etmişdir ki, kim onun işinə baxir onun nömrəsi verilsin ona, ona 902 əməkdaşı Elnur Səfərovun nömrəsi verilmişdir, Elnur Səfərov ona bildirmişdir ki, 1-2 günə Yasamal DYP əməkdaşaları onu yığıb zəng ədəcəklər. Ona hec kəs zəng etməmiş, tekrar zəng etmiş Elnur bəyə və o ona demişdir ki, iş keçib başqa əməkdaşa adı X15. xx.xx.2023 taxirində Akif Şükürlü ona zəng etmiş və demişdir ki, adina protokol var lakin qərarsiz olduğuna gore o, onu Asan Cərimə səhifəsində tapa bilmir, demişdir ki, getsin ora 150 azn qərarsız cəriməni ödəsin, servisden dokument gətirib avtomobilini evakuasiya xidməti ilə aparsın servisdə səsbogucununu düzəltdirsin. O, həmin gün xx.xx.2023-də yenidən getmişdir Yasamal DYP-ya və nəhayət ki qərarı əldə etmişdir. Ümüd edir ki, hakim bütün bu ona qarşı olan zülümləri nəzərə alıb bu polislərin barəsində tədbir görər. Qeyd etmək istəyir ki, inspektor tərəfindən ona qarşı qanunsuzluq xx.xx.2023-cü il tarixində törədilib, protokol isə sonradan tərtib edilərək zülümdən sonra ona təqdim edilib. Hesab edir ki, hakim polis əməkdaşı X7 və Hacı Əliyev komandirini təyin edib məhkəmə işinə çağırmalıdır ki, dindirib maraqlansın ki, komandir növbənin əvvəlində hansı təlimatları verib polis serjantı X11. Dəhşətlisi odur ki, polis serjantı X11 ona 342.3 maddəsi ilə hədələyərək, protokolda və qərarda digər maddələri qeyd edib. Bu hal yenədə ona təsir yaradır ki, polis əməkdaşı X7 və Hacı Əliyev korrupsionerdirlər. Korrupsioner sözün mənası genişdir. Polis tərəfindən protokol qanunsuz olaraq tərtib edilib və qərarda qanunsuz qəbul edilib. Odur ki, polis Baş X2 tərəfindən tərtib edilən TP ******* saylı qərarına xitam verilməsini, icraatın tam ləğv edilməsini və polis serjantı Hacı Əliyev barəsində cinayət işin açılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqanın nümayəndəsi X13 məhkəməyə verdiyi izahatında bildirdi ki, X6 avtomobilinin səsboğucu qurğusu həqiqətən də dəyişdirilmişdir. Yeni qurğu qaynaq edilərək avtomobilə quraşdırılmışdır, həmin qaynaq izləri də mövcuddur və onu müəyyən etmək üçün xüsusi yoxlamaya ehtiyac yoxdur, baxan kimi görsənir. Bu barədə videogörüntü də mövcuddur, həmin videogörüntünü məhkəməyə təqdim etmişdir. Ona görə də şikayətin rədd edilməsini xahiş etdi. Şikayətçi məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş barəsində şikayət verilən Azərbaycan Respublikası DİN Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin Dövlət X17 TP ******* saylı xx.xx.2023-cü il tarixli-cü il tarixli inzibati xəta haqqında iş üzrə elektron qərarına əsasən X10 xx.xx.2023cü il tarixdə saat 22:49 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində “SUBARU FORESTER minik” markalı, “**-UN-***” dövlət qeydiyyat nişanlı avtomobillə nəqliyyat vasitəsinin sürücüsü tərəfindən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılması, nəqliyyat vasitəsinin sürücüsü tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə görə inzibati xəta törətmişdir. Buna görə də İXM-nin 342.2.2-ci maddəsi ilə təqsirli bilinib 150 manat cərimə edilmişdir. Qərar elektron qaydada qəbul edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Halbu ki, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokoldan və məhkəmə iclasında təqdim edilmiş videogörüntüdən də görünür ki, şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. Beləliklə İXM-in 76.1-ci maddəsinə əsasən xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da protokolla da müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, protokol tərtib etmiş orqanın nümayəndəsinin məhkəməyə təqdim etdiyi videogörüntüdən müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin Dövlət X17 TP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar