Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1445/2021 16.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlu, X1 tərəfindən verilmiş Bakı şəhər BPİ-nin X3 İdarəsinin İXP ******* saylı protokolu əsasında qəbul edilmiş qərarından verdiyi şikayətə baxaraq, m ü ə y y ə n e t d i m: X1 məhkəməyə müraciət edərək Bakı şəhər BPİ-nin X3 İdarəsinin İXP ******* saylı protokolu əsasında qəbul edilmiş qərarından şikayət edərək yenidən baxılmasını xahiş etmişdir. Məhkəmə müraciəti araşdıraraq hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, birincisi X1 tərəfindən şikayət düzgün tərtib olunmamışdır. Belə ki, şikayətdə konkret olaraq nəyin xahiş edilməsi göstərilməmişdir. Digər tərəfdən X1 protokoldan narazılığını bildirmiş, barəsində olan inzibati tənbeh vermə haqqında qərarı şikayətinə əlavə etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Həmin Məcəllənin 129-cu maddəsinin tələblərinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından məhkəməyə şikayət verilə bilər. Göründüyü kimi, qanunvericilikdə inzibati xəta haqqında iş üzrə qərardan məhkəməyə şikayət verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, X1 tərəfindən verilmiş Bakı şəhər BPİ-nin X3 İdarəsinin İXP ******* saylı protokolu əsasında qəbul edilmiş qərarına yenidən baxılması barədə şikayət ərizəsi Azərbaycan Respublikası İXM-nin 128 və 129-cu maddələrinin tələblərinə uyğun olmadığından geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı m: X1 tərəfindən verilmiş Bakı şəhər BPİ-nin X3 İdarəsinin İXP ******* saylı protokolu əsasında qəbul edilmiş qərarına yenidən baxılması barədə şikayət ərizəsi geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Yasamal Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-1445/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1445/2021
16.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver