Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-145/2025 22.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, X3 iclas katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 26 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi vəzifəli şəxs Şəxs tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiqetmə haqqında qərarın icrası ilə əlaqədar X5 Xidmətinin Bakı şəhər İdarəsinin 12 avqust 2024-cü il tarixli 3-17-5/2- 53718/2024 nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlər görülmədiyi qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X6 tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək, "xxxx" MMC barəsində qanunamüvafiq tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 26 dekabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vəzifəli şəxs Şəxs tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiqetmə haqqında qərarın icrası ilə əlaqədar X5 Xidmətinin Bakı şəhər İdarəsinin 12 avqust 2024-cü il tarixli 3-17-5/2- 53718/2024 nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlər görülməmişdir. 16 may 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vətəndaş X1 «Avion Travel” MMC-nin direktoru Şəxs-nin direktoru Şəxs işəgötürəni ilə bağladığı xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "a” bəndi ilə xitam verilmiş, lakin ona çatacaq son haqq-hesab işəgötürən tərəfindən ödənilməmiş, bununla da AR Əmək Məcəlləsinin 172.4-cü maddəsinin tələbləri pozulmuş, nəticədə "Avion Travel” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs İXM-nin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsinə görə 1000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X5 Xidməti tərəfindən tərtib edilmiş 20 dekabr 2024-cü il tarixli 3-17- 5/2-95332/2024 nömrəli məktubdan görünür ki, "Avion Travel” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs əmək haqqından hər ay 50% olmaqla 1000 manat məbləğində inzibati cərimənin tutulmasının təmin edilməsi və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiqedici sənədlər əlavə edilməklə 07 gün ərzində Xidmətə yazılı formada məlumat verməyi xahiş edilmişdir. Eyni zamanda tutulmanın həyata keçirildiyi dövrdə rübdə bir dəfə Xidmətə məlumat verməyinizi, inzibati məsuliyyətə cəlb edilən fiziki şəxs işdən çıxdıqda və ya inzibati cəriməni onun əməkhaqqından, yaxud digər gəlirlərindən tutmaq imkanı olmadıqda, üç günüdək müddətdə inzibati məsuliyyətə cəlb edilən şəxsin yeni iş yerini göstərməklə (əgər bu mümkündürsə), ödəmənin mümkünsüzlüyünün səbəblərini eləcə də ödəmə olmuşdursa bu barədə müvafiq qeyd aparılmaqla inzibati cərimə barədə qərarın surətini Xidmətə qaytarmağı, əks təqdirdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılacağı barədə xəbərdarlıq edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-505/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs həbsdə saxlanılma müddəti 01 ay, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-554/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs həbsdə saxlanılma müddəti 01 ay 22 gün, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Həmçinin həmin qərarda cinayət işi üzrə 03 may 2024-cü il tarixdə Şəxs şübhəli şəxs qismində tutulduğu, 05 may 2024-cü il tarixdə Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Eldar Kazımov tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3- cü maddələri ilə təqsirləndirlən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulan ittihamın elan edildiyi, barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılmasından ötrü vəsatət və təqdimatla Yasamal Rayon Məhkəməsinə müraciət edildiyi, Məhkəmənin eyni tarixli qərarı ilə təqdimatın təmin edilməyərək təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçildiyi, 10 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə verilmiş apelyasiya protestinin təmin edilərək, Şəxs barəsində xx.xx.2024-cü il tarixədək həbs qətimkan tədbiri seçildiyi, təqsirləndirilən şəxs Şəxs həbsdə saxlanılma müddətinin Yasamal Rayon Məhkəməsinin 06 iyul 2024-cü il tarixli qərarı ilə 11 sentyabr 2024-cü il tarixədək, Nəsimi Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli qərarı ilə 11 oktyabr 2024-cü il tarixədək uzadıldığı qeyd edilmişdir. AZEMİS elektron məhkəmə sistemi məlumatlarına əsasən Şəxs Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3cü maddəsi ilə təqsirləndirilməsinə dair 1(006)-178/2025 saylı cinayət işi vardır. Həmin cinayət işi məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 53 və 104.1 -ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 150.5-ci maddəsinə əsasən bu Məcəllənin 150.1 -ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən:150.5.1. fiziki şəxslər barəsində - onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana; 150.5.2. hüquqi şəxslər barəsində - hüquqi şəxsin pul vəsaitlərindən və ya gəlirlərindən tutulması üçün banka və ya digər kredit təşkilatlarına göndərilir. Bank və ya digər kredit təşkilatı qərarı onun daxil olduğu vaxtdan 7 gün müddətində icra edir. Həmin müddət ərzində hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, bank və ya digər kredit təşkilatı inzibati cərimənin tətbiq edilməsi haqqında qərarı, onun icra edilməməsinin səbəbini göstərməklə, qərarı qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) dərhal qaytarmalıdır. 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1 -ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İlk olaraq məhkəmə qeyd edir ki, İXM-nin 529.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1 -ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Lakin, AZEMİS elektron məhkəmə sistemi məlumatlarına əsasən Şəxs Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 1(006)- 178/2025 saylı cinayət işi vardır. Həmin cinayət işi məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-505/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs həbsdə saxlanılma müddəti 01 ay, yəni xx.xx.2024-cü il tarixədək uzadılmış, daha sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-554/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs həbsdə saxlanılma müddəti 01 ay 22 gün, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Həmçinin həmin qərarda cinayət işi üzrə 03 may 2024-cü il tarixdə Şəxs şübhəli şəxs qismində tutulduğu, 05 may 2024-cü il tarixdə Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Eldar Kazımov tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3- cü maddələri ilə təqsirləndirlən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulan ittihamın elan edildiyi, barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılmasından ötrü vəsatət və təqdimatla Yasamal Rayon Məhkəməsinə müraciət edildiyi, Məhkəmənin eyni tarixli qərarı ilə təqdimatın təmin edilməyərək təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçildiyi, 10 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə verilmiş apelyasiya protestinin təmin edilərək, Şəxs barəsində xx.xx.2024-cü il tarixədək həbs qətimkan tədbiri seçildiyi, təqsirləndirilən şəxs Şəxs həbsdə saxlanılma müddətinin Yasamal Rayon Məhkəməsinin 06 iyul 2024-cü il tarixli qərarı ilə 11 sentyabr 2024-cü il tarixədək, Nəsimi Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli qərarı ilə 11 oktyabr 2024-cü il tarixədək uzadıldığı qeyd edilmişdir. Göründüyü kimi, inzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi vəzifəli şəxs Şəxs tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiqetmə haqqında qərarın icrası ilə əlaqədar X5 Xidmətinin Bakı şəhər İdarəsinin 12 avqust 2024-cü il tarixli 3-17-5/2-53718/2024 nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlər görülməməsi qeyd edilmiş, protokol hüquqi şəxs "Avion Travel” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib edilsə də, AR İXM-nin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir. Protokolun məzmunundan da görünür ki, "Avion Travel” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inzibati xəta törədilmiş və vəzifəli şəxs Şəxs da 10 may 2024-cü ilk tarixdən həbsdə olduğundan, qərarın icrası ilə bağlı tədbirlərin görülməsi onun imkanı xaricində olmuşdur. Həmçinin o da qeyd edilməlidir ki, səlahiyyətli orqan tərəfindən işin halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tədbir görmək imkanı olması müəyyən edilmədən protokol tərtib edərək məhkəməyə göndərməklə kifayətlənmiş və faktın təsdiq edilməsi üçün kifayət qədər sübutlar toplanılmamışdır. Beləliklə, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta tərkibi olmadığından «Avion Travel” MMC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1- ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «Avion Travel” MMC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-145/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-145/2025
22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver