Məhkəmə qərarları › İş №3(004)-1479/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1479/2021

16.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1479/2021 16.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X3 iclas katibliyi ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin İXP ******* saylı, 11.04.2021-ci il tarixli protokol əsasında qəbul edilən 21.04.2021-ci il tarixli qərardan şikayət verərək, 11.04.2021-ci il tarixli , İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilən qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini və inzibati xəta haqqında protokolu tərtib edən, eyni zamanda həmin protokol əsasında qərar qəbul edən şəxslər barədə müvafiq tədbir görülməsini xahiş etmişdir. Şikayətçi şikayətdə və məhkəməyə verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, o, X5 11.04.2021-ci il tarixdə dövlət qeydiyyat nişanı **-BV-*** olan “Dodge Durango” markalı minik avtomobilini idarə edərkən Həsən bəy Zərdabi küçəsində yolayırıcını keçib Akim Abbasov küçəsinə dönmüşdür. Akim Abbasov küçəsi ilə bir qədər getdikdən sonra sağa Şəfayət Mehdiyev küçəsinə dönərkən DYPİ yol patrol xidməti inspektoru X6 onu əsassız şəkildə saxlamış və yol hərəkət qaydalarını pozduğunu əsaslandırmadan İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən “yol nişanlarının tələblərinə riayət edilməməsi” səbəbi ilə İXP ******* nömrəli protokol tərtib etmişdir. Bildirmək istəyir ki, YPX inspektoru inzibati xəta haqqında protokolu qərəzli olaraq tərtib etmiş, eyni zamanda, həmin polis nəfəri inzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş protokolun tərtib edilmə prosedurunu (yerini, vaxtını, şəraitini və gedişatını və s.) qanunazidd olaraq həyata keçirmişdir. Diqqətə çatdırmaq məqsədilə daha ətraflı və təfərrüatı ilə aşağıda hadisəni olduğu kimi qeyd etmək istəyir. Ümid edir ki, aşağıda qeyd etdiyi dəlillər baxımından yuxarı səlahiyyətli orqan (Daxili İşlər Nazirliyi) və ya ədalət mühakiməsini həyata keçirən məhkəmə də, polis əməkdaşı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolun tərtib edilməsi prosedurunun pozulması, eyni zamanda əsassız və qanunsuz olması qənaətinə gələcəkdir. Belə ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinin 11-ci bəndinə əsasən, yolayrıcı— yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazidir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinin 7-ci bəndinə əsasən, yolun hərəkət hissəsi — yolun nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə edilən hissəsidir (yolun ayırıcı zolaq vasitəsilə dürüst müəyyən edilən və ya müxtəlif səviyyələrdə olan bir neçə hərəkət hissəsi ola bilər). Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinin 14- cü bəndinə əsasən, ayırıcı zolaq — yolun ayrılmış elementi olub, yanaşı yerləşən hərəkət hissələrini bir-birindən ayıran, lakin nəqliyyat vasitələrinin hərəkəti və ya dayanması, eləcə də piyadaların hərəkətiüçün nəzərdə tutulmayan hissəsidir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunun 65-ci maddəsinin 1- ci bəndinə əsasən, Məcburi hərəkət istiqaməti nişanları sürücülərə nəqliyyat .asitələrinin hərəkətinin icazə verilmiş istiqamətini, sürətini müvafiq nəqliyyat vasitələrinin hərəkətini, eləcə də piyadaların hərəkəti üçün nəzərdə tutulan yolları göstərir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunun 65-ci maddəsinin 5-ci bəndinə əsasən, Yol sahəsinin başlanğıcında qurulmuş 4.1.1 nişanı ən yaxın yolayrıcına qədər qüvvədə olur. O isə Zərdabi küçəsində 4.1.1 nişanı qoyulmuş yolun hərəkət hissəsini keçdikdən sonra, sola Akim Abbasov küçəsinə dönmüşdür. Həmçinin qeyd etmək istəyir ki, Zərdadi küçəsi ilə Akim Abbasov küçəsinin kəsişməsində yerləşən yolayırıcında sola dönmək qadağandır yəni, 3.18.2 nişanı yerləşdirilmiş olsaydı YPX əməkdaşı ilə razılaşmaq olardı. Qeyd olunanları YPX əməkdaşının diqqətinə çatdırsa da, onunla razılaşmadı və mübahisələndirilən inzibati xətanın törədildiyi yerə gedərək ona əyani göstərmək istədi. Zərdabi küçəsi ilə Akim Abbasov küçəsinin kəsişməsinə getdikdə o haqlı olaraq öz arqumentlərimi bildirdi, lakin bütün bunlara baxmayaraq, ona protokol tərtib edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1 -ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Hadisənin gedişatı ilə bağlı məhkəməyə tam, hərtərəfli, ətraflı və olduğu kimi məlumat verdi. Hesab edir ki, dövlətdə hakimiyyətin üçüncü qolu olan ədalət mühakiməsini həyata keçirən məhkəmələr fəaliyyət göstərdiyindən hüquq mühafizə orqanlarının əməkdaşları hansı ki şikayətdə də özbaşına və qeyri-qanuni hərəkətlərini qeyd etdiyi polis əməkdaşının timsalında digər qanuna riayət etməyən səlahiyyət verilmiş vəzifəli şəxslər bu özbaşınalıqlarından, qərəzli mövqelərindən və vəzifə səlahiyyətlərindən sui-istifadəyə yol verməməli, qanunsuz hərəkətlərdən çəkinməlidirlər. Çünki, bu hərəkətlər gələcəkdə Azərbaycan Respublikasının məhkəmələrində baxılan işlərin Avropa Məhkəməsinə çıxarılmasına və dövlətimizdən qeyd edilən vəzifəli şəxslərinin qanunsuz və qeyri-professional öz vəzifələrini yerinə yetirmələri kompensasiya alınmasına gətirib çıxaran hallardır. O dövlətin ədalət məhkəmələrinə inanır. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə. Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti irısumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Beləliklə, yuxarıda qeyd olunan maddi və prosessual hüquq normalarına görə polis əməkdaşı inzibati xəta haqqında protokolu və onun əsasında qəbul edilən inzibati tənbeh vermə barədə qərarının zəruri proseduralara riayət edilməsi hallarını, habelə inzibati xəta hadisəsinin və inzibati xəta tərkibinin olmasını sübut etməlidir. Onu da qeyd etməyi zəruri hesab edir ki, ona hər hansı bir vasitə ilə polis əməkdaşının tərtib etdiyi protokol üzrə qərar göndərilməmişdir. X9 Nazirliyinə müraciət edilməsinə baxmayaraq həmin Nazirlik sözügedən protokolun üzrə gəbul edilmiş qərarı tanış olmağı üçün onun ünvanına göndərməmişdir. Sadəcə olaraq müraciətinə məhkəməyə müraciət etmək hüququnun olduğunu bildirdilər. Ona görə də o həmin qərarı şikayətinin qoşmasına əlavə edə bilməmişdir. Odur ki, qoşmada polisin qərarının olmaması səbəbi ilə onun şikayətinin geri qaytarılmamasını, eyni zamanda, qeyd edilən sənədlərin müvafiq dövlət orqanından sorğu verilərək götürülməsi barədə vəsatətinin təmin edilməsini xahiş etmisdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin İXP ******* saylı, 11.04.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilən 21.04.2021-ci il tarixli qərara əsasən X5 11 aprel 2021-ci il tarixdə saat 16:19 radələrində “Dodge Durango minik” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Həsən bəy Zərdabi küçəsində hərəkət edərkən yol nişanlarının tələblərinə riayət etmədiyinə görə İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. İXP ******* saylı, 11.04.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilən 21.04.2021-ci il tarixli qərara əsasən N.Salehzadə İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. İşə baxılarkən şikayətçinin iş materiallarına əlavə etdiyi inzibati xətanın törədildiyi yer kimi göstərdiyi H.Zərdabi küçəsindən A.Abbasov küçəsinə döndüyü yerin fotoşəklindən də görünür ki, həmin yolda ayrıc zolağı yolun yalnız bir tərəfindən vardır. Belə ki A.Abbasov küçəsinin A.Şərifzadə küçəsindən H.Zərdabi küçəsinə qədər olan hissəsində yolda ayrıc zolağı olmamışdır, ayrıc zolağı yalnız H.Zərdabi küçəsi ilə A.Abbasov küçəsinin kəsişməsindən üzü Z.Xəlilov küçəsinə doğru olmuşdur. Belə olduğu təqdirdə həmin yol, ayırıcı zolaqlı yolun kəsişməsi hesab edilmir. Ona görə də şikayətçinin həmin yoldakı dönmə hərəkətinin yerinə yetirməsində İXM-nin 327.1-ci maddəsinin tərkibi vardır. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Halbu ki, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokol və qərara əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da həmin protokolla müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsinin İXP ******* saylı, 11.04.2021-ci il tarixli protokol əsasında qəbul edilən 21.04.2021-ci il tarixli qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar