Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1451/2020 11.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X2 iclas katibliyi ilə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, 172 hüquqi ünvanı olan Şəxs MMC-nin (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə Azərbaycan RespublikasıEkologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X1 daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC Yasamal rayonu Şərifzadə küçəsi 118A saylı binanın 1-ci mərtəbəsində fəaliyyət göstərən “BRAVO” marketdə formalaşan tullantılar, həmin binanın arxasındakı boş əraziyə atılaraq qalaqlanması faktı aşkar olunmuşdur. Bununla Şəxs MMC tərəfindən İXM-in 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.Bu barədə xx.xx.2020-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X3 bildirdi ki, Şəxs MMC barəsində müfəttiş X4 tərəfindən Yasamal rayonu ərazisində, xx.xx.2020-ci il tarixində, MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokolda qeyd edilir ki, Şəxs MMC tərəfindən AR İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində (Sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı X6 tələblərinə əməl edilməməsi) nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Faktı təsdiq edən əsas sənəd kimi № 00001 aktda qeyd edilir ki, Şərifzadə küçəsi, 118 ünvanında yerləşən binanın arxa tərəfində müxtəlif növ məişət tullantıları qalaqlanmış və bu tullantılar “Bravo” marketdə əmələ gəlmişdir. Lakin nəzərinizə çatdırmaq istəyirik ki, aktda da qeyd edildiyi kimi “Bravo” marketə məxsus bu “tullantılar” malların qutuları (taralar) və kağız bağlamalar olmuşdur. Həmin qutular (taralar) və kağız bağlamalar marketin arxa tərəfində olan qapısının qarşısına yenidən istehsal məqsədilə qoyulmuşdur. Amma qış fəsli olmasını nəzərə alaraq, külək nəticəsində həmin qutular və kağız bağlamalar yerini dəyişmişdir. Hal-hazırda həmin problem öz həllini taparaq qutular və kağız bağlamaların külək nəticəsində yerini dəyişməməsi üçün dəmirlə əhatə olunan sahə düzəldilmiş, yəni müvafiq şərait yaradılmışdır (fotoşəkillər əlavə edilir). Qeyd edilən ünvanda qutular və kağız bağlamalardan əlavə digər tullantılar isə “Bravo” marketinə aid deyil, marketin məişət tullantıları üçün marketin yaxınlığında “Bravo” marketə məxsus müvafiq konteynerlər qoyulmuşdur. Bununla belə, nəzərinizə çatdırmaq istəyirik ki, şirkətimiz külək nəticəsində yerini dəyişmiş qutular və kağız bağlamaların ətrafında “Bravo” marketə məxsus olmayan digər məişət tullantılarını da təmizləmişdir. Bununla belə monitorinq aktında göstərilən həmin zibillərin “BRAVO” marketin məh hansı işçiləri tərəfindən həmin yerə atılması barədə foto və video görüntü yoxdur. Ona görə də MMC-nin inzibati xəta törətməsinə dair kifayət qədər sübut yoxdur, təqsiri sübuta yetirilmir. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X5 bildirdi ki, Bakı şəhər Ekologiya və Təbii sərvətlər Departameni tərəfindən xx.xx.2020-ci il tarixdə aparılmış monitorinq nəticəsində müəyyən edilmişdir ki, Şəxs MMC Yasamal rayonu Şərifzadə küçəsi 118A saylı binanın 1-ci mərtəbəsində fəaliyyət göstərən “BRAVO” marketə gətirilən malların qutuları, taraları, kağız bağlamaları və digərlərindən ibarət olan tullantılar Şərifzadə küçəsi 18 saylı binanın arxasında yerləşən əraziyə atılaraq, orada qalaqlanmış və zibillik yaranmışdır. Xətanın araşdırılması barədə MMC-yə məktub ünvanlanmış, lakin onların nümayəndələri araşdırmada iştirak etməmişdir. 11 saylı Regional Ekologiya və X7 tərəfindən xx.xx.2020-ci il tarixdə Şəxs MMC-yə “X6 haqqında” Qanunun tələblərinin pozulmasının aradan qaldırılması üçün Məcburi Göstəriş verilmişdir. Həmçinin xx.xx.2020-ci il tarixdə də protokol tərtib edilmiş, materiallarla birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. İXM-in 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən X6 tələblərinə əməl edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Bununla da Şəxs MMC-nin həmininzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol və əlavə edilmiş sənədlərlə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Həmçinin Şəxs MMC-nin həmininzibati xətanı törətməsi iş materiallarındakı Bakı şəhər Ekologiya və Təbii sərvətlər Departameninin xx.xx.2020-ci il tarixli monitorinq aktı, 11 saylı Regional Ekologiya və X7 tərəfindən xx.xx.2020-ci il tarixdə Şəxs MMC-yə “X6 haqqında” Qanunun tələblərinin pozulmasının aradan qaldırılması üçün Məcburi Göstərişi, iş materiallarındakı fotoşəkillərlə tam sübuta yetirilir. Həmçinin iş materiallarındakı Şəxs MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, inzibati araşdırma ilə əlaədar onlara məlumat verilmiş, nümayəndələri dəvət edilmişdir. xx.xx.2020-ci il tarixə dəvət edilmişdir, xəbərnaməyə əsasən məktub MMC-yə xx.xx.2020-ci il tarixdə çatmışdır. Lakin MMC-nin araşdırmada iştirakı üçün kifayət qədər vat verilmiş, nümayəndə gəlmədiyi üçün xx.xx.2020-ci il tarixdə protokol tərtib edilmişdir. Ona görə də protokol tərtib edilənədək nümayəndəyə araşdırmada iştirak etmək və izahat vermək imkanı yaradılmışdır. Qeyd edilənlərə əsasən iş üzrə məhkəməyədək icraat zamanı İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasına yol verilən hallar aşkar edilmədi. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilə-rkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təq-si-ri-nin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirli bilinərək 6500 (altı min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-1451/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1451/2020
11.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver