Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1442/2021 02.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş “xxxx” MMC-nin direktoru X11 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 27 may 2021-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: “xxxx” MMC-nin direktoru X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 27 may 2021-ci il tarixli, MN ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, inzibati xəta haqqında protokol X3 iştirakı olmadan tərtib edilmiş və inzibati araşdırma onun iştirakı olmadan aparılmışdır. Habelə, protokolda və qərarda istinad olunan pozuntunun mahiyyətinin nədən ibarət olduğu göstərilməmişdir. İnzibati xəta haqqında işə baxan orqan "xxxx" MMC-yə ünvanladığı məktubda işçinin son haqq-hesabının düzgün hesablanıb ödənilmədiyini bildirsə də məhz hansı məbləğdə vəsaitin ödənilmədiyi əsaslandırılmamışdır. Göyçayev Vaqif "xxxx" MMCdə 05.03.2020-ci ildən 06.04.2021-ci il tarixədək restoran meneceri vəzifəsində çalışmış, əmək müqaviləsi ləğv edilərkən qanunla nəzərdə tutulmuş qaydada son haqq-hesab ödənilmişdir. Bununla da inzibati xəta tərkibinin olmasını istisna edən hallar və sübutlar tam və obyektiv olaraq araşdırılmamışdır. Odur ki, göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 27 may 2021-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X7 şikayətin əsassız olduğunu bildirərək qeyd etmişdir ki, müfəttişliyin 27 may 2021-ci il tarixli, MN ******* tarixli tamamilə qanuni və əsaslıdır. Belə ki, vətəndaş X8 müfəttişliyə müraciət edərək, “xxxx” MMC tərəfindən ona son haqq hesabın düzgün hesablanmadığını bildirmişdir. Araşdırma zamanı Vaqif Göyçayevin müraciətinin əsaslı olması sübuta yetirildiyindən “xxxx” MMC-nin direktoru X6 barəsində 27 may 2021-ci il tarixli, MN ******* saylı qərar qəbul edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş şikayətçi məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş 27 may 2021-ci il tarixli, MN ******* saylı qərardan görünür ki, işəgötürən Kamran Əliyev tərəfindən X4 əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilmişdir və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 700 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “xxxx” MMC-nin direktoru X6 tərəfindən X1 haqq hesab ödənilməmişdir. Belə ki, məhkəmə prosesi zamanı “xxxx” MMCnin nümayəndəsinə Vaqif Göyçayevə son haqq hesabın ödənilməsi ilə bağlı sübutun məhkəməyə təqdim edilməsi təklif edilsə də, bununla əlaqədar heç bir sübut təqdim edilməmişdir. Belə ki, iş materiallarında olan 03.05.2021-cü il tarixli “məxaric xəzinə orderi”nin surətindən görünür ki, X5 mart 2021-ci il üzrə 383 manat məbləğində (əmək müqaviləsində nəzərdə tutulduğundan az) əmək haqqı ödənilmişdir. Məhkəmə hesab edir ki, “xxxx” MMC-nin direktoru X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə qəbul edilmiş 27 may 2021-ci il tarixli, MN ******* saylı qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş “xxxx” MMC-nin direktoru X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 27 may 2021-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-1442/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1442/2021
02.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver