Məhkəmə qərarları › İş №3(004)-1477/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1477/2025

17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1477/2025 17.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi X5 iclas katibliyi, X1 iştirakları ilə, X1 AR DİN Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin TP ******* saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 AR DİN Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin TP ******* saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırdı ki, Daxili İşlər Nazirliyinin Bakı şəhər DYPİnin Yol Patrul Xidmətinin Baş İnspektoru polis baş leytenantı Əhməd Hicran oğlu Tağıyevin inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarı qanunsuz və əsassızdır. Belə ki, Bakı şəhər DYPİ-nin Yol Patrul Xidmətinin inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli TP ******* qərarında qeyd edilən xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Mikayıl Müşfiq küçəsi 1 də o, heç bir yol hərəkəti qaydasını pozmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinin tələbinin pozulması ilə bağlı tərtib etdilən inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarı qanunsuzdur. Belə ki, ona məxsus “KİA FORTE” markalı ** MQ *** nömrəli avtomobilə normativ tələbləri pozmaqla heç bir avadanlıq quraşdırmamışdır. Həmin avtomobilin üzərində olan bütün detallar, işıqlar hamısı zavod istehsalı olmaqla avtomobil istehsal olunan zaman zavod üsuli ilə tətbiq edilib. O, Azərbaycan Respublikasının Yol Hərəkəti Qaydaları haqqında qanununa əsasən. Xarici işıq cihazlarını qanun müvafiq qaydada dəyişdirmişdir ki, bu inzibati xəta hesab edilmir. O, bütün bunları sübutlarla-sənədlərlə Bakı şəhər DYPİ-nin Yol Patrul Xidməti Baş İnspektoru polis baş leytenantı Əhməd Tağıyevə izah etsə də, heç bir araşdırma aparmadan barəsində qanunsuz qərar çıxardıb. xx.xx.2025-ci il tarixdə o, heç bir yol hərəkəti qaydalarını pozmamışdır. Zərurət var ki, həmin qərar üzrə aparılmış video çəklişə baxılsın. Hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinin tələbinin pozulması ilə bağlı tərtib etdilən inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərar qanunsuzdur. Buna görə də həmin qərar ləğv edilməli və inzibati xəta haqqında işə xitam verilməlidir. Onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinin tələbinin pozulması ilə bağlı çıxarılmış inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərar ləğv edilməsini və inzibati xəta haqqında işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi bildirdi ki, YPX əməkdaşı onu saxlayarkən faralarında Led işıqlarının olduğu irad tutulub, lakin sonra özü maraqlanmış, ona deyilib ki icazə var həmin işığa. Daha sonra həmin işıqları özü əvəzləmiş və zavod üsulu ilə istehsal olunmuş işıqları nəqliyyat vasitəsinə birləşdirmişdir. Aktı isə özü imzalamış, çünki nəqliyyat vasitəsinin duracaqdan çıxarılması üçün işıqları dyişdirməli idi. Həmçinin qanunvericilikdə Led işıq cihazlarının qurulmasına yol verilir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş barəsində şikayət verilən AR DİN Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin TP ******* saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə elektron qərarına əsasən X6 xx.xx.2025-ci il tarixdə saat 12:35 radələrində Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi 1-də “KİA FORTE minik” markalı, “**-MQ-***” dövlət qeydiyyat nişanlı avtomobillə nəqliyyat vasitəsinin sürücüsü tərəfindən normativ tələblər pozulmaqla, avadanlığın dəyişdirilməsinə görə inzibati xəta törətmişdir. Buna görə də İXMnin 342.2.2-ci maddəsi ilə təqsirli bilinib 150 manat cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli aktın sürətindən görünür ki, “KİA FORTE minik” markalı, “**-MQ-***” dövlət qeydiyyat nişanlı avtomobildə LED lampalar dəyişdirilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokoldan və məhkəmə iclasında təqdim edilmiş fotoşəkillərdən də görünür ki, şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. Beləliklə İXM-in 76.1-ci maddəsinə əsasən xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da protokolla da müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, protokol tərtib etmiş orqanın nümayəndəsinin məhkəməyə təqdim etdiyi videogörüntüdən müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin Azərbaycan Respublikası İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 AR DİN Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin TP ******* saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar