Məhkəmə qərarları › İş №3(004)-1449/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1449/2020

18.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1449/2020 18.06.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimiƏkbərli Günel Bəkir qızının sədrliyi ilə, x2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DYPİ-si tərəfindən Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair tərtib edilmiş 20 aprel 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərardan verdiyi şikayətə işin məhkəmədə baxılmasına hazırlanması zamanı baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: x1 Rayon Məhkəməsinə müraciət edərək barəsində Azərbaycan Respublikası DİN-nin DYPİ-si tərəfindən tərtib edilmiş 20 aprel 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iş baxılması üçün ərazi adiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, “Elektron Məhkəmə Sistemi”ndən çıxarışdan x2 yaşayış yeri üzrə Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, 3/94 ünvanında qeydiyyatda olması müəyyən edilmişdir. Bundan başqa x4 məhkəməyə təqdim edilmiş şikayət ərizəsində yaşadığı ünvan olaraq ünvan 2 qeyd etmişdir. Göründüyü kimi, x2 rəsmi olaraq qeydiyyatda olduğu və faktiki olaraq yaşadığı ünvan Bakı şəhəri Nizami rayonu ərazisidir. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən yaşayış yerini müəyyən edən sənəd Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Həmin Məcəllənin 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 118 və 128-129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: x2 barəsində Azərbaycan Resppublikası DİN-nin DYPİ-si tərəfindən Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair tərtib edilmiş 20 aprel 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərardan verdiyi şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar