Məhkəmə qərarları › İş №3(004)-1469/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1469/2020

19.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1469/2020 19.06.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, x2 iclas katibliyi ilə, x1 barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.4-cü maddələri ilə Bakı şəhər Baş Polis İdarəsi Dövlət x8 daxil olmuş inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirib MÜƏYYƏN ETDİ: Bakı şəhər Baş Polis İdarəsi Dövlət x12 tərəfindən x1 barəsində İXM-in 327.2 və 332.4-cü maddələri ilə 05.06.2020-ci il tarixdə, İXP ******* saylı inzibati xəta haqqında protokol (tərtib edən inspektor Azad Cəbrayılov) tərtib edilmişdir ondan ötəri ki, x1 05 iyun 2020-ci il tarixdə saat 09:20 radələrində Yasamal rayonu, A.Sultanova küçəsində “Hyundai Tucson” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomaşınla svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirmiş, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməklə zərər çəkmiş şəxsə zərər vurmuşdur. Protokolda ümumiyyətlə zərər çəkmiş şəxsin kim olduğu, hansı avtomobilə zərər dəydiyi, onun sağlamlığına zərər vurulduğu və ya ona maddi zərər vurulduğu, maddi zərər vurulmuşdursa, nə qədər zərər vurulduğu göstərilməmişdir. Bundan əlavə iş üzrə “Yol hərəkəti haqqında” Qanunun tələblərinin kim tərəfindən və necə pozulmasına dair müvafiq ekspert rəyi də alınmamışdır. Lakin protokola əlavə edilmiş iş materialları üzrə və yol nəqliyyat hadisəsinin sxeminə əsasən Bakı şəhər Baş Polis İdarəsi Dövlət x12 tərəfindən x1 barəsində İXM-in 327.2 və 332.4-cü maddələri ilə 05.06.2020-ci il tarixdə, İXP ******* saylı inzibati xəta haqqında protokol (tərtib edən inspektor Azad Cəbrayılov) tərtib edilmişdir ondan ötəri ki, x1 05 iyun 2020-ci il tarixdə saat 09:20 radələrində Yasamal rayonu, A.Sultanova küçəsində “Hyundai Tucson” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomaşınla svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirmiş, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməklə zərər çəkmiş Yusif-zadə Azər Mirzə oğlunun idarə etdiyi “Mercedes Benz-270CDi” markalı, **-XG-*** nömrəli avtomobillə toqquşub, zərər çəkmiş şəxsə maddi zərər vurmuşdur. Protokol tərtib etmiş Bakı şəhər Baş Polis İdarəsi Dövlət x9 nümayəndəsi x5 bildirdi ki, iş üzrə hər hansı bir əlavə sübutlar yoxdur, bütün toplanmış sübutlar iş materiallarına əlavə edilmişdir, təqdim edilmiş sübutlar əsasında işə baxmasını xahiş etmişdir. x1 bildirdi ki, iş üzrə özünü təqsirli bilmir, inzibati xəta törətməmişdir. Təqsirli olmağı barədə sübut toplanılmamışdır. Mübahisəli hallar vardır. İş üzrə kimin sfetoforun qırmızı işığında keçməsi barədə şübhəli məqamlar vardır. Yol hərəkəti haqqında qanunun tələblərinin kimin tərəfindən və necə pozulmasına dair Ekspert rəyi yoxdur. Ona görə də xahiş edir ki, iş geri qaytarılsın, həmin şübhəli məqamlar aydınlaşdırıldıqdan, ekspert rəyi alındıqdan sonra, təqsirli şəxs barəsində protokol tərtib edilsin. Məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və materialları araşdıraraq hesab edirəm ki, protokol və digər sənədlər düzgün tərtib olunmamış, təqdim edilmiş materiallar natamam olmuşdur, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmamışdır. Belə ki, iş üzrə görünür ki, barəsində protokol tərtib edilmiş şəxs təqsirlilik məsələsini mübahisələndirir, özünü təqsirli bilməmişdir. Belə bir vəziyyətdə iş üzrə baş vermiş yol nəqliyyat hadisəsində “Yol hərəkəti haqqında” Qanunun tələblərinin kimin tərəfindən pozulmasına dair sübut kimi ekspert rəyi alınmamış, bununla da iş üzrə əhəmiyyət kəsb edən sübut toplanılmamışdır. Halbuki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. x4 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Sübutların kifayət qədər toplanmadığı təqdirdə işin məhkəmə baxışına verilməsi, son nəticədə məhkəmənin sübut toplamaq imkanı olmadığı üçün işə düzgün və vaxtında baxılmasında çətinliklər yaranacaqdır. Həmçinin şəxsin təqsirliliyinə dair sübutları məhkəmə toplamamalıdır. Bu İXM ilə qadağan edilmişdir. Qeyd edilənlərə əsasən, inzibati xəta haqqında iş üzrə protokol tərtib edilənədək prosessual pozuntulara yol verilməsi və həmin pozuntuların işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə olması son nəticədə protokolun düzgün tərtib olunmamasına, yaxud təqdim edilmiş materialların natamam olmasına, sübutların kifayət etməməsinə dəlalət edir. Beləliklə, məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, materiallar və digər sənədlər düzgün tərtib olunmamış, təqdim edilmiş materiallar natamam olmuşdur, kifayət qədər sübut toplanılmamışdır. Həmin pozuntular işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə prosessual pozuntular kimi qiymətləndirilir. Həmin pozuntular protokol tərtib edilənədək yol verilmiş pozuntulardır. Həmin pozuntuları işin məhkəmə mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Həmin pozuntuları protokol tərtib etmiş səlahiyyətli orqan aradan qaldırmalıdır. Çünki İXM-nin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı. İXM-nin 82.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı əhəmiyyət kəsb edən hər hansı məsələnin həlli üçün elm, incəsənət, texnika və ya sənət sahəsində xüsusi bilik tələb edən məsələlərin aydınlaşdırılması məqsədi ilə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərardadı ilə ekspertiza təyin edir. İXM-nin 102.1-ci maddəsinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 351-1-ci, 602.1-ci və 602.2-ci maddələrində nəzərdə tutulmuşinzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. İXM-nin 102.6-cı maddəsinə əsasən inzibati araşdırma başa çatdıqda, inzibati xəta haqqında protokol tərtib edilir və ya inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilir. İXM-nin 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. İXM-nin 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Beləliklə, sadalananlara əsasən hazırkı iş üzrə mübahisəli halın aradan qaldırılması üçün əhəmiyyət kəsb edən sübut, yol hərəkəti qaydasının kim tərəfindən pozulmasını müəyyən edən ekspert rəyidir. Lakin səlahiyyətli orqan belə bir rəy alınmadan protokol tərtib etmişdir. İş üzrə baş vermiş yol nəqliyyat hadisəsində “Yol hərəkəti haqqında” Qanunun tələblərinin kimin tərəfindən pozulmasına dair sübut kimi ekspert rəyi alınması, bununla da iş üzrə əhəmiyyət kəsb edən sübutın səlahiyyətli orqan tərəfindən toplanılması üçün inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Qeyd edilənlər hazırlıq mərhələsində müəyyənləşdirilmədən işə baxmaq mümkün deyildir. Çünki İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, QƏRARA ALDİ: İnzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Bakı şəhər Baş Polis İdarəsi Dövlət x3ytarılsın. Hakim, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar