Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1465/2021 21.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 338.4.1-ci və 338.7-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi (BPİ) X5 İdarəsi (DYPİ) tərəfindən tərtib edilmiş 21 may 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli protokolu və ona əlavə edilmiş materialı işin məhkəmədə baxılmağa hazırlanması zamanı nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 338.4.1-ci və 338.7-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair barəsində Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ tərəfindən tərtib edilmiş protokol və ona əlavə edilmiş material baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında materialları nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən, eyni zamanda ona əlavə edilmiş materiallar natamam olduğundan və işə baxılarkən tamamlanması mümkün olmadığından geri qaytarılmalıdır. Belə ki, məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, iş materialları 06 vərəqdən ibarətdir: 01 vərəq müşayiət məktubu; 01 vərəq izahat; 01 vərəq protokol; 01 vərəq şəxsiyyət vəsiqəsinin surəti; 01 vərəq zərərçəkmiş şəxsin şikayət ərizəsi; 01 vərəq sərxoşluq vəziyyətinin müayinəsi aktı. İş materiallarında olan Bakı şəhəri BPİ DYPİ tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 338.4.1-ci və 338.7-ci maddələri ilə nəzərdə tutulmuş xətaları törətməsinə dair barəsində tərtib edilmiş 21 may 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, həmin protokol nə onu tərtib etmiş Bakı şəhər BPİ DYPİ-nin səlahiyyətli vəzifəli şəxs X3 tərəfindən, nə də ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən imzalanmışdır. Bundan başqa, protokolda inzibati xətanın mahiyyəti, zərərçəkmiş şəxsin anket məlumatları və ona vurulmuş zərər haqqında məlumatlar göstərilməmiş, o cümlədən, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin xətaya dair mülahizəsi qeyd edilməmişdir. Göstərilənlərlə yanaşı, xətaya dair mötəbər sübutlar iş materiallarına əlavə edilməmişdir. Belə ki, yol-nəqliyyat hadisəsi yerinə baxış protokolu, hadisə yerinin sxemi, nəqliyyat vasitələrinə baxış keçirilməsi barədə protokol və fotoşəkillər, hadisənin qeydə alındığı təqdirdə videogörüntüsü, vurulmuş zərərin müəyyən edilməsinə dair qüsur aktı və ya müvafiq məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi, o cümlədən, yol-nəqliyyat hadisəsinin texniki-təhlükəsizlik ekspertizasına dair rəyi iş materiallarına əlavə edilməmişdir. Eyni zamanda, iş materiallarında olan zərərçəkmiş şəxs X1 ərizəsindən müəyyən edilir ki, 15.05.2021-ci il tarixdə saat 21:00-da Bakı şəhəri, Yasamal rayonu, Mirzəağa Rəhimov küçəsi ilə hərəkətdə olarkən onun idarə etdiyi avtomobili moped vuraraq avtomobilə ciddi ziyan vurmuş, lakin, təqsirkar sürücünün şəxsiyyəti müəyyən edilməmişdir. İş materiallarından isə müəyyən edilir ki, sürücünün hadisə yerindən yayınıbyayınmamasına hüquqi qiymət verilməmiş, onun idarə etdiyi nəqliyyat vasitəsinin məlumatları protokolda qeyd edilməmiş, ümumiyyətlə, sürücünün idarə etdiyi nəqliyyat vasitəsinə dair hüququnun olub-olmaması araşdırılmamışdır. Qeyd edilir ki, Azərbaycan Respublikasının İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin maddəyə görə inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İXM-nin 338.4.1-ci və 338.7-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair barəsində tərtib olunmuş 21 may 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol düzgün tərtib olunmadığından, eyni zamanda ona əlavə edilmiş material natamam olduğundan və mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİyə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 338.4.1-ci və 338.7-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsinə dair tərtib olunmuş 21 may 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinə geri qaytarılsın. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1465/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1465/2021
21.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver